"Azərbaycan
dünyası"nın təqdimatı keçirildi
Sakit Məmmədov adına Rəsm Qalereyasında "Azərbaycan dünyası"
beynəlxalq jurnalının növbəti nömrəsinin təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalın
təsisçisi və
baş redaktoru Eldar İsmayılov jurnalın yaranma tarixindən danışıb. Bildirib ki,
1998-ci ildə yaradılmış
"Azərbaycan dünyası"
beynəlxalq jurnalı
ölkədə ilk, çoxtirajlı
və 3 dildə (Azərbaycan, rus və ingilis) çıxan jurnaldır.
Jurnal əsasən azərbaycanlıların
xarici ölkələrdə
sıx yaşadığı
ərazilərdə yayılır.
Jurnalın məqsədləri və vəzifələri
vətəndaşlıq həmrəyliyinin
və beynəlxalq sülhün möhkəmlənməsinə-dirilməsinə
yönəldilib. O cümlədən,
həmvətənlərin birləşməsinə,
onların hüquqlarının
və ictimai maraqlarının müdafiəsinə,
Vətən və türk dünyası ilə əlaqələrinin
genişləndirilməsinə istiqamətləndirilib.
"Azərbaycan dünyası"
diasporumuzun görən
gözü, danışan
sözüdür!", - deyən
natiq vurğulayıb ki, jurnalın səhifələrində müstəqil
Azərbaycanın, eyni
zamanda, vətəndən
kənarda yaşayan (Avropa, Rusiya, MDB ölkələri) yurddaşlarımızın
uğurları işıqlandırılır.
Jurnal "Dədə
Qorqud" mükafatının,
sülh naminə
"Vətən Övladı",
"Qızıl ürək"
və "Mehriban ana" ordenlərinin təsisçisidir. Jurnalın idarə
heyətinin fəxri üzvləri akademiklər,
ziyalılar və görkəmli ictimai-siyasi
xadimlərdir.
Tədbirdə Pravoslav kilsəsinin
rəhbəri Aleksandr
ata, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Xalq rəssamı Sakit Məmmədov, rəssam-memar Şahvələd
Məmmədov, Bakı
Dövlət Universitetinin
dosenti Elza Mollayeva və başqaları Azərbaycanda
multikultural dəyərlərdən,
tarixən bu sahədə əldə olunan nailiyyətlərdən,
dinlərarası dialoqa
xüsusi diqqət yetirilməsindən, bu fonda Azərbaycanımızın
yeni inkişaf mərhələsinə qədəm
qoymasından söhbət
açıblar.
Sonda tibb
sahəsində tanınmış həkim-ginekoloq, 70 illik mənalı ömrünün
40 ildən çoxunu bu
sənətə həsr etmiş Tahirə
Əliyarzadəyə "Dədə Qorqud"
Fondunun təsis etdiyi
"Qızıl ürək" ordeni təqdim
olunub.
525-ci qəzet.-2018.- 12 iyul.- S.7.