"Azərbaycan Xalq Cümhuriyyəti və folklorumuz"
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi
çərçivəsində
Xocavənd rayon Mədəniyyət Evində
AMEA Folklor
İnstitutunun aparıcı
elmi işçisi,
filologiya
üzrə
fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın "Azərbaycan Xalq Cümhuriyyəti və
folklorumuz"
mövzusunda mühazirəsi keçirilib.
Mühazirədə Xocavənd rayon icra başçısının ictimai-siyasi
və humanitar məsələlər üzrə
müavini Əfsanə
Quliyeva, yerli sakinlər iştirak ediblər. L.Süleymanova Cümhuriyyət dövründə yaşamış,
sonralar mühacirət
etmiş ziyalılarımızdan
və onların folklor tədqiqatlarından
ətraflı şəkildə
bəhs edib. Vurğulanıb ki, Cümhuriyyət
dövründə xalq
yaradıcılığı örnəklərinə azadlıq
mübarizəsinin tərkib
hissəsi kimi yanaşılırdı ki,
bu da mühacirətdə
folklorşünaslığın yaranmasını zəruri
edən ən əsas şərtlərdən
biri idi.
L.Süleymanovanın növbəti mühazirəsi Beyləqan
şəhər N.Allahverdiyev
adına 1 saylı tam orta məktəbdə "Milli-mənəvi
dəyərlərimiz folklorumuzda"
mövzusunda keçirilib.
Folklorun milli kimliyin göstəricisi olduğunu
qeyd edən mühazirəçi milli-mənəvi
dəyərlərin folklorda
inikasından, folklorun
xalq həyatında rolundan bəhs edib.
Hər iki mühazirəni
dinləyicilər böyük maraqla qarşılayıblar. L.Süleymanova
iştirakçıları maraqlandıran çoxsaylı
sualları ətraflı cavablandırıb.
525-ci qəzet.-2018.- 12 iyul.- S.7.