"Hərə olduğu kimi gözəldir" yeni quruluşda təqdim olundu

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümə yeni tamaşa ilə yekun vurdu.

İyulun 10-da teatrda Arzu Soltanın "Hərə olduğu kimi gözəldir" pyesi əsasında rejissor İlhamə Əhmədovanın yeni quruluş verdiyi tamaşaya ictimai baxış keçirildi.

Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktuallığını itirməyən mövzuya həsr olunan tamaşa  yeni mövsümdə balacalrın görüşünə gələcək.

Tamaşada rolları Əməkdar artist Əliqulu Səmədov, aktyorlar Sovqat Səmədova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edirlər. Rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimli, rəqslərin quruluşu Könül Şahbazova, teatrın bədii rəhbəri-direktoru Əməkdar artist İntiqam Soltandır.

525-ci qəzet.-2018.- 12 iyul.- S.7.