TÜRKSOY
25 yaşında
AZƏRTAC xəbər verir ki, ötən
müddət ərzində
TÜRKSOY türkdilli xalqların
mədəniyyətinin, ədəbiyyatının
təbliği və ortaq dəyərlərinin
yaşadılaraq gələcək
nəsillərə ötürülməsi
naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının
birliyi naminə mühüm addımlar atıb.
1993-cü il iyulun 12-də Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə
və Türkmənistanın
mədəniyyət nazirlərinin
iştirakı ilə
Almatı şəhərində
keçirilən toplantıda
"Türk Kültür
və Sənətləri
Ortaq Yönətimi"nin
(TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan,
Tatarıstan, Tıva,
Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi
və Şimali Kipr Türk Respublikası təşkilata
üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət
Təşkilatı adlanır.
TÜRKSOY təşkilatı
türkdilli xalqların
sosial-mədəni oxşarlığının
bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin,
dilinin, tarixinin, incəsənətinin, adət
- ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması,
inkişaf etdirilməsi,
dünyada tanıdılması
və gələcək
nəsillərə ötürülməsi
məqsədilə qurulub. Mənzil-qərargahı
Ankara şəhərində yerləşir. Təşkilatın
fəaliyyəti hər
il toplantıları
keçirilən Mədəniyyət
Nazirləri Daimi Şurası tərəfindən
müəyyən olunur.
Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı
səfiri, keçmiş
mədəniyyət naziri,
Xalq artisti, professor Polad Bülbüloğlu
1993-2006-cı illərdə TÜRKSOY-un
ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş
mədəniyyət naziri,
professor Düsen Kaseinov rəhbərlik edir.
Ötən 25 ildə TÜRKSOY ümumtürk
mədəni irsinin təbliği və tanıdılması, türkdilli
xalqlar, ölkə və diyarlar arasında mədəniyyət,
incəsənət sahəsində
əlaqələrin inkişaf
etdirilməsi istiqamətində
böyük işlər
görüb, çoxsaylı
layihələr həyata
keçirib. Bu layihələrin
bir çoxu ənənə halını
alaraq hər il davam
etdirilir.
TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən
1996-cı ildə birgə
müqavilə imzaladığı
UNESCO ilə, habelə
Türk Əməkdaşlıq
Şurası, TürkPA,
Beynəlxalq Türk Akademiyası, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu ilə sıx əməkdaşlıq
edir.
Azərbaycan təşkilatın fəaliyyətində
yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri
var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı
birgə layihələr
həyata keçirib.
Son dövrdə reallaşan
mühüm tədbirlər
sırasında 2016-cı ildə
Şəki şəhərinin
"Türk dünyasının
mədəniyyət paytaxtı"
elan edilməsini,
2017-ci ildə TÜRKSOY tərəfindən
elan olunan "Molla Pənah Vaqif ili"nin
uğurla keçirilməsini,
həmçinin, ölkəmizin
fəal təmsil olunduğu ənənəvi
layihələri - TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd
etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan
xüsusilə fəal
iştirak edir.
Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin "Koroğlu" operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.
2018-ci il TÜRKSOY tərəfindən
böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan
olmasının 100 illiyi şərəfinə "Qara
Qarayevin xatirə ili" elan edilib. Xatirə ili çərçivəsində Ankarada və Bursada
TÜRKSOY tərəfindən mərasim və konsertlər keçirilib. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
TÜRKSOY-da qeyd edilib. Eyni zamanda,
TÜRKSOY-un 25 illiyi
ilə əlaqədar isə üzv
ölkələrdə, o cümlədən,
Azərbaycanda tədbirlər keçirilir.
525-ci qəzet.-2018.- 13 iyul.- S.7.