"Molla Nəsrəddin lətifələri" kitabı və portalı təqdim edildi

 

Dünən AMEA Folklor İnstitutu SOCAR-AQŞ MMC-nin təşkilatçılığı ilə "Molla Nəsrəddin lətifələri" kitabının www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhvali-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi sosial inteqrasiyanın təminində folklorun böyük rola malik olduğunu vurğulayan akademik Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması araşdırılmasının bu baxımdan mühüm əhəmiyyətini qeyd edib. AMEA-nın prezidenti Folklor İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində www.mollanasreddin.az portalının yaradılmasını yüksək dəyərləndirib. Natiq qeyd edib ki, bu iki institut arasındakı elmi əməkdaşlıq multidissiplinar tədqiqatlar üçün mühüm örnəkdir.

Kitabı tədbir iştirakçılarına təqdim edən filologiya üzrə fəlsəfə doktoru  Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanılıb, 48 rəngli illüstrasiya əks olunub.

İlk dəfə olaraq müasir dizayn texnoloji tələblər səviyyəsində hazırlanmış  www.mollanasreddin.az portalını da qonaqlara təqdim edən Hikmət Quliyev burada  Molla Nəsrəddin haqqında mühüm məlumatlar qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə əlaqədar motivlər, həmçinin, Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən "Molla Nəsrəddin" jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını bildirib.

Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan doğma vətənimiz Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm öz mənəvi dəyərləri, mədəni irsi ilə təmsil olunur. Alim qeyd edib ki, son iki yüz ildə ölkəmizin dünya miqyasında neftlə müəyyənləşən geosiyasi iqtisadi mövqeyi hazırda muğamla, musiqi ilə, idmanla, folklorla, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə çevrilməkdədir.

Akademik Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışıb. Bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə ətraf aləm haqqında bilikləri, deyim-duyumlar ictimai münasibətləri barədə zəngin informasiyanı da daşıdığını qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir Azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi təbliği baxımından folklorun rolundan söz açıb. Natiq Molla Nəsrəddini bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi kimi səciyyələndirib, müasir şəraitdə bu dəyərin təbliğinin ümumictimai hadisə olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyib. Alim Molla Nəsrəddin lətifələrində əks olunan yumor düşüncəsinin tədqiq olunmasının, bu istiqamətə diqqətin artırılmasının zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev "Molla Nəsrəddin lətifələri" kitabının və www.mollanasreddin.az portalının hazırlanmasını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Molla Nəsrəddin fenomeninə kütləvi səviyyədə olmaqla yanaşı, intellektual səviyyədə də sahiblik etməyi vacib amil kimi tədbir iştirakçılarının nəzərini çatdırıb.

Sonda kitabın tərtibçisi, şərh və izahlarının müəllifi, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı çıxış edərək Molla Nəsrəddin lətifələrinin mükəmməl sənət nümunələri olduğunu və bu lətifələrin poetik baxımdan təhlilinin yeni metodoloji baxışlar əsasında aparılmasının zəruriliyini vurğulayıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 13 iyul.- S.7.