Xalça Muzeyi məşhur mütəxəssisləri
Bakıya toplayacaq
Azərbaycan
Xalça Muzeyi oktyabrın 25-27-də Bakı şəhərində
"Keçə sənətində kəsişmə
nöqtələri" mövzusunda üçüncü
Beynəlxalq "Türk dünyasının ortaq dili -
naxışlar" adlı simpoziumuna ev sahibliyi edəcək.
Muzeyin
mətbuat xidmətindən bildirilib ki, bu tədbirə Amerika,
Avropa və Asiya ölkələrindən çoxsaylı
iştirakçılar qatılacaq. Belə ki, keçəçilik
sənəti üzrə dünyada tanınmış mütəxəssis,
Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu
professoru Stefani Bunn Azərbaycana gələcək. O,
"Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə
nöqtələri" mövzusunda məruzə ilə
çıxış edəcək.
Stefani Bunn San Andyus (St Andrews)
Universitetində Orta Asiyanın keçə sənətini və
Şotlandiyanın toxuculuq sənətini araşdıraraq,
sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O,
Qırğızıstanın keçəçilik sənətinə
həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində
ilk sərgisini təşkil edib. Stefani Bunn, həmçinin
"Nomadic Felt" jurnalının müəllifi və
"Anthropology and Beauty" nəşrinin
redaktorudur. Hal-hazırda o, "Woven Communities" layihəsinin rəhbəridir.
Qeyd edək ki, beynəlxalq
simpoziumun məqsədi
türk dünyasının
ümumi irsi sayılan keçə sənətinə həsr
edilən elmi-tədqiqat
işlərinin ideya mübadiləsi, bu sənət növünün
adət və ənənələrinin qorunması,
öyrənilməsi, ona
marağın dirçəldilməsi,
eləcə də, müxtəlif sahələrdə
tətbiq edilməsidir.
Simpozium çərçivəsində
"Keçəçilik ənənə kimi",
"Keçə müasir
incəsənətdə", "Keçə moda dünyasında bir trend kimi" mövzularında
müzakirələr aparılacaq.
Simpozium çərçivəsində iki tematik sərgi,
ustad dərsləri, keçə məhsullarının
yarmarkası və feşn şou (fashion show)
təşkil olunacaq.
S.QARAYEVA
525-ci qəzet.-2018.- 13 iyul.- S.7.