İstiqlal Məhkəməsində
Azərbaycan məsələsi
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ 2018-CI İLİ -AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə sayımızda)
İSTİQLAL
MƏHKƏMƏSİNDƏ AZƏRBAYCAN
MƏSƏLƏSİ
Ankara İstiqlal Məhkəməsində həftələrdən
bəri cərəyan edən məhkəmə, qarelərin
(oxucuların) məlumu olduğu vəchilə Azərbaycan məsələsinə
də təmas etmişdir. Bu məsələnin
İstiqlal Məhkəməsi kibi yüksək bir müəssisədə
böyük mövzu bəhsi oluşu bittəbii bizi əlaqədar
etməyə bilməzdi. Vaxtilə iltica (pənah) etdikləri
və hər növi müsavirpərvərligini gördükləri
halda qardaş bir məmləkətin, məhkəmə rəisinin
ifadə etdigi çox musib (hədəfi düz vuran) bir təriflə
“daxili siyasətinə qarışmqla hərcü-mərc
olan” Kiçik Tələtlərin, Azərbaycan münəvvərləri,
hökumət və “Müsavat” firqəsi haqqında verdikləri
həqiqətdən ari (uzaq) ifadələri ilə
yapdıqları xətanın bəraətləndirilməsi
zimnində ortaya qoyduqları dəlillər və bəyan
etdikləri təvillərin (izahların) heç bir nöqtəsi
nəzəri-tədqiqimizdən qaçmamışdır. Yalnız daha məznun (şübhəli) mövqeində
oturub ağır isticvablar (sorğular) və məsuliyyətli
mühakimələr altında olan zəvatə qarşı nəşriyyatda
bulunmayı əxlaqi mülahizələrlə müvafiq
bulmadığımızdan bu xüsusdakı söyləyəcəklərimizi
mühakimənin xitamına qədər təliq etdik.
Türkiyəli arqadaşlarımızdan bir qisminin
Qafqasiyada ikən bolşeviklərlə təşriki-məsai
(ortaq səy) edərək milli Azərbaycan hökumətinin
süqutunda amili-müəssir olduqları məlumunuzdur.
Bu
xüsusdakı fəaliyyətlərinin hesabını verirkən
bunlar miyanında, Azərbaycan faciəsində bəlkə də
ən ziyadə məsul olan Kiçik Tələt, Rəis bəyin
pək haqlı bir sualına məruz qalmışdır, kəndisinə:
- Siz oraya
müavinət təmini üçün getmişdiniz. Halbuki, o məmləkətin siyasətilə hərcü-mərc
oldunuz. Siyasətə qarışmadan, ərbabı xeyrə
müraciət etmək surətilə məqsədi təmin
edəməzmiydiniz, - deyə sorulmuşdur.
Bu sual
qarşısında Tələt Bəy, “Biz Azərbaycanın
siyasətinə qarışmadıq” davasında (tələbində)
bulunmuşsa da bir az sonra Azərbaycan müxalifət firqələrinə
“Siz doğrudan-doğruya “Müsavat” xarici firqələrlə
birləşmək surətilə Nəsib Bəy hökumətini
devirə bilirsiniz” - deyə tövsiyədə
bulunmasını söyləməklə bu davasını nəqz
etmiş (pozmuş), nəhayət, “əvət bolşeviklərlə
təmasa gəldik. Bəlkə bu bir xəta
idi, fəqət, biz bunu yapdıq” - deyə etiraf etmək məcburiyyətində
qalmışdır.
Etiraf
olunan bu “təmas”ın müddəiyi-ümumi (prokuror) Nəsib
Əli Bəyin də diqqətini cəlb edən “zavallı Azərbaycan”
faciəsində oynadığı mənhus rolun təsirini
izalə etmək üçün Tələt Bəy biri müsbət,
digəri mənfi olmaq üzərə iki qəziyyə sərd
ediyor ki, bunlardan biri Qafqasya cəbhəsi komandanı Kazım
Qarabəkir Paşadan gələn mütəəddid
(saysız-hesabsız) məktublar, digəri də “Müsavat”
hökumətinin “ayqırı hərəkəti”dir.
Kazım
Qarabəkir Paşa və firqə komandanı Cavid Bəy, Xəlil
Paşa və sairlərinə yazdıqları mütəəddid
məktublarda bir an əvvəl bolşeviklərlə
təması əmr və bu əmrin hər nə bahaya olsa
da, icrasında israr ediyorlarmış. Digər tərəfdən
də başda hökumət rəisi Nəsib Bəy olduğu
halda Azərbaycan münəvvərləri və “Müsavat”
ricalı (kişiləri) Anadolu hərəkatına
inanmıyor, bunu bir macəra kibi tələqqi
ediyorlarmış. Hətta Azərbaycan
müməssislərindən Faris Bəy, Sevr Müahidəsinin
qəbulu və Rizənin ermənilərə aid olması
haqqında qəzetələrə bəyanatda bulunuyor
(“Hakimiyyəti Milliyyə”, 5 avqust). Azərbaycan
nazirlərindən birisi “Sevr hüdudu-na Rize ilə Trabzonun da
idxal edilməsini” söylüyormuş. İş bu qədərlə
də qalmıyor, İrandan Bakıya gələn bir heyət
Azərbaycanı İran ilə birləşdirmək
üçün propağanda yapıyor və bu vasitə ilə
İngilislər, bolşeviklərlə Türkiyə
arasında bir pərdə vücudə gətiriyorlarmış
(“Hakimiyyəti Milliyyə”, 5 avqust, Tələt Bəyin ifadəsi).
Azərbaycan
hökumətinin hərəkətinə və Nəsib Bəy
mərhumun Ankara hərəkatı haqqındakı dərəcəyi-etimadına
aid kibi indi mütaliələrindən sərfi-nəzər, Tələt
Bəyin vaqeələrə təmas edən bəyanatı bir
kərə başdan-ayağa yalandır. Azərbaycan
müməssil və ya şahbəndərlərindən
(konsul, gömrük məmuru) kimsənin və nazirlə-rindən
heç birinin Sevr Müahidəsini qəbul yolunda, hələ
Rizə ilə Trabzonun da bu hüdud daxilində olaraq Ermənistana
verilməsi xüsusunda bəyanatı vüqu bulmuş
degildir. Bu xüsusda tək bir vəsiqə
“interview” degil, 3 sətirlik bir qəzetə yazısı belə
göstəriləməz.
Trabzonun
ermənilərə verilməsini degil, bədə milli
Türkiyə tərəfindən bizzat Sovet
Gürcüstanına tərk edilən Acaristanın belə,
Gürcüstana aid olduğunu elan etmək təklifini, dost
Gürcü hökumətinin şiddətli israrlarına rəğmən,
Azərbaycan hökuməti qəbul edəməmişdi. Milli
prinsiplərdə bu qədər titiz və təmiz davranan bir
hökumətin nazir və ya müməssilləri nasıl
olur da “Trabzonun Ermənistana aid olduğunu” təsdiq və təsbit
edərlər?!.
İrandan Bakıya gələn heyətin ingilis
propağandası ilə məşğul olduğundan bəhs
olunuyor. Vüsuqüddövlə hökumətini təmsilən
Bakıya gələn Ziyaəddin Təbətəbai heyətinin
qəlbində ehtimal ki, Tələt Bəyin sezib də
başqalarının anlayamadığını təsəvvür
etdigi bir “İngilis planı” varmış. Fəqət
bu kibi “böyük planı” degil, Təbətəbai heyəti
siyasi, ticari, adlı və tranzit müqavilələrinin əqdi
üçün belə az əmək sərf etməmiş,
aylarla sürən bu konferans ən təbii nəticələrini
intaç (nəticə) edincəyə qədər, bir
qaç dəfə inqita (arası kəsilmə) təhlükəsinə
məruz qalmışdı. Şu şərait
daxilində İran heyətinin ingilis propağandası
yapdığından bəhs etmək göz görə
müğalitə (əsassız mübahisə) yapmaqdan
başqa bir şey degildir.
“Müsavat” hökuməti ilə Azərbaycan
ricalının Ankara hərəkatına aid bədbinlik və
etimadsızlıq fikri daşıdıqları
haqqındakı intiba (çap etmə) bu hökumət
haqqında suiqəst və sui-niyyət bəsləyən macəraçı
ruhların qolaylıqla qapılacaqları bir haləti-ruhiyyə
məhsuludur.
Bu müəzzəm hərəkatın
yalnız Azərbaycanda degil, bizzat Türkiyədə belə
səmimiyyətlərinə şübhə edilməyən
bir çoxları tərəfindən tərəddüd və
əndişə ilə qarşılandığı məlumdur.
Binaənileyh Azərbaycan münəvvərlərindən bir
qismi dəxi böylə bir zəfiyyət (zəiflik), bəlkə
də məlul (usanmış) ola bilərdi.
Fəqət o zamanki Azərbaycan mətbuatının, bilxassə
“Müsavat” firqəsinə mənsub qəzetələrin nəşriyyatı
tədqiq ediləcək olursa, İstanbul mətbuatının
Amerika mandatını hərarətlə müzakirə etdigi
günlərdə Bakı qəzetələri:
“Bir İstanbul, bir İzmir məsələlərinin
fövqündə bir də Anadolu Türklügünün həqiqi
istiqlalı və iqtisadi inkişafının təmini məsələsi
vardır.
Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən,
Tunisindən, Fasından, Hicazından, İraqından, Beynəlnəhreynindən
həbsindən keçər, beşərtaki, Anadolu təkrar
kapitülasyonlara məruz qalmasın, beşərtaki, artıq
kəndi qanı, canı, kəndi yurduna, kəndi
övladına sərf edən Türk Məhmətçigi
yurduna sahib olsun. Ümid edəlim ki, böylə
olacaq. Çünki Türk milləti
böylə istiyor. Çünki vicdani-bəşəriyyət
böylə əmr ediyor”. (Bakıda “Müsavat” firqəsinin
naşiri-əfkarı olmaq üzrə intişar
edən “İstiqlal” qəzetəsinin baş məqaləsindən)
kibi sətirlərlə ifadə olunan haləti-ruhiyyə ilə
Türkiyə istiqbalından əmin bir ümidə tərcüman
oluyorlardı. Bu ruh yalnız qəzetə məqalələrində
degil, məsul hökumət əzasının müxtəlif
zamanlarda vüqu bulan bəyanatları ilə də təsbit
olunmuşdur. Fəqət nə yaparsın ki, Azərbaycan
milliyyətçilərinin başı üstündən
qızıl rus istilaçılarına əl uzatmaya qərar
vermiş Kiçik Tələt kibi macəraçı
politikaçılar, daşıdıqları əhvali-ruhiyyə
həsəbiylə, bu kibi müsbət vaqeələri degil
mahud (aşna) Vəzirovların kiçikliklərini
görür və bunu bütün bir mühitə təşmil
etməkdən zərrə qədər çəkinməzlər.
Böylə
bir ruhla mütəhəssis olan Azərbaycan hökuməti
mübariz Anadolu ilə təmasa gəlmək
üçün təşəbbüsdə də
bulunmuş, bu məqsədlə mürəxxəslər
göndərmiş, fəqət Anadolu nam və hesabına hərəkət
edən Fuad Bəylərlə Kiçik Tələtlərin nə
dərəcəyə qədər həqiqi mütəxəssis
və məsul adamlar olduğunu bir türlü kəsdirəməmişdi.
O, bittəbii hökumətin müxalifləri və məmləkətin
düşmənləri ilə daha sıxı və səmimi
təmaslarla işə başlayan bu adamlardan şübhə
etmək haqqını kəndində bulmuş, məsul
hökumət rical və məhfillərinə xas olan
ehtiyatı əldən verməmişdi. Müsavat
hökumətinin bu xüsusdakı əsəbiyyəti
artıq vəqaye ilə isbat edilmiş, mühakimədəki
intiba bu adamların Anadolu degil, müstəqilən kəndi
nam və hesablarına hərəkət etdiklərini təsbit
eyləmişdir. Bu xüsusda Azərbaycan
hökumətinin ibraz etdigi zəyif bir cəhət varsa, o da
şübhə etdigi bu adamlara Türkiyə millətçisi
sifətilə olsa da, fəzlə hörmət və etibar
göstərmiş olmasıdır.
Nail Bəyin
də etiraf etdigi vəchilə “Müsavat” firqəsinin lideri
daxil olduğu halda, Azərbaycan ricalı başda Xəlil
Paşa olmaq üzrə, bolşevik ruslara qapılan Türkiyəli
siyasi millətçilərə “Yapmayınız, bizi kəndi
halımıza buraxınız, 100 sənədən bəri təhti-əsarətində
bulunduğumuz rusları biz daha iyi biliriz. Onlar
hilə ilə gəlir, sonra bizi əzərlər (“Hakimiyyəti-Milliyyə”,
5 avqust) demişlərsə də bunlar aldırmamış,
mövud (vəd verilmiş) Qızıl Ordu
komandanlığının verdiyi nəşə ilə
“zavallı Azərbaycan”ın qana boyanmasına səbəb
olmuşlardır.
Şimdi İstiqlal Məhkəməsinin haqlı
suallarına qarşı cavab verirkən, yapılan bu xətanın
ağır təsiri ilə bugünki fəci nəticəyi kəndilərinə
ixtar edən (xatırladan) məmləkət adamlarına
qarşı dərin bir hicab (utanmaq) hissi duymaqdansa, Tələtlərin
qalxıb da yalanlar uydurduğuna heyrət etməmək
mümkün degildir.
Azərbaycan süqutunda ayqırı hərəkət
edən bəzi türkiyəlilərin təqsiri olduğunu
“Yeni Qafqasiya” dəfələrlə söyləmişdir. Bu dava
artıq mürtəkiblərin (cinayət) məhkəmə
hüzurundakı kəndi etirafları ilə isbat
edilmişdir. İrtikab etikləri xətadan
mütəvəllid məsuliyyəti təhfif
üçün Azərbaycan hökumətinin mübariz
Türkiyəyə qarşı laqeyd qaldığı
haqqında uydurulan əfsanənin də artıq nə mahiyyətdə
bir dastan olduğu meydana çıxdı. Milli Azərbaycanın Anadoluya yalnız qəzetə
məqaləsi və bəyanatlar kibi mənəvi vasitələrlə
degil, maddətən də yardım etdigini isbat edən vaqe və
vəsiqələrdən burada bəhsə lüzum
görmüyoruz. Bu, məhafili-aidəsincə
məlum bir həqiqətdir.
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 1 eylül (sentyabr) 1926, ¹20
AZƏRBAYCANDA
FİKİR HƏYATI: BİR İDEOLOJİ BƏHSİ
Məşhur Azərbaycan şairi Hüseyin Cavid Bəyin
“Topal Teymur” ünvanilə yazdığı əsərin
Maarif Komisarlığı tərəfindən teatro səhnələrində
oynanmasının məni (qadağası) haqqındakı qərarı
və bu qərarın motivini keçən nüsxələrimizdə
vermişdik.
“Topal
Teymur”un məni (qadağası) Azərbaycanda
ədəbi pək mühüm bir hadisə şəklinə
girdi. Zatən Cavidin bütün əsərləri
meydana gəldikcə Bakı mətbuatında epey ciddi
münaqişələrə mucib oluyor. Bundan əvvəlki
“Şeyx Sənan” ilə “Peyğəmbər”i də komunist
münəqqidləri belə iki partiyə bölmüş,
lehidarları ilə əleyhdarlarına az
mürəkkəb sərf etdirməmişdi.
Cavid Bəyin yeni İstanbul şivəsi ilə təsanüdsüz
və təklifsiz ədəbi türkcə ilə su kibi axan səlis
üslubunu, müxalifləri dəxi təqdir etmək məcburiyyətindədirlər. Hətta
bütün əsərlərini tənqid və son əsərini
isə tamaşadan mən edən maarif komisarı belə, onun
“Hünərvər, qələm üstadı və sənətkar”
olduğunu etiraf ediyor. Fəqət bu
münəqqidlərə nəzərən şair “Sovet
inqilabını anlayamamış, realizmdən
uzaqlaşmış, sənət üçün sənət
üsuluna saplanmışdır”.
Bu ittiham, yalnız həqiqətən də təqib
etdigi ədəbi məslək həsəbilə siyasi realitələr
fövqünə çıxmaq təmayülündə
bulunan və ruzmənlə (gündəlik) siyasətə
yüksək zirvələrdən şahin baxışı ilə
baxan Hüseyin Cavid Bəyə degil, Azərbaycanın
bütün şairlərinə və bugünki Azəri ədəbiyyatına
tərcih edilmişdir.
Bütün bu tənqidlərdən
anlaşılıyor ki, “6 sənədən bəri” Azərbaycanda
təəssüs edən komunist müəssisələrinin
ixtilaldan əvvəlki ədəbiyyatda mübaşirləri
olmadığı kibi, ixtilaldan sonrakı ədəbiyyatda da
müdafiləri yoxdur. Sovet münəqqidlərinin tərifincə
“tarixin ən fəyyaz və ən məsud bir inqilabına məzhər
ikən” Azəri ədəbiyyatı bu inqilabın əsasını
təşkil edən məfkurəyə qətiyyən
yanaşmamışdır. “Maarif və mədəniyyət”
məcmuəsinin 9-cu nüsxəsində “Ədəbiyyat nəzəriyyəsi
və tarixi” nam məqaləsində bu mövzuya yanaşan bir
mühərrir, məcmuənin 21 və 22-ci səhifələrində
müasir Azəri şeir və ədəbiyyatından bəhs
edərək “Cavidlərin, Cavadların və Cəfər
Cabbarzadələrin kəndilərini bitərəf bir cəbhəyə
doğru çəkdiklərini” kəmali-təəssüflə
etiraf etməkdədir. Bu münəqqidcə Azərbaycan
şairləri “ilhamlarını ya əski Ərəbistan
çöllərindən (“Peyğəmbər”, Hüseyn
Cavid), yaxud əski türk istilalarından (Topal Teymur) alır,
yaxud da Qız qalalarından (Cabbarzadə Cəfər) və
ya “Göy Göl”lərin füsunkar və simvolik mənzərələrindən
(Ə.Cavad) ruhlanır. Məmləkətdə
nə yapıldığını yıxılan və qurulan
işləri, yaradılan yenilikləri guya görmək istəmiyorlar.
Münəqqid “Milli intibah” dövrünün bu
müasir ədiblər zümrəsindən bir qisminin bəzi
tərəqqi əsəri göstərərək inqilaba “təməssül”
etmək istəyənlərini belə naqis buluyor. Bunlar “burjua cəmiyyətinə qarşı protesto
nümayişi” yapıyorlarsa da, inqilabçı tiplərini
idealist və utopist bir şəklə qoyuyorlar. “İnqilabı olduğu kibi degil, istədikləri
kibi anlatıyorlar”mış.
Azərbaycan ufaq mülkiyyət məmləkətidir. Burada müvəffəqiyyətlə
icra olunacaq inqilab ancaq milli demokrasi inqilabı ola
bilir. Rusiyadan gələn komunist inqilabı isə
inqilab degil, istiladır. Rusiya
üçün dəxi süni olan bu inqilab, Azərbaycan
üçün iki dəfə sünidir. Bu süni və yabançı qüvvət təbiidir
ki, Azəri xalqındakı yaradıcılıq qüvvətinin
təbii inkişafına manedir.
Qızıl rus istilası nəticəsində Azərbaycanda
hüsula gələn “inqilab”ı olduğu kibi göstərmək
üçün həqiqi şair və sənətkara əngil
təşkil edən saiqələr (səbəblər)
çoxdur. Hər şeydən əvvəl sərfi-nəzər,
bir kərə sensor şəraiti buna müsaid degildir.
Bunun üçündür ki, mühitindən doğan
şairlərindən bir qismi təbii inqilaba sədaqətlə
mövcudu degil, məmulu idalize ediyor, digər qismi də, istər-istəməz
simvolizm, romantizm və estetizmə tutuluyorlar.
Hüseyn Cavidlə münaqişə edərkən,
maarif komisarı Quliyev, məşhur rus marksislərindən
Plexanovun “sənət üçün sənət”
düsturunu izah edən bir formulunu nəql ediyor. Bu formula
görə “sənət üçün sənət nəzəriyyəsi
o yerdə zühur edər və möhkəmləşir ki,
incə sənətlərlə məşğul olan şəxslər
ilə onları əhatə edən ictimai mühit arasında
ümidsiz bir ixtilaf olsun”.
“Estetizm”in
zühurunda bu “ixtilaf”ın təsiri olduğu kibi, “simvolizm” ilə
hətta “romantizm”in zühurunda dəxi bu amilin rolu az degildir.
Müəyyən həqiqətləri söyləmək
məmnu olunca, mübhəm rəmizlərin ifadəsinə
sığınılır, müdhiş realite təsvir edilməyincə
mühəyyic (həyəcanlandıran) romantizmə
qapılınır. Digər bir komunist münəqqidin
“Komunist” qəzetəsindəki tənqidi məqaləsində
“qeyd etdigi əğləb (ən çox) Azərbaycan
şairlərinin tutulduğu pessimizm” hadisəsi də ancaq
bununla izah oluna bilir.
“Komunist inqilabı” ilə ədəbiyyat müməssilləri
arasındakı “ixtilaf” şübhəsiz bir həqiqətdir. Komunist münəqqidlərin,
kəndi etiraflarına görə, Azərbaycan şairləri
ideoloji etibarilə ufaq mülkiyyət nizamının məhsuludurlar.
Komunizm məfkurəsi isə bu nizamla
hali-mücadilədədir. Əzim (böyük) əksəriyyəti
köylü və ufaq mülk sahiblərindən ibarət
bulunan Azəri cəmiyyətində ədəbiyyat “milli intibah
və milli məfkurə” dövrünün ənənəsinə
sadiq qalırsa, kəndi mənşəi ila ixtilaf etmiş
olmaz, istədigi inqilab da təbii bir seyrlə bu mənşədən
gedilərək eriləcək bir inqilab olur. Xaricdən gələn
qarşı bir zərbə ilə bu cərəyan təbii
seyrindən ayrılmaq təhlükəsini hiss etdikcə, təbii,
rəsmi həyat ilə həqiqi ədəbiyyat arasında
bir ixtilaf çıxır ki, Bakı “münəqqid”lərinin
müşahidə etdigi “ixtilaf” da budur. Fəqət bu ixtilaf
onların düşündügü “müstəqbəl (gələcək)
həyat” ilə “keçmiş həyat” məfkurələri
arasındakı münazəəyə degil, “süni həyat”
ilə “təbii həyat” arasındakı mücadilənin
arizlərindəndir.
Sovet qəzetələrinin
əhəmiyyətlə qeyd və təsbit etdikləri bu
“ixtilaf”ın ərz etdigi digər bir cəbhəyi də təsbit
edəlim:
Yuxarıda Azərbaycan ədəbiyyatı və ədiblərinə
tövcih olunan ittiham eyni zamanda elm və ürfan sahəsində
çalışan milli hars xadimlərinə də təşmil
olunuyor. “Müstəqbəl ədəbiyyat”
oxucularını təşmil edəcək yeni nəslin tərbiyəsində
təəllüq (asılı) edən bu mühüm məsələ
dəxi halı-hazırda komunist müəssisələri ilə
mətbuatı kamali-ciddiyyətlə məşğul etməkdədir.
Ədəbiyyatda olduğu kibi, məktəbdə də
məfkurəvi tərbiyənin komunistlərin degil, milliyyətçilərin
əlində olduğu əhəmiyyətlə qeyd
olunmaqdadır.
Bakıda müntəşir “Komunist” qəzetəsi (¹
261) Sovet məktəblərində ədəbiyyat dərsinin,
komunist məfkurəsi nöqteyi-nəzərindən çox
naqis olduğunu qeyd ediyor. Ədəbiyyat dərslərində
marksizm və leninizm metodunu əldə etmiş mürəbbelər
yoxmuş. Bu dərslər “məətəəssüf
əski məfkurənin müməssilləri” əlindədir.
Bunu qeyd edən mühərrir bütün qəzalardakı ədəbiyyat
müəllimlərinin bilxassə orta məktəbdəkilərin
yeni “proletar ədəbiyyatı” və ədəbi cərəyanlarla
tanış olmadıqlarını söylüyor və bu
müəllimlərin kəndi tələbələrinə
“daim bir Füzuli, bir Vaqif, bir Fikrət və bir Hamid və sair
bu kibi şairləri” öyrətdiklərinə təəssüflə,
bu müəllimlərin “daima Türkiyə şairlərinin əsərləri
ətrafında dolaşdıqları”na da ayrıca hiddət
ediyor. Bu müəllimlər “xalq və inqilab”
ilə qətiyyən hesablaşmıyorlar imiş.
“Füzuli ilə Vaqif və Hamid ilə Fikrət kibi
Türkiyə şairlərinə düşkün” müəllimlərin
ehmal etdikləri bu “xalq və inqilab” ədəbiyyatından məqsəd
nədir? Bunu
bizə mühərririn aşağıdakı sətirləri
anlatıyor: “... Onlar (yəni müəllimlər)
Sovetlər İttihadında, bilxassə Rusiyadakı
inqilabı ədəbiyyatla hesablaşmaq lüzumunu unuduyorlar.
Gözləri daima Türkiyə ədib və
şairlərindədir”.
“Gözləri daima Türkiyə ədib və şairlərində”
bulunmasını yalnız Sovet münəqqidləri degil,
Komunist firqəsindəki fikir tərbiyəçiləri də
bir dürlü keçəmiyorlar. Mətbuatda, ədəbiyyatda
və məktəbdə görülən “Türkiyəçilik”
cərəyanına həmən “Türkiyəçilik”
damğası vuruluyor və bunun inqilab əsasına
qarşı vəz edilmiş məfkurəvi bir tabiyə
olduğu iddia olunuyor. Məsəla, “qəza təşviqat
və maarif şöbələrinin müdirləri ilə qəza
siyasi maarif idarələri müdirlərinin” keçənlərdə
vüqu “müşavirə”sindən bəhs edən “Komunist” qəzetəsi
(¹ 270) komunizmə zidd olan məfkurənin əksəriyyətlə
“mədəni maarif müəssisələrində, ədəbiyyat
cəmiyyət və dərnəklərində mövqe
tutaraq, bir çox məktəblərdə dəxi əski
müəllimlər tərəfindən tərviç
olunduğunu” təsbit ediyor.
Keçənlərdə iniqad edən (təşkil edilən)
Mavərayi-Qafqaz Federasyonu konqresi münasibətilə müxtəlif
səmtlərdən Gəncəyə gələn deleğələr
təftii (araşdırma) məqsədi ilə ətrafdakı
köy məktəblərini gəzərkən “şayani-əsəf
bir nöqsan” nəzəri diqqətlərini cəlb eyləmişdir. “Bizim öz
şairlərimiz varkən, məktəblərdə Türkiyə
şair və ədiblərinin əsərləri keçilməsinə
çalışılır, məktəblilər Türkiyə
ləhcəsinə alışdırılır”mış.
Bittəbii
“Komunist” müxbiri bu “nöqsan”ın izaləsi
üçün maarif komisarlığını həmən
fəaliyyətə keçməyə dəvət ediyor. Bu
xüsusdakı müvəffəqiyyətin zəmini isə
bir an əvvəl məktəblərin
“latın hürufu” ilə basılmış kitablarla təmindir.
“Mürtəce” müəllimlərin bu xüsusdakı
“müxalifət”lərindən dəxi, Bakı mətbuatı
az bəhs etməz!
Fəqət bütün bunları təb və nəşr
edən “Komunist” qəzetəsinin qullandığı lisana
baxılırsa gözlərin təbii baxışı ilə
qəlblərin səmimi duyuşunu bu kibi kontrollarla dəyişdirmənin
qabil olmayacağı kəndi-kəndinə (öz-özünə)
anlaşılır.
M.E. (Rəsulzadə)
“Yeni
Qafqasya”, 1 nisan (aprel) 1927, ¹13
MUSA
CƏRULLAH ƏFƏNDİNİN TÖVQİFİ
(HƏBSİ)
Helsinqfors imamı Vəli Əhməd Hakim Əfəndidən
idarəmizə gələn bir teleqraf Rusiya İslamları
arasında pək mühüm əsərləri və
İslam yolundakı qələmi mücahidələrilə məşhur
Musa Cərullah Əfəndi Bigiyev həzrətlərinin
Petroqrad “Çekası” tərəfindən təhti-tövqifə
(həbsə) alındığını işar (xəbər)
ediyor.
Halı-hazırda Petroqrad imamı vəzifəsini ifa edən
Musa Əfəndi ilə bərabər bir çox
Petroqradlı müsəlmanların tövqifinə mucib olan səbəb,
əfəndi müşarileyhin (adıçəkilənin)
axirən Berlində nəşr etdirdikləri bir kitabdır.
“Dini, ədəbi,
ictimai, siyasi məsələlər və tədbirlər
haqqında” islam millətlərinə
müraciət və xitabdan ibarət bulunan bu kitab təqribən
2 ay əvvəl Berlində təb olunmuşdur. Musa
Əfəndinin bu əsərini postadan yenicə almış,
mütaliəsini dəxi bitirməmişdik ki,
yuxarıdakı müəssif (təəssüflü)
teleqrafnaməyi aldıq.
Əsas
etibarı ilə komunizm əfkar və ümdələrinə
(dayaqlarına) müqabilə etmək
düşünülmüş, İslam və milliyyət fəlsəfəsinə
istinadla dini, ədəbi, ictimai və siyasi məsələlər
haqqında bir taqım ümdələr və formullar vəz
etmiş bulunan bu kitabın ilk səhifəsi iştirak (şəriklik,
birlik) fəlsəfəsinin mülkiyyəti inkar edən
ümdəsinə müqabil “Təbarəkəlləzi
biyedini-mülk və hüvə ala külli şeyin qadir” ayəti
mübarikəsi ilə təzyin olunmuşdur (bəzənmişdir).
Müəllif yaşadığımız günlərin
bir böhran günləri olduğuna qanedir. Hərbi-ümumi “qiyamətindən”
sonra “üluhiyyət (allahlıq), diyanət (dindarlıq), cəmiyyət,
dövlət və intizam düşməni “Karl Marksın
“Cinli tədbirləri” ilə hazırlanan “ixtilali-kəbir” bu
böhranın dəhşətamiz əlamətlərindəndir”.
Rusiya ixtilali-icrayi höküm eylədigi yerlərdə,
bütün müəssisati-mədəniyyəyi təxrib
etdi. “İnsanların təbiətləri yenə vəhşət
hallarına qayıtdı”. Bunu isə Cərullah
Əfəndi, “mədəniyyətin insanların əksəriyyətinə,
səfalətdən və cəhalətdən başqa bir
şey vermədiginə qarşı ədalətli bir cəza”
kibi görüyor.
Kitabının müqəddəməsindəki
mütailələrinə görə aləmi-islam
nicatını nə Avropanın “mütəvəssih” (ortabab)
mədəniyyətindən, nə də komunizmin “zülmkar”
fəlsəfəsindən bəkləyəməz. “Tövratın,
Əhdi-Ətiqin ən sadiq bir bəndəsi olan “qızıl
Marksın” mədəniyyət aləminin siyasi və ictimai
görünüşünü tənqidini pək müsib
bulan müəllif, Marksizm nəzəriyyəsinin müsbət
cəhətlərini pək zəyif buluyor. “Mədəniyyət
nizamlarını intikatta pək mahir olan Karl Marks, komunizmin
istiqbalına adətən çocuqca bir nəzərlə
baxıyor”.
Rusiya çarizminin süqutu islamiyyətin
faydasıdır. Fəqət yeni təşəkkül edən
komunizm əskəri dəxi “heç bir vaxt Türk dostu,
İslamiyyət dostu, İslam məmləkətlərinin
dostu olamaz, olmaz”.
Komunizm
hakimiyyətinin əsaslarını təhlil edən Musa
Əfəndi burada 3 əsasın əsil olduğunu təsbid
ediyor: 1- Proletar diktaturası, 2- Əksəriyyətin
hüquqi-ictimaiyyədən tamamilə məhrumiyyəti, 3-
Xüsusi mülkiyyətin ilğası (ləğvi).
Musa Əfəndi hürriyyəti-əfkara pək sadiq
bir mütəfəkkirdir. Komunizmin bütün məzaliminə
bəlkə də təhəmmül edərdi. Fəqət “heyəti-ictimaiyyə nizamlarını
hüquqdan məhrumiyyət əsaslarına təsis etmək,
cəmiyyət içində fərdlərin hürriyyətlərini,
istiqlallarını tamam zəbt etmək qətiyyən caiz
görüləməz”. “Burjuazi əlindən
qurtulmaq üçün ixtilal lazım imiş, fəqət əmələ
diktaturasından xilas olmaq üçün üsyan
yapılamazmış”. Leninin böylə
məşhur vəhşiyanə məntiqinə Musa Əfəndi
bütün vicdanı ilə üsyan ediyor. Marksizmin, bilxassə Leninizmin cəmiyyətin tərəqqisini,
siniflər arasındakı mücadiləyi təşdid etməkdə
görmələrini, qabil degil həzm edəmiyor. “Heyəti-ictimaiyyə iki mütəadi: biri digərinə
düşmən 2 sinifdən mükərrəb degil, bəlkə
biri digərinə müavin, biri digərinə
yardımçı mütəəddid (çoxlu) siniflərdən
ibarətdir” diyor.
Müəllif marksistlərin kitabı bulunan “Kapital”ı
da Leninin şah əsəri bulunan “Hökumət və
ixtilal”ı da komunistlərin “əbcədini” (ibtidai bilik) təşkil
edən komunist əlifbasını da oxumuş və bu qənaətə
gəlmişdir ki, “Bizi qurtaracaq yalnız İslam qüvvəti
və türk imanıdır”. İslam dünyası
bundan sonra yalnız İslam dünyasına etimad edər.
Türkiyə, İslam məmləkətlərinin
hər birinə nümunə olub rəhbər olur, imam olur”.
Müəllifin, Sevr Müahidəsini yırtan Türk
dühayi əskəriyyəsinə, Anadolu mücahidinin
yılmaz əzmi və imanına pək böyük itminan
(etimad) və imanı vardır. Bu iman, Musa Əfəndi
fəlsəfəsinin həyəcanını təşkil edər.
Bu həyəcanladır ki, “Komunizm Əlifbası”na müqabil
“İslamiyyə Əlifbası” namı verdigi bu
kitabını “Şanlı Türk əskəri şərəfinə”
təlif eyləmiş və “Bütün hasilatı Cahan
müharibəsində şəhid olmuş türk əskərlərinin
yetimlərinə” sərf olunmaq üzərə nəşr
eyləmişdir.*
“İslamiyyət
Əlifbası”nın mündərəcatı
ilə biltamam şərik olmasaq, hadisati aləmi seyr
üçün müəllifə məxsus zaviyeyi-ruyəti
(səbirsizlik bucağını) pək müvafiq bulmasaq belə,
Rusiya türklüyünü komunizmin təxribkar təsirlərinə
qarşı müdafiə etmək məqsədilə bu əsərə
sərf olunan əməyi təqdir etməmək əlimizdə
degildir.
Şübhə yoxdur ki, işbu əsərini hər
nasıl olsa da, təb və nəşr etdirən Musa Əfəndi
yaxayı “Çeka” əlinə verəcəgini
düşünmüşdür. Böylə ikən, tərəddüd
etmədən, nəşr elədiyi əsərilə kəndisini
fəda edəcək bir rəşadəti-mədəniyyə
göstərmişdir.
Bu rəşadətinin “cəza”sı olaraq Musa Əfəndi, şimdi Petroqrad “Çeka”sının bodrumunda oturuyor. Təhəmmül edəmədigi cəsarət havası içində müztərib (həyəcanlı) bulunan mənəviyyatı bu surətlə, bir növü itminan bulsa belə, onsuz da nəhif (zəif) bulunan vücudu ikinci dəfə olaraq uğradığı bu işgəncəyə təhəmmül edəcəkmi?!.
Musa Əfəndi bundan 2 sənə əvvəl dəxi Taşkənd “Çeka”sı tövqif eyləmiş dost və əqrəbasının müdaxiləsi üzərinə xilas ola bilmişdi.
Teleqraf, bu dəfəki tövqifin yuxarıda təlxis etdigimiz əsərdən dolayı icra olunduğunu işar ediyor. Möhtərəm qarein görəcəyi vəchilə bu əsər, elmi və nəzəri bir taqım mülahizə və mütaliədən ibarət olub, Sovet hökuməti əleyhinə əməli heç bir şey ifadə etməz. Böylə ikən Leninin “əmələ diktaturası” deyə vücuda gətirdiyi istibdad üçün pək böyük bir aləmin təqdir etdigi möhtərəm bir alimi təhqir və məhkum etmək işdən belə degildir.
Şayani-təşəkkür və imtinanındır ki, mətbuati-mahaliyyə Musa Əfəndi namı ilə mərbut bulunan bu vaqeəyə laqeyd qalmayıb Rusiya türklərinə qarşı tətbiq olunan bu şeni (pis) siyasətin Türkiyə əfkarı-ümumiyyəsi üzərində sui-təsir hasil etdigini qədrşünasanə bir surətdə qeyd etdi.
Könül
arzu edərdi ki, mətbuatın bu xüsusda ibraz eylədigi əlaqədarlıq
daha müttəriq (müntəzım) bir şəkil iqtisab
eyləsin də Moskva cəlladlarına ehsas etdirsin ki, rus
komunistlərindən başqa düşünən Türk və
İslam mütəfəkirlərini qolay-qolay tənkil etmək
(başqalarına ibrət olacaq cəza vermək) olmaz.
Azəri
“Yeni Qafqasya”, dekabr 1923, ¹6
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-2018.- 14 iyul.- S.20-21.