"Bir vergül artırsan
alın yazına, Allah öz əliylə pozur... nədəndi?"
Özü bilər
Keçər
karvan, ləpir qalar neyləsən -
qalan
qalsın,
özü bilər
qalmayan.
Məndə
sirr var,
qan dondurar
söyləsəm;
ölən ölsün,
özü bilər
ölməyən.
Dörd
yanıma çiçək ətri saçılmış,
hər
çiçəyi bircə-bircə seçilmiş
azad
könlüm gülüstandı, açılmış-
girən
girsin,
özü bilər
girməyən.
Qədirbilməz
əl yelləsin,
eh, desin,
Ahlar
çəksəm;
hardan əsir meh,
desin -
Gözlərimdən
daman qəmə şeh desin;
silən
silsin,
özü bilər
silməyən.
Dayanmışam
bir qayanın başında;
İfalımla yumşaldıram daşı da.
Anlar məni
ağıllı da, naşı da
bilən
bilsin,
özü bilər
bilməyən.
Arsızlıqda
Vaqiflərə tay hanı;
yasım
kimi təmtaraqlı toy hanı?
Yaranmışam
güldürməyə dünyanı
gülən gülsün,
özü bilər
gülməyən...
2016
Bir azdan
Öpüşümün
izi qalan
yüz
qramlıq qədəh... nəm,
üstündən siqaret çəkirəm-
can
salamat,
fikir cəm!
Tüstü
çıxır ağzımdan,
haçan qaralar sinəm,
nə
olacaq bir azdan-
bax, mən
bunu bilmirəm!
Eşqi
gömmüş yerə kim?-
bunu
bilmirəm dəqiq...
Bəlkə
ona görə ki
dərində olur əqiq-
Nədən
eşqin üstündən
basıb
keçirəm dik-dik?-
Guya xas
aşiqəm mən,
guya
ayığam qazdan...
Bax mən
bunu bilmirəm
nə
olacaq bir azdan!
Önümə
yüz qələt gələcək,
“gəl” gələcək, “get” gələcək,
alqış, ya lənət gələcək,
hansı
müsibət gələcək?...
Düşərmi alın yazımdan
ya bir
yolaq, ya bir kərəm?
Nə
olacaq bir azdan,
bax mən
bunu bilmirəm!
Cilov can
laxlaya-laxlaya
atımı dartır yoxluğa...
Ata yox, məni
saxlaya,
ana yox,
üstümdə ağlaya;
Məzarlar
mələr olacaq...
Bir azdan nələr
olacaq?-
bax mən
bunu bilmirəm!
2017
Nədəndi
Daş
durur daş üstdə,
əl
üstündə əl...
fikir
baş üstündə azır -
nədəndi?
Adamın
üstünə adamdan əvvəl
özünü çatdırır məzar...
nədəndi?
Kim nə
xeyir görmüş qoca naxırdan?-
Ha say
saydığını, say xırda-xırda...
Zəhmətin
özünə qalır axırda,
fələk bildiyini yozur,
nədəndi?
Dörd səmtin
yolunu azan tanışlar,
Xəyalat
elmində ozan tanışlar...
Yad tutmur
adını,
eyzan
tanışlar
ayağın altını qazır -
nədəndi?
Kimsənin
çoxu yox,
şükr et
azına,
getməyən olubmu var güdazına?
Bir
vergül artırsan alın yazına
Allah
öz əliylə pozur...
nədəndi?
Əl dizə
çırpılır, daş başa çaxır,
Sübh
ana südüdü, kəfəndi nahar!
Nə ələ,
nə daşa, nə başa baxır,
Bəhmənli
əfsanə yazır -
nədəndi?
2017
İki Vaqif
Rəşadın
oğlu oldu;
qoğalüzlü,
qaragöz -
Nəzrinin, Elmiranın “barmağı batdı bala”.
Bala Səfərə
qardaş,
baba Səfərə
sirdaş,
Baba Vaqifə
adaş...
Adınla böyü, bala!
Davamlı
olduğumu körpəlikdən bilirdim;
Kim deyirsə,
səhv deyir -
dünya
boşdu, yalandı...
Təzə
Vaqif doğuldu, odlanıb yandı dərdim,
Ad addan od alandı,
odlar adda
qalandı.
İkinci
Vaqifdi bu,
ürəyi nazik
şüşə,
Cingiltili
gülüşü çağlar şəlalə kimi,
Qulağı
qoz ləpəsi, cüt baxışı bənövşə,
Bərk biləyi poladdı, kürəyi qaya kimi.
Baxmayın
dincdi, sonra
tükumüzü
yolacaq;
Çölə
tökülmür Vaqif...
həm də
müftə-müsəllim.
İndi
“Vaqoş”du, sonra “Vaquliya” olacaq,
sonra
şagird, tələbə, sonra Vaqif müəllim!
Elə
ki, qoymusunuz siz ona Vaqif adı,
Mənim
də beş-on kəlmə
söz
haqqım var deməli.
Köhnə
ad var, gül açıb,
ad var, təzə
- kif atıb...
Yaxşı
adamdı, şəksiz, yaxşı adın təməli!
Mən
övlad hərisiyəm, koram zərə, altuna,
Ad daşımaq əməldi, ada sitayiş deyil.
Girmisiniz
çox ağır, çətin yükün altına -
Vaqifləri
böyütmək heç də asan iş deyil.
Çətin
günün dostudu, a Şəms,
birinci
Vaqif;
Məcburam məsul yükü sizinlə qoşa çəkim.
Olsa da dar
zindanın ən dərin
küncü Vaqif
Gərək adaş balamı hamıdan başa çəkim.
Gərək
ona içirdim Arazı dibə qədər...
Qarabağın töhməti heç bizə
yaraşmadı.
Müqəddəs
arzularım itib batmasın hədər,
Deməsinlər birinci Vaqifdən kar aşmadı.
Yetərmi
mətləbinə qoca Vaqif axır ki,
adaşından çıxarmı yaman gözə mil yonan.
Millətimin
dərdi bol, qəmi elə ağır ki,
Vaqif
adı qoyulsun gərək əlli milyona!
Cüt
qolum ona quldu;
üstünə
keşik qoyun,
Kök işləsin dərinə, sulansın quyum gərək.
Tez
ölsəm məzarımda baxmağa
deşik
qoyun,
Onun hər
addımına özüm
göz
qoyum gərək.
... Sənə
də deyiləsi, adaş,
xəlvət
sözüm var
İlk addımı mənə at, qulağını bəri
tut.
Kiçik
toyunu gördüm,
bəy
toyunda gözüm var,
Ölməyə
qoyma məni,
o vaxtacan diri
tut!
Ən ciddi
arzum budur,
sənə söylədim, adaş,
Sonda bir
zarafat da qoy qalsın aramızda;
Gözəllik
gəzəcəksən, yaş üstə gəlincə
yaş,
Birin
seç özümüzdən...
Gözəldi qaramız da!
Vaqiflər
Vaqif olmaz Vaqif eşqi duymasa,
Sevdiyini görüşə, Yer pisdi, Göyə
çağır.
Gəlin
pasport adını dəyişməyə qoymasa
xəlvətlikdə sən onu “Rəhilə”, deyə
çağır...
2017
Arzudan uca
Böyük
qızım, dörd uşaq anası Şəms
üçün
...istədim
heç zaman
qopmayasan
məndən-
iki
gözüm olasan...
olmadın!
İstədim
yaşa dolmayasan,
alnın
qırışmaya heç,
xəyala
dalmayasan,
böyrümdə oyan-buyana qaçasan,
körpəcə quzum olasan-
olmadın!
İstədim
göy üzü kimi
üstümdən
çəkilməyəsən
heç vaxt,
Üstəlik,
dan
ulduzum olasan-
olmadın!
İstədim,
dünyalarca yayılsın adın,
İşığın
yol göstərsin yol azanlara,
çin
olan arzum olasan,
olmadın!
İstədim
ata ocağından
iraq
düşməyəsən heç vaxt,
bir
açılıb-bir bükülən süfrəmizdə
şəkərim,
çörəyim,
duzum olasan-
olmadın!
Elə
ki, ətə-qana doldun,
elə
ki, tanrıdan qanad aldın
qanadlandın.
Ata
arzularının
əksinə uçdun yaxşı ki,
yaxşı ki,
ana oldun!
Sən
yaxşı bələdsən,
qızım,
atana-
bir
bax... yenə kövrəldim,
yenə...
gözüm doldu!
Danışdım
öz-özümə;
Anadan əziz
nə var,
analara
can qurban,
nəmənədi arzular-
sənə və dörd balana
qoy olsun
atan qurban!
2017
Tək bircə
Bilmirəm
nə sirdi-
məndə
hər
nə var, birdi...
Allahım
tək
bircə oldu,
tək bircə,
Tək
bircə doğuldum,
tək bircə...
Tək
bircə Göyüzüm,
Yerüzüm
tək bircə,
irəli
tək bircə,
geri tək
bircə,
Təkbirə
yetməyən
didərgin ruhum,
Tək
bircə üşüyən
dərim-
tək bircə...
Məntək
ola bilməz
heç
kim tək bircə,
Arvadım
tək bircə,
eşqim
tək bircə
Yolum da tək
bircədi,
içim
də tək bircədi,
çölüm də tək bircədi,
Özü
öz xidmətində
qulum da
tək bircədi,
Qızlar
saya sayılmır,
oğlum
da tək bircədi...
Dünya
Vaqiflə dolu;
çox
da şana-şanadı
çox
da pətəkdi adım,
Vaqif karxanasında
yenə
də təkdi adım.
Məramim
tək bircə,
odum tək
bircə,
Millət
andıdı andım-
tək bircə.
Həqiqət
eşidir,
həqiqət görür
qulağım tək bircə,
gözüm tək bircə.
2017
Ayrılıq
Deyirsən
yanında qalacağam mən,
Çox
gözəl fikirdi, qal, sənə qurban...
M.Müşfiq
Addımı
atan sən,
mən addıma
sədd -
getmək
özünlükdü...
yol mənə
qalsın.
Cilovu
taraz tut, atlansın həsrət,
Altda qan bürüyən nal mənə qalsın.
Duymasan da
olar baxışlarımın
arxanca
hönkürən alqışlarını...
Sinəndən
sim ayır,
çöl
quşlarının
təlaşlı nəğməsi,
çal, mənə
qalsın!
Qalsın
uşaq kimi,
qoca -
başına,
dönsün gül bağında bəzək daşına...
Çələnglər
hörsünlər uca başına
toz tutan
daş çiçək, gül mənə qalsın.
Budur son qərarım
ağıllı-başlı;
Dolaş
gülüstanda yanı yoldaşlı,
Dəymə
həsrətinə,
gözləri
yaşlı,
təpəsi qapazlı lal mənə qalsın.
Axır
ki, oxşadın oxşamışına -
bircə
dən qoymadın qala qışıma...
Gündüzlər
torpaq ye,
dəniz iç
axşam,
itin bəyənməyən
yal mənə qalsın.
Arı balı neynir? Bal səninkidi,
Qanları
bağlayan şal səninkidi,
Apar
yanağında,
xal səninkidi,
Ürəkdə
qaralan xal mənə qalsın!
2018
Qoca və ocaq
Elə
ki, yaş keçir,
can girgin olur,
Canı
qoymaq üçün
tapılmır
bucaq.
Həyat-
ya məşəqqət,
ya sürgün olur-
tapılır yenə də bir fərqli qoçaq...
Darıxıb
təklikdən o qoca kişi
Quru budaqlardan
qalayır ocaq;
Tüstü
ona gəlir, gözünü deşir-
yəqin
nişanlısı göyçək olacaq!
2017
Gül
Məhləmdə
bir gül bitib -
mən
onu çox sevirəm.
Ən
azı,
ollam iti...
sonrasını demirəm!
O
gülün saplağı düz,
Yan-böyrü məmə kimi.
Ləçəkləri
qızaran üz
tikanları qəmə kimi.
Necə
düşübdü püşkümə,
bitib,
açılıb haçan?
Güldü,
solar
üç-beş günə,
ətiri qalar goracan...
2016
Son vağzal
Çoxdan
çəkilib əl-ayaq,
vağzal
qorxuncdu div kimi;
bu da əlçatan
sonuncu budaq,
bu da
qışacan qalan sevgi...
Dalda hanı qəriblərə? -
açılan qucaq nə gəzir!
Ağ
başımı qara yerə
soxmağa bucaq nə gəzir...
Xəlvət
keçib, yavaş keçib -
vaxt
çürüdüb son sapını,
döyə bilmərəm, yaş keçib
rasta
çıxan hər qapını...
Ağ
sükut bürüyüb ağ zalı -
nakamlar
yatışıb sağ-solda.
Son
sevginin son vağzalı
məzardı ən yaxşı halda.
2016
Gedək
Yaraşmaz,
töküb, töküşdürüb
Necə gəldi... varaq gedək.
Qapı-bacanı
süpürüb
təmiz
yığışdıraq gedək!
Tilsimləyək
odu buzda,
yuva
salaq qənddə, duzda...
dəqiq
bilək, yurdumuzda
işıq saçır çıraq -
gedək.
Həyat
sərtdi, yolu çəti n,
yada inam
yoxdu qəti!
Son
fikrimdi,
bu külfəti
Allaha tapşıraq gedək.
Azımız
var, çoxumuz var -
Bizim nədən qorxumuz var?
... öndə dərin yuxumuz var
daha
gecdi, duraq gedək!
2016
Hal
İş
başımdan aşanda da
başım dan çıxmır xəyalın.
Hicrin
içrə çaşanda da
yoluma
çıxır vüsalın.
Qafilliyə
macalım yox -
dərsimi verir kamalın.
Heç sorğuna cavabım
yox -
varmı
ayrı bir sualın?
Əyirəm,
həsrət əyilmir,
Can zəifdi,
divar qalın.
Bu tifil sənin
deyilmi
qisməti qış, əyni yalın?
Yaşlı
başı huş aparır;
Tərpət,
oyanım, zalım...
Lalıq
dərdi quş aparır,
üstümdə çürüyür kalım!
2015.
Naftalan.
Qardaş söz
İstinad
nöqtəsi var sevgi şeirimin,
onun
Sonuna
nöqtə deyil,
imzalı
baş qoymuşam.
Aparmışam
irəli qədimi arabanı,
Yoxuşlarda təkərin dalına daş qoumuşam.
Söz və
qadındı bəlkə dünyanın ilkin xalqı,
Şairlər
Siziftəki daş dartır, diki qalxır...
Görmüşəm
ki qırılır susundan sevgi xalqı
Qupquru kəlmələrin
gözünə
yaş
qoymuşam.
Dəyişmir
ki, söz yolu -
həmən
dibək, həmən daş,
Əsas məqsəd
yanmaqdı,
fərq eləməz
quru, yaş...
Necə
ki, qız çiynini oxşarlar yavaş-yavaş,
Bakirə
söz çiyninə əli yavaş
qoymuşam.
Axtarmaqda
dov gəlib
İsaq-Musaq
quşuna,
Düppələndüz
yetmişəm
itmiş
öküz tuşuna...
Madonnanın
boz üzü
heç
gəlməyib xoşuma,
Onun
solğun alnında
göz
ustdə qaş qoymuşam.
Olanlar
olub daha, daha keçənlər keçib,
Söz içimin içidir, içim də sozün
içi.
Ötəri
gözəllərə sözdən zərli don biçib,
Dərdimdən
ölənləri eyzan
çaş-baş qoymuşam.
Sevgi
Allaha məxsus; ağzıbağlı xəzinə,
Ora çatmaqçün gərək zülm edəsən
dizinə.
Leylilərə
gözucu baxmayıb əvəzinə
Söz
yolunda Məcnundan dəli
savaş
qoymuşam.
Bu da muraz
gecəsi,
bu da
böyük toy günü,
Yorulmuş qəm karvanım hara qoysun yükünü?
Həsrət
çal-çağır qurub,
açıb mənə könlünü...
Bəla dolu başımı toya şabaş qoymuşam!
Arıya zəhmət qalır, ballı şana ögeydi,
Ürəkdə yardan qalan xal-nişana ögeydi.
Bir sevgi
iki canda... ata, ana ögeydi;
Onçun sevgiyə sözü
doğma qardaş qoymuşam.
2018
Ustadnamə
Sınacaq daşlarda abdalın büstü,
Aqili cənnətə iz aparacaq.
Bu fani mənzildən kimini tüstü,
Kimini
qatbaqat toz aparacaq.
Ağlı, fərasəti yaradan bölüb,
Fərqlidi hərənin toxumu, dölü...
Desələr,
obanın igidi ölüb,
Aşıq -
qoltuğunda saz aparacaq.
Bülbülün tikanlı tində nə işi?-
onun
tanrısı gül;
dində nə
işi,
zirvə qartalının hində nə işi -
ördəyi yuxusuz qaz aparacaq.
Axmaqdı cəng edən gürzələr ilə,
Bəxtin sərhəddi var nizələr ilə,
Gələndə Əzrayıl qəmzələr ilə
Sidqi sıyrılanı naz aparacaq.
Zəmanə qəhr etdi,
qurudu bostan,
Alma nağıllıqdı,
sonsuzdu dastan...
Adını
andığın qohumlar, dostlar
ovcunda
bir çürük qoz aparacaq.
Həqiqət
yolunda divdi can özü,
Xəyanət
quyuya gedən qan izi...
Namuslu qadını
yaradan özü
cənnət gərdəyinə qız aparacaq.
O kimdi dəvəni
toya yollayan -
Dördqat
büküləcək hürgüclü maya...
Odun
daşıyacaq İsmayıllıya,
Dönüb Naxçıvana duz aparacaq.
Kor olan,
kar olan mətləbi bilməz -
Gözə yol göstərər ürəkdəki səs.
Abırsız
dünyada xoşbəxtdir o kəs
Zülmətə işıqlı üz aparacaq.
Görmüşəm,
alışır qar köynəyində,
yanmışam yaxası dar köynəyində.
Mən
gora gedəcəm yar köynəyində;
yalandı, desələr “bez aparacaq”.
Rədifim
köhnədi -
dodağı
püstə;
canıyla əlləşir canbəsər xəstə...
Ellər
hönkürəcək cənazəm üstdə -
Vaqif Bəhmənlini söz aparacaq!
2018
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.-2018.- 14 iyul.- S.18.