Şair Hüseyn Kürdoğlu
anıldı
“Söz
qonağı” Ədəbi Məclisinin üzvləri
tanınmış şair Hüseyn Kürdoğlunun
Xırdalan qəbiristanlığındakı qəbrini ziyarət
edərək xatirəsini anıblar.
Ədəbi
məclisin rəhbəri İlham Qəhrəman şairin
yaradıcılığının məziyyətlərindən,
şeirlərindəki bədii dil xüsusiyyətlərindən
danışıb. Bildirib ki, onun yaradıcılığında
Vətən həsrəti,
yurd yanğısı,
doğma torpağına
sahib çıxmaq əzmi
və gələcəyə
inam təlqin olunur. Ötən əsrin 90-cı illərində yazılan şeirlərin böyük
bir qismi işğal olunmuş torpaqlarımızın həsrəti
ilə yazılıb.
Bu şeirlərdə fəryad da, çağırış da
var. Şairin o illərdə
yazdığı şeirləri
oxumaq kifayətdir ki, Azərbaycan poeziyasında doğma torpağa bağlılığı,
yurd sevgisini görək.
Tədbirdə şairin qardaşı, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı şairin
doğma yurdu Laçınla bağlı
xatirələrinə işıq
salıb, onun doğma vətəni Laçını çox
sevdiyini qeyd edib.
Anım tədbirində
C.Cabbarlı adına
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
aktrisası, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında
şairin şeirləri
səsləndirilib.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 14 iyul.- S.13.