Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgisi keçirildi

 

İyulun 12-də “Əlil QadınlarCəmiyyətində Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının Əlil QadınlarCəmiyyətinin birgə təşkilatçılığı ilə seminar keçirilib. Seminar çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi qrup formasında sərgisi təşkil olunub.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov, Əlil təşkilatları İttifaqın prezidenti Davud Rəhimli, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Qorxmaz İbrahimli, Səhiyyə Nazirliyinin nümayəndəsi Rəna İbrahimova, Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyə Quliyeva, Asan Təlim-Tədris Mərkəzinin baş məsləhətçisi, Gənc psixoloqların İB-nin sədri Orxan Oruc, Bakı Dövlət Universitetinin Sosial elmlər psixologiya fakültəsinin könüllü tələbə magistrları, “Olteatrı,  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, əməkdaşları Rafiq Quliyev, Səadət Təhmiraz qızı, Aynurə Xudanlı çıxış edərək bu kimi tədbirlərin təşkili üçün bütün iştirakçı təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Bildirilib ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqındaAzərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunukimi qanunlar qəbul edilib. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən azad olmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə anlamağa çalışmaq lazımdır.

A.Usubəliyev öz çıxışında bildirib ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni bərabərik. Ona görə bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq bu səpkidə tədbirlər davam etdiriləcəkdir.

Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarın əl işləri, tikmə, qrafika, xalçaçılıq s. sənət əsərləri nümayiş olunub, milli musiqimizin bir-birindən dəyərli nümunələri ifa edilib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 14 iyul.- S.13.