Mədəniyyət Nazirliyində
Çin nümayəndə heyəti ilə
görüş
Mədəniyyət
Nazirliyində Şenyanq Əyaləti Xalq Hökumətinin
Xarici İşlər İdarəsinin Ölkədən Xaricdə
Çin Məsələləri üzrə Şenyanq Ofisinin
direktoru Vanq Jinqyinqin rəhbərlik etdiyi Çin nümayəndə
heyəti ilə görüş keçirildi.
Görüşdə
Azərbaycan – Çin mədəni əməkdaşlıq məsələləri
barədə fikir mübadiləsi aparıldı, Şenyanq
şəhəri ilə mədəni əlaqələrin
inkişaf etdirilməsinə dair qarşılıqlı maraq
ifadə olundu.
Nazirliyin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə İki ölkə arasında mədəni əməkdaşlığa dair müvafiq müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2022-ci illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol” layihəsinin imzalanması istiqamətində iş aparıldığını bildirdi. Sözügedən protokolun Azərbaycan ilə Çin və onun ayrı-ayrı regionları arasında əməkdaşlığa böyük töhfə verəcəyini qeyd etdi.
V.Eyvazzadə Çin və Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzv olduqlarını və təşkilat çərçivəsində six əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı.
Şenyanqda Azərbaycan Mədəniyyət
Mərkəzinin açılmasını təklif edən V.Jinqyinq bu istiqamətdə
Şenyanq Əyaləti Hökumətinin bütün lazımi dəstəyi göstərməyə
hazır olduğunu bildirdi.
Mədəni əməkdaşlıq,
xalqlararası anlaşma və mübadilənin
genişləndirilməsi baxımından sözügedən
məsələnin əhəmiyyəti qeyd
olundu və müvafiq
daxili mexanizmlər
aydınlaşdırıldıqdan sonra Çin tərəfinə rəsmi rəy
bildiriləcəyi diqqətə çatdırıldı.
Müşfiq, Şahanə.
525-ci qəzet.-2018.- 14 iyul.- S.13.