“Tarixi-mədəniyyət abidələrinin qorunması xalqın tarixinin qorunması deməkdir”

 

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevadır.

- Jalə xanım, Azərbaycanda həyata keçirilən dövlət mədəniyyət siyasəti onun nəticələri haqqında fikirlərinizi bilmək istərdik. Hazırda mədəniyyət sahəsində həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

- Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən uğurlu siyasət mədəniyyət sahəsini əhatə edir. Həyata keçirilən sistemli məqsədyönlü tədbirlər mədəniyyət sahəsində mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir. Paytaxtda regionlarda yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilir ya əsaslı təmir olunur. Mədəniyyət obyektlərinin, xüsusilə kütləvi nümayiş məkanları olan teatr muzeylərin yüksək səviyyədə təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması bu sahədə həyata keçirilən stimullaşdırıcı tədbirlər sırasında yer alır. Prezident İlham Əliyev bu sahənin inkişafını xüsusi olaraq diqqət mərkəzində saxlayır ötən müddət ərzində dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq fərman sərəncamlar uğurla yerinə yetirilib. Diqqətə çatdırmaq istəyirəm ki, bu müddətdə kitabxana-informasiya sahəsi üzrə (2008-2013), kino (2008-2018) teatr (2009-2019) sahələri, tarix mədəniyyət abidələrinin bərpası qorunması üzrə (2014-2020) dövlət proqramları icra edilməkdədir. Eyni zamanda, mədəniyyət incəsənət xadimlərinə dövlət tərəfindən diqqət qayğı davam edir. Davamlı olaraq mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Bütün bunlar Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Digər tərəfdən, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir.

Qeyd etmək istəyirəm ki, mədəniyyət sahəsinin inkişafında, mədəni irsimizin qorunması dünyada təbliğ olunmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər bütün ölkə ictimaiyyətinə yaxşı məlumdur xalqımız tərəfindən yüksək qiymətləndirilir

 

- Azərbaycanda mədəniyyət sahəsində qanunvericilik bazası hansı səviyyədədir? Bu istiqamətdə yeni qanunların hazırlanması nəzərdə tutulurmu?

- Hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində zəngin qanunvericilik bazası mövcuddur. Bilirsiniz ki, bir neçə il əvvəl ölkəmizdə Mədəniyyət haqqında yeni qanun qəbul edilib ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl, sistemli məqsədyönlü işlər görülür. Lakin təbii ki, gələcəkdə zərurət yarandığı halda yeni qanunların qəbul olunması da mümkündür. Çünki zamanın tələbinə müvafiq olaraq ortaya çıxacaq yeni çağırışlar bu sahədə müəyyən təkmilləşmələrin həyata keçirilməsinə zərurət yarada bilər.

- Bildiyimiz kimi, ölkəmiz mədəni-tarixi abidələrlə zəngindir. Bu abidələrin qorunması gələcək nəsillərə ötürülməsinin önəmi haqda da fikirlərinizi bilmək istərdik.

- Əvvəla qeyd edim ki, tarixi-mədəniyyət abidələrinin qorunması məhz xalqın tarixinin qorunması deməkdir. Bu, hər bir xalq üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Məlumdur ki, ölkəmizdə tarixi-mədəni abidələr qorunur, bərpa edilir və gələcək nəsillərə ötürülür. Bu sahədə müvafiq qərarlar qəbul edilir, görülən işlər tarixi-mədəni abidələrin qorunmasına xidmət edir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Xüsusilə də, regionlardakı tarix və mədəniyyət qoruqlarının fəaliyyəti canlandırılır. Dövlət başçısının sərəncamları ilə Abşeron rayonundaYanardağ”, Ağstafa rayonundaKeşikçidağ”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilib. Son illərdə yerlərdə 50-dək tarixi abidə təmir-bərpa olunub.

Ümumiyyətlə, tarixi abidələrin qorunması istiqamətində tədbirlər sistemli şəkildə həyata keçirilir. Buna paralel olaraq muzeylərimiz bərpa olunur, demək olar ki, bütün rayonlarda kifayət qədər zəngin olan tarix-mədəniyyət mərkəzləri var. Abidələr bərpa olunur, həmin abidələr olan yerlərdə festivallar keçirilir, müxtəlif dillərdə kitablar nəşr olunur, onlayn portallar yaradılıb, bir sıra maddi-mədəniyyət nümunələrimizə beynəlxalq status verilib. Abidələrimizin müəyyən hissəsi artıq beynəlxalq turizm şəbəkəsinə daxildir və turistlər həmin abidələri ziyarətə gəlirlər.

 

KAMİL

525-ci qəzet.-2018.- 14 iyul.- S.6.