"Edam günü" beynəlxalq festivalda mükafat qazandı

 

 

Barselona Film Festivalında azərbaycanlı yazıçı, prodüser Cəlaləddin Qasımovun "Edam günü" bədii filmi "Ən yaxşı danışıq bədii filmi" nominasiyasında qalib seçilib.

Filmin ssenari müəllifi baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olub: "Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. "Edam günü" psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etdim".

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı tapıb üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir: "Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları göstərmişik. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasının SSRİ dövründə işləmiş işçiləri ilə görüşüb maraqlı məlumatlar toplamışam", - deyə ssenari müəllifi bildirib.

Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu. ABŞ-da "Los Angeles CineFest"in, Böyük Britaniyada "Slumberjack" film festivalının İspaniyanın Barselona şəhərində "Planet" film festivalının mükafatçısı olub.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 17 iyul.- S.8.