Günay Mehdizadə
Azərbaycanı beynəlxalq qurumda təmsil
etdi
İyulun 2-dən 6-na kimi Moskvada keçirilən
Avrasiya Ölkələri
Müəllif Hüquqları
Konfederasiyasında Türkiyənin
təmsilçiləri və
müəllif hüquqları
təşkilatlarının təmsilçiləri ilə
birgə müşahidəçi
qismində iştirak ediblər.
Avrasiya Ölkələri Müəllif
Hüquqları Konfederasiyası
Azərbaycan, Ermənistan,
Qazaxıstan, Qırğızıstan
və Rusiya dövlətini əhatə
edir. Konfederasiyanın başlıca məqsədi
öz əhatə dairəsini genişləndirməkdir.
Konfransda
eyni zamanda, Türkiyə, Ərəb
ölkələri və
İranın müəllif
hüquqları üzrə
nümayəndələrinin dəvəti tədbirin prinsipi olaraq qəbul edilib. Bu il Avrasiya Ölkələri
Müəllif Hüquqları
Konfederasiyasında ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü,
Türk və Azərbaycan dövlətləri
üzrə qısa zamanda böyük şöhrət qazanmış,
tanınmış rəssam
Günay Mehdizadə təmsil edib. Üç günlük konfransda bir sıra yeni
məsələlər ve
yeni texnologiyalar barədə müzakirələr
də aparılıb.
YEAKOP-un bu sahədə
ən böyük qurum ola
bilməyi prearitet mövqe seçdiyi bildirilib.
YEAKOP baş direktoru, Azərbaycan Müəllifləri
İctimai Birliyinin sədri, cənab İsmayıl Məmmədkərimov
deyib: "Tanınmış
rəssam Günay Mehdizadə kimi ziyalı insanların təmsil olunması yalnız və yalnız fəxarətlə
qarşılanmalıdır. Avrasiya Ölkələri Müəllif Hüquqları
Konfederasiyasında Avrasiya
İqtisadi İttifaqı
və MDB çərçivəsində
təmsil olunan dövlətlərinin
müəllif hüquqları
sahəsi üzrə ixtisaslaşan ziyalı insanlarla yanaşı, aparıcı milli cəmiyyətlər də,
təmsil olunmaq iqtidarındadır". Onun
sözlərinə görə,
təşkilatda Çingiz
Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış
Azərbaycan bəstəkarlarının
da, adı yer alır: "Lakin təşkilat, bildiyiniz kimi, yalnız üzvlərdən deyil, eyni zamanda da,
prezidiumdan, yəni daimi üzv heyətindən ibarətdir ki, bu da,
səs çoxluğu
ilə müəyyən
olunur. Həmin prezidiumda isə əsasən
aktiv və daima inkişafa meyilli olan insanların
cəlb olunmasına üstünlük verilir. Tanınmış rəssam Günay
Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və
inkişafa meyilli biridir. Belə insanların Azərbaycanı
istənilən qurumda
təmsil edə bilməsi hər baxımdan perspektivlidir".
İ. Məmmədkərimov eyni
zamanda, bu günlərdə təşkilatın
sədri Oleq Molçanın "Sputnik" informasiya portalının xüsusi buraxılışında
çıxış edərkən,
azərbaycanlı rəssam
G.Mehdizadə haqqında
müsbət fikirlər
söyləməsini də,
xüsusi vurğulayıb.
Türkiyənin Mədəniyyət Müşaviri, Dr. İrfan Çiftçi isə bununla bağlı bildirib ki, Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi bu toplantıda Azərbaycanın bir təmsilçisinin də beynəlxalq bir təşkilatda olması, eləcə də Günay Mehdizadənin YEAKOP idarə üzvlüyünə seçilməsi, Azərbaycanın və Türk Dünyasının bir qələbəsidir: "Günümüzdə xüsusən də, internet vasitəsilə ən çox əməyi oğurlanan yaradıcı insanlardır. Bütün mədəniyyət qurumları olaraq, texnoloji vasitələrindən, müasir üsullardan istifadə edərək, əmək haqlarını, müəllif hüquqlarını qorumalıyıq. Sənəti və mədəniyyəti xüsusən də, gənclərin ən çox istifadə etdiyi internetdən təbliğ etməliyik. Eyni zamanda, dizayner və kompüter üzrə mühəndis olan Günay Mehdizadə, mətbuatdan oxuduğuma görə, yaxın zamanda eyni təşkilatın "müasir vasitələrlə mədəniyyətin təbliği" beynəlxalq sempoziumda iştirak etmişdi. Günay xanım, artıq klassik üsullarla standart sərgilərin, kitabda dərc edilmiş mətnlərin günümüzdə sənətin təbliğatı adına kifayətsiz olduğunu və bu klassik vasitələrlə dijital atmosferin birgə olmasının zərurətinə aid layihələrin olduğunu bilən, müasir fikirləri olan bir sənətçidir, buna görə də ondan mədəniyyət sahəsinə çox daha böyük yaradıcı işlər gözləyirik və buna ümidliyik".
Tanınmış rəssam Günay Mehdizadə isə, öz növbəsində baş tutan konfransda hər kəsin yekdilliklə ona səs verməsi ilə bağlı məmnunluğunu ifadə edərək, belə təşkilatlarda Azərbaycan mədəniyyətinin tərənnüm olunmasının diaspora fəaliyyətinə, eyni zamanda, milli-mənəvi sərvətimizin tarixə həkk olunması uğrunda bir töhfəsi olduğunu qeyd edib: "Qəlbi Azərbaycanla döyünən hər bir sənətçi həmkarlarımın adının beynəlxalq təşkilatlarda çəkilməsini nəinki mənim, həm də Azərbaycanımızın sevinci kimi qəbul edirəm. Hesab edirəm ki, bu, belə də olmalıdır. Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq, maraqla qarşılanması təbii ki, böyük sevincdir. Və mən inanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.- 17 iyul.- S.7.