"525-ci qəzet" və "Olaylar" Mərkəzi Elmi Kitabxana ilə müqavilə imzaladı

 

QƏZETLƏRİN RƏQƏMSAL NÜSXƏLƏRİ KİTABXANANIN FONDUNDA MÜHAFİZƏ EDİLƏCƏK

 

Dünən Mərkəzi Elmi Kitabxanada "Elektron resursları birləşdirək paylaşaq" proqramı çərçivəsində "525-ci qəzet"in "Olaylar" qəzetlərinin baş redaktorları 2018-ci ilin yanvar-iyun ayları arasındakı nömrələrinin rəqəmsal nüsxələrini Mərkəzi Elmi Kitabxananın fonduna bağışlayıblar. Bununla əlaqədar hər iki qəzetin baş redaktorları ilə MEK arasında müəllif hüquqları müqaviləsi imzalanıb.

Görüşdə MEK-in direktoru Leyla İmanova proqram haqqında redaktorlara geniş məlumat verib. Deyib ki, Mərkəzi Elmi Kitabxana yarandığı gündən bir sıra yeniliklərə imza atıb, keçirdiyi layihələrlə hər zaman media ictimaiyyətlə qarşılıqlı əlaqədə olub. O bildirib ki, qəzetlərin rəqəmsal nüsxələrinin kitabxanada mühafizə olunması bütün mənalarda əhəmiyyətlidir. Bu vasitə ilə həm qəzetlərin arxivi daha təhlükəsiz şəkildə mühafizə olunacaq, həm internet istifadəçilər istənilən an istədikləri yazını ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəklər. L.İmanova bu işbirliyinin davamlı olacağını, altı aydan bir arxivin elektron versiyalarının qəzetdən alınıb fonda daxil ediləcəyini vurğulayıb.

Görüşdə çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, qəzetin elektron versiyası hələ 1999-cu ildən yaradılıb: "Saytın fəaliyyəti isə belədir ki, yaddaş dolur, onu yenidən yeniləmək lazım gəlir. Keçmiş yazıları ya özümüzdə saxlayırıq, ya da hazırda saytda "Köhnə 525" adlı bölmədə toplayırıq. Bu da ən çox 7-8 il mümkündür. Məsələn, indi 2000-ci ilə aid hansısa materialı axtarsaq, tapmaq olmur. Buna görə sizin bu addımınızı lazımlı təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu arxiv bizim özümüz üçün böyük bir istinad mənbəyi olacaq".

Bundan əlavə, R.Məcid MEK-in qısa müddətdə gördüyü əhəmiyyətli işlərdən söz açıb: "Mərkəzi Elmi Kitabxana qısa zamanda çox böyük işlərə imza atıb. Burada tez-tez ictimaiyyətimiz, mədəniyyətimiz, elmimiz üçün əhəmiyyətli tədbirlər, konfranslar keçirilir. Onun fəaliyyətini həm birbaşa, həm mətbuat vasitəsilə izləyirik. Burada daim hərəkət var, inkişaf var. İctimaiyyətlə əlaqələr şöbəsi çox fəal rejimindədir. Yeni ideyanız da dəstəkləyir məmnuniyyətlə qol çəkirik".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz layihəni yüksək qiymətləndirib, öz təcrübələrindən çıxış edərək bu proqramın əhəmiyyətini vurğulayıb: "Biz bir müddət öncə saytımızı yenidən qurmaq istəyəndə, təəssüf ki, bizim arxiv materiallarımız itdi biz onları bərpa edə bilmədik. Amma indi bütün arxivin Mərkəz Elmi Kitabxanada mühafizəsi həm təhlükəsizlik baxımından, həm oxucularla qəzetin qarşılıqlı əlaqəsi üçün önəmlidir. Düşünürəm ki, bu proqram çox lazımlı vacibdir. İndi elektron dünyada hər şey asan olduğu qədər, həm təhlükə altındadır. Çünki bir virus hər şeyi silə bilər. Sizin bu proqram həm bu qəzetləri bu təhlükələrdən mühafizə edir".

Daha sonra tərəflər qarşılıqlı razılaşma əsasında müqavilələri imzalayıblar.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 17 iyul.- S.3.