"Çölçü"nün yeni mükafatları

 

"Çölçü" filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb. Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, film 6-cı "Virgin Spring Cinefest 2018"in fevral ayı üzrə "Ən yaxşı bədii film" mükafatına layiq görülüb "Golden Galaxy Award" mükafatının "Yaxşıların yaxşısı" nominantı statusunu qazanıb.

"Çölçü" filmi Avropa, Asiya Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində "Cult Critik Movie Awards" jurnalının 2018-ci ilin yanvar ayı üzrə "Ən yaxşı bədii film" mükafatına layiq görülüb bununla da Jan Lük Qodar mükafatına nominant statusu qazanıb. Mükafatların təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin "Çölçü" filmi Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 37 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb. "Çölçü" ümumilikdə 7 dəfə "Ən yaxşı bədii film", 3 dəfə "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı qadın oyunçu", "Yaradıcılıq axtarışlarına görə", eləcə münsiflər heyətinin xüsusi diplom mükafatlarına, "Humay" milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

525-ci qəzet.-2018.- 18 iyul.- S.8.