IV "Fizikalirika" konfransı keçirildi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu Mərkəzi Nəbatat Bağında "Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi" mövzusunda IV "Fizika lirika" konfransı, o cümlədən, konfrans çərçivəsində "Qoşa qanad" elmi-ədəbi gecəsi keçirilib.

Konfransda AMEA-nın əməkdaşları, ziyalılar, ictimai xadimlər media nümayəndələri iştirak ediblər.

Konfransdan öncə iştirakçılar Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasını ziyarət ediblər. Bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev burada canlı kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Memarlıq İncəsənət İnstitutunun təşkilatçılığı ilə bədii sərgi keçirilib. İnstitutun direktoru Ərtəgin Salamzadə sərgi haqqında məlumat verərkən qeyd edib ki, AMEA-nın Botanika bağında doqquzuncu dəfə təşkil olunan sərgidə elmin iki əsas istiqaməti - dəqiq humanitar elmlər bədii sənətkarlıq kontekstində əlaqələndirilir. Sərgidə Memarlıq İncəsənət İnstitutunun əməkdaşları - Xəzər Zeynalov, Səyyad Bayramov, Leyla Məmmədkərimova (Mali), Aysel Talıbova, Günel Seyidəhmədli Vəfa Cəsarətin ümumilikdə 26 əsəri nümayiş etdirilib. Bu əsərlərin 11-i ilk dəfə sərgilənib. Əsərlər yağlı boya, sulu boya, linoqravüra, kompüter qrafikası kimi fərqli texnikalarda işlənib. Sərgilənən əsərlərdə xalqımızın milli mədəniyyəti, tarixi keçmişi, memarlıq abidələri, şəxsiyyətlərin portretləri əks olunub.

Qeyd olunub ki, Memarlıq İncəsənət İnstitutunda rəssamlıq sərgilərinin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Qısa müddət ərzində - 2014-cü ilin payızından ötən ilin yayınadək institut tərəfindən səkkiz rəssamlıq sərgisi təşkil olunub. Bunun nəticəsi olaraq institut 2017-ci ildə "Alimlər-rəssamlar" kataloqu da nəşr etdirib. Üç dildə - Azərbaycan, ingilis rus dillərində nəşr olunan kataloqda zəngin illüstrasiyalar yer alıb.

Daha sonra iştirakçılar botanika elminin təbliği məqsədilə Botanika İnstitutunun nəzdində yaradılmış Botanika Muzeyində olublar. Onlar muzeydə açılan "Azərbaycanın yaşıl xəzinəsi" adlı sərgi ilə tanış olublar. Sərgidə qonaqlara Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası ekologiyasını əks etdirən xüsusi nümunələr barədə ətraflı məlumat verilib.

Daha sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin giriş nitqi ilə konfrans açıq elan edilib. Tədbirin fizika lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən alim ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.  O deyib ki, bu tədbirin qoşa qanad adlandırılması heç təsadüfi deyil. Şeir elm özü birlikdə qoşa qanaddır: "Burada fizika sözü şərtidir. Əsas məsələ elmlə poeziyanın vəhdətini ifadə etməkdir. Fiziklərlə liriklərin qarşılıqlı diskussiyası görüşləri hələ neçə illər bundan öncəyə gedib çıxır. Liriklər iddia edir ki, onlar insanların mənəviyyatını zənginləşdirərək yeni insan yaradırlar. Fiziklər isə iddia edirdilər ki, bütün elmi inkişaf onların adları ilə bağlıdır. Ancaq 1970-ci illərdən sonra bu tərəflər üz-üzə gələrək razılaşdılar ki, fizika lirika əslində, eyni səviyyədə insana lazımdır. Bu, qoşa qanaddır. Hər ikisinin birgə harmoniyası, birliyi cəmiyyətin inkişafına gətirib çıxaracaq. Fizika təbiətin qanunauyğunluqlarını öyrənirsə, lirika da musiqiyə adi olsa belə, mənəvi aləmin qanunauyğunluqlarını öyrənir. Beləliklə, fizika lirika bir-birini tamamlayır".

Akademik İ.Həbibbəyli növbəti "Fizika lirika" konfransının beynəlxalq miqyasda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə təşkil olunacağını bildirib.

Natiq çıxışında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyi Azad Həmkərlar İttifaqı tərəfindən yenicə çapdan çıxan "Plyus bədii yaradıcılıq" (II kitab) II "Qoşa qanad" ədəbi almanaxlarını da təqdim edib. İdeya müəllifi ön söz müəllifi İ.Həbibbəyli olan hər iki almanaxda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan üzvlərinin ədəbi-yaradıcılıq nümunələri toplanılıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov konfransa töhfə olaraq hazırlanan "Qoşa qanad" kitabı barədə danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan kitabda 48 AMEA əməkdaşının şeiri çap olunub.

Tədbirdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edib. Qeyd olunub ki, həm ədəbiyyat, həm fizika gerçək dünyanı müşahidələrlə öyrənməklə, əks etdirməklə, təhlillə məşğuldur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verib. "Bədii söz qədər insanları birləşdirən dəyər yoxdur" - deyən alim görkəmli söz ustadlarına, qələm sahiblərinə həsr olunan tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid AMEA-nın 41 əməkdaşının Birliyə üzv olduğunu deyib. O, Ədəbiyyat İnstitutunun daha iki əməkdaşına - filologiya üzrə fəlsəfə doktorları Aynurə Paşayevaya Təranə Abdullayevaya Birliyin vəsiqələrini təqdim edib. R.Məcid yaradıcı quruma yeni üzv qəbul olunan gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra söz məruzəçilərə verilib.

Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı "Əlkimya əlfizikadan böyük ədəbiyyata", professor Tahirə Məmməd "Simvollar: ədəbiyyatda elmdə", "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin sədri, professor Vüqar Əhməd "Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında", AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadiq Qarayev "Bədii yaradıcılığın inkişaf dialektikasında təbiət elmlərinin rolu: Tədbiətdən ədəbiyyata", N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəhram Quluzadə "Astrofizika lirika" mövzularında məruzə ediblər.

Məruzələrdən sonra yenidən çıxışçılara söz verilib. Akademik Vaqif Abbasov, professor Hikmət Mahmud, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə başqaları çıxışlarında mövzu ilə bağlı fikilərini səsləndirib, konfransın keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşlarından Sevinc Rəcəbova, Aytən Şərifli, Leyli Əliyeva, Tünzalə Zeyvəliyeva, Şakir Albalıyev, Aynur Nəcəfzadə, Oqtay Rza öz şeirlərini səsləndiriblər.

Sonda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bir sıra təkliflərlə çıxış ediblər.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 18 iyul.- S.7.