Sevgidən doğulmuş
sənət və ya əbədiyyəti yaradan nəfəs
"Allahın ən
gözəl əsəri
könüldür.
Qalan hər şey ancaq əsərin əsərləridir".
Cəlaləddin Rumi
Azərbaycan xalqı hər zaman öz istedadları,
yaradıcı insanları
və sənətkarları
ilə öyünüb
fəxr edə bilər. Çünki bizim müasirlərimiz
olan sözün əsl mənasında fitri istedadlar, peşəkar sənətkarlar
özlərində əcdadlarımızın
ən yüksək nailiyyətlərini əks
etdirir, öz yaradıcılığında təcəssüm edir, onları yaşadır, təbliğ edir və gələcək nəsillərə ötürür.
Həyatın dinamikliyi, müasir dünyamızda baş verən hadisələr, cərəyan edən qlobal ictimai-siyasi, iqtisadi və mədəni proseslər əlbəttə ki, sənətdən də yan keçmir və ona bilavasitə
güclü təsirini
göstərir. Bu o deməkdir
ki, istedadın özündə inkişaf
etdirdiyi yaradıcılıq
qabiliyyəti, nümayiş
etdirdiyi sənət artıq bu sənətin
yönəldiyi auditoriyanı
qane etmir. Auditoriya daha dolğun, dayanıqlı, çevik
və dinamik inkişaf edən sənət nümunələri
görmək və ya dinləmək istəyir. Bu da sənətkarlar qarşısında yeni-yeni
vəzifələr qoyur,
onları zamanın nəbzini tutmağa sövq edir və nəticədə tamaşaçı qarşısına
çıxan sənətkar
savadlı və çağdaş düşüncəli
auditoriyanın sevimlisinə
çevrilir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
Azərbaycan rəhbərliyinə
qayıdışı ilə
ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni və sənət həyatında
dönüş yaranmış,
elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə
uyğun müstəqil
dövlət quruculuğu
prosesi başlanmışdır.
Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
davam etdirilərək,
Azərbaycan Respublikasında
dövlət səviyyəsində
bütün sahələrdə
olduğu kimi mədəniyyət və
incəsənət sahələrində
də yaradılmış
münbit işgüzarlıq
və səmərəli
yaradıcılıq şəraiti
yeni nəsil mədəniyyət və
incəsənət xadimlərinin
meydana gəlməsi, sənətkar və peşəkar mütəxəssislərin
formalaşmasına təkan
vermişdir.
Bu qəbildən olan sənətkarlarımızdan biri
və cəsarətlə
deyə bilərik ki, birincisi gözəl
insan, əsl Azərbaycan xanımı,
sənəti ilə milyonların ürəyinə
yol tapan, təbii və mənəvi gözəlliyi,
20 ildən artıqdır
ki, vokal ifaçılıq məharəti
ilə tamaşaçısını
heyran edən populyar müğənni, Azərbaycan Respublikasının
Xalq artisti Nazpəri Dostəliyevadır.
Nazpəri xanım və onun yaradıcılıq yolu haqqında saysız-hesabsız yazıları,
məqalələri, müsahibələri
incələyərkən onun
canlı sənət portretini təsvir etmək nə qədər mümkün olsa da, bir
o qədər düşünürsən
ki, bu tablonu
tam təsvir edib bitirmək üçün
təkcə qəhrəmanın
özü ilə ünsiyyət çatışmır. Və həmin
ünsiyyət baş
tutduqdan sonra öncədən təsvir
etdiyimiz tablonun xeyli natamam olması
təsdiqini tapır.
Nazpəri xanım Dostəliyeva ilə ünsiyyət əsnasında anlayırsan
ki, onun yaradıcılığı müasir
Azərbaycan musiqi sənətində mühüm
bir hadisədir.
Tanınmış ustad aşıq
Əhmədəli Dostəliyevin
ailəsində dünyaya
göz açmış,
böyümüş və
sözə, musiqiyə,
sənətə hörmət
və sevgi mühitində tərbiyə
olunmuş Nazpəri xanımın yaradıcılığı
müxtəlif janrları
özündə ehtiva
edərək, çoxcəhətli,
sinkretik və bununla da orijinal
bir sənət əsərləri, möhtəşəm
ifaları meydana gətirir. Qeyd etmək vacibdir
ki, aşıq sənəti özü də sinkretik sənətdir. Yəni
o, özündə bir
çox sənət növlərini, o cümlədən,
musiqi ifaçılığı,
dastançılıq, aktyorluq,
rəqqaslıq və
s. bu kimi müxtəlif sənət
və ədəbi janr növlərini birləşdirir. Onun ifa etdiyi mahnılar arasında bir tərəfdən aşıq
havaları və xalq mahnıları, digər tərəfdən
isə bəstəkar
musiqisi və populyar janr musiqisi
də vardır.
Onun yaradıcılıq bioqrafiyası ilə tanış olarkən görürük ki, 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solisti olan müğənni 25 disk və 3 albom buraxmışdır. Fransanın Paris, Almaniyanın Bonn, Frankfurt, Köln və Hannover, Niderlandın Amsterdam, Norveçin Oslo, Türkiyənin bir çox şəhərlərinin böyük konsert salonlarında solo konsertlərlə çıxış edən Nazpəri xanım müasir Azərbaycan bəstəkarları və musiqiçiləri ilə də dünyaya səs salmış beynəlxalq yaradıcılıq layihələri həyata keçirmişdir.
Səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyi Nazpəri xanımı hər zaman yüksək qiymətləndirmişdir. Odur ki, 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə o, "Əməkdar artist", 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Nazpəri xanımın yaradıcılığı səhnə fəaliyyəti ilə bitmir. Uzun illər ərzində özünün də məzunu olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş Nazpəri xanım, gənclərdə peşəkarlığa və akademik musiqiyə marağı və sevgini aşılamaq məqsədilə Azərbaycan bəstəkarlıq məktəbi tarixində öz sözlərini əsərləri və mahnıları ilə demiş Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Elza İbrahimova, Ramiz Mirişli və başqa bəstəkarların mahnılarını öyrədərək, onlardan sənətə ciddi yanaşmağı tələb etmişdir.
Bu gün Nazpəri xanım Dostəliyevanın yaradıcılığı daha bir sahəni - elm sahəsini əhatə etmək ərəfəsindədir. İstedad, bilik, təcrübə və istək Nazpəri xanımı fundamental elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edir. Odur ki, hazırda o, Respublikamızın mötəbər ali təhsil və eyni zamanda, elm ocağı olan Bakı Xoreoqrafiya Akademiyasının dissertantı kimi aşıq sənətinin incəliklərinə həsr olunmuş dissertasiya işi üzərində çalışır və ümid edirik ki, sənət və təhsildə bol nailiyyətləri olan Nazpəri xanımın elmdəki fəaliyyəti də eyni dərəcədə xeyirli və uğurlu olacaqdır. Çünki Nazpəri Dostəliyevanın yaradıcılığı - sevgidən doğulmuş sənət, ifa etdiyi mahnılar isə əbədiyyəti yaradan nəfəsin məhsullarıdır.
Əbülfəz
BABAZADƏ
Jurnalistlər Birliyinin üzvü, kulturoloq
525-ci qəzet.-2018.- 18 iyul.- S.7.