Tərcümə irsimizlə bağlı zəngin bilik xəzinəsi

 

Bugünlərdə Azərbaycan Dillər Universitetində çox möhtəşəm bir tədbirin iştirakçısı oldum. Universitetin əməkdaşlarının çox gərgin əməyi nəticəsində ərsəyə gəlmiş "Azərbaycan tərcümə ensiklopediyası"nın təqdimat mərasimi keçirilirdi.

 Tədbirə dəvət edilmiş akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Muxtar İmanov, professor Adil Babayev başqaları söz alaraq kitabın məziyyətlərindən söz açdılar. Bəri başdan deyək ki, bu kitab nəinki Azərbaycanda, hətta dünya təcrübəsində analoqu olmayan bir ilkdir. Azərbaycan dilində ümumi ya sahə ensiklopediyaları kifayət qədərdir, lakin bu tip lüğət tərtib etmək ideyası akademik Kamal Abdullaya məxsusdur. Geniş sanballı redaksiya heyətinə rəhbərlik missiyası da məhz bu səbəbdən onun üzərinə düşmüşdür. Kitabla ilk tanışlıqdan bu qənaətə gəlmək olur ki, görkəmli elm xadimi təhsil təşkilatçısı üzərinə düşən çətin vəzifənin öhdəsindən şərəflə gəlib.

Azərbaycan Dillər Universitetində tərcümə işi ilə aramsız məşğul olan, bu işin incəliklərini dərindən bilən kifayət qədər mütəxəssis fəaliyyət göstərir. Onları bir yerə cəm edərək belə bir ensiklopediyanın hazırlanmasına təşviq etmək az bir zamanda bu cür böyük layihəni həyata keçirmək respublikanın elmi-ictimai həyatında şübhəsiz ki, diqqətəlayiq bir hadisədir. 584 səhifədən ibarət bu kitabda minlərcə tərcümə əsəri haqqında məlumat öz əksini tapmışdır.

Kitaba yazılan "Əsl bilik xəzinəsi" adlı ön sözdə K.Abdulla ensiklopediyanın yaranma zərurəti haqda yığcam söz açaraq onun çox ağır bir zəhmətin məhsulu olduğunu vurğulayır bu əsəri "illərin yadigarı" kimi dəyərləndirir.

Ensiklopediya Ulu öndər Heydər Əliyevin tərcümə işi haqda fikir tövsiyələri ilə başlayır. H.Əliyevin Azərbaycan yazıçılarının VII qurultayındakı nitqindən (12 iyun 1981-ci il) edilən iqtibası nəzərə çatdıran baş redaktor Ümummilli liderin belə bir iradını hələ aktual hesab edir ki, "... indiyədək heç kəs yüksək ixtisaslı professional tərcümələr hazırlamaq bunları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərməmişdir".

K.Abdulla tərcüməçilik işinin iki istiqamətli olduğunu qeyd edərək həm Azərbaycan dilinə, həm Azərbaycan dilindən digər dünya dillərinə tərcümənin önəmini vurğulamış, hər iki istiqamətin bu fundamental əsərdə öz təsvirini tapdığını diqqətə yetirmişdir. Ümid etdiyini bildirmişdir ki, Azərbaycan ədəbiyyatındakı praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmamışdır: "Tərcümə mədəniyyətimizin bariz göstəricisi olan bu əsər dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsuludur".

Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərcümə nəşr işi ilə bağlı bir neçə sərəncam fərmanı da öz əksini tapmışdır. Kitabda bu sərəncam üzrə ərsəyə gələn əsərlərin siyahısı fotolar da öz əksini tapmışdır.

Ensiklopediyada diqqəti çəkən məqamlardan biri burada tərcümə işi ilə məşğul olan mütəxəssislərə bu sənətin incəliklərini açıqlayan müxtəlif aspektli elmi məqalələrin yer almasıdır. Gələcək tərcüməçilər akademik M.Nağısoylunun "Tərcümə elm sahəsi kimi", filologiya üzrə fəlsəfə doktoru R.Əliyevin "Tərcümənin nəzəri praktik prinsipləri", filologiya elmləri doktoru A.Rüstəmovanın "Tərcümənin fəlsəfi əsaslarına dair", professor A.Ələkbərlinin "Tərcüməşünaslığın predmeti problematikası" başqa məqalələrdən bu sahə ilə bağlı kifayət qədər dolğun biliklər əldə etmək imkanı qazanmışlar. Elə buradaca qeyd etmək istərdik ki, kitabda kifayət qədər geniş həcmdə, monoqrafik üslubda XIV əsrdən başlamış XX əsrə qədər Azərbaycanda tərcümə ədəbiyyatı tarixinə aid dos.L.Əliyeva ilə şərikli, lakin böyük hissəsi akademik M.Nağısoylu tərəfindən yazılmış məqalələr silsiləsində tərcümə ədəbiyyatının xalqımızın mədəniyyət tarixində yeri, zərurəti, əhəmiyyəti ənənələri haqqında oxucuya çox zəngin biliklər təqdim edilmişdir ki, bu da ensiklopediyanın ümumi dəyərinə xüsusi bir keyfiyyət çaları qatmışdır.

Azərbaycan Tərcümə Ensiklopediyasında qəbul edilmiş ixtisarlar kitabda istifadə edilən abreviaturlara dair məlumatlardan sonra tərcümə işi ilə məşğul olanlar ya əsərləri bir dildən başqa dilə tərcümə olunmuş şəxslər haqqında "Personalilər" bölməsi başlığı altında təxminən 500 səhifəlik geniş bir bilik xəzinəsi (K.A.) oxucuların ixtiyarına verilmişdir. Bu bölmənin əvvəlində verilmiş yığcam girişdən öyrənmək olur ki, hər il sentyabr ayının 30-u Beynəlxalq Tərcüməçilər günüdür bu tarix V əsrdə yaşamış müqəddəs İeronimin Bibliyanı latın dilinə tərcümə etməsi ilə bağlıdır. Ensiklopediyanın sonunda əsas hissəni təşkil edən Azərbaycan tərcüməşünaslıq terminləri lüğəti öz əksini tapmışdır.

Əlifba siyahısı ilə tərtib edilən personalilər Azərbaycan şairi Abbas Abdulla ilə başlayıb Zülfüqar Şahsevənli ilə sona yetir. Burada yüzlərcə Azərbaycan şairi, yazıçı elm adamının hər biri haqqında qısa biblioqrafik oçerklərlə yanaşı, onların başqa dillərdən etdikləri ya başqa dillərə edilən minlərcə əsəri haqqında məlumat verilir. Biblioqrafik səciyyəli oçerklər mövcud tərcümə əsərləri ilə tanış olduqca görülmüş işin masştabı dəyəri ilə bağlı xoş təəccüb fərəh hissi oxucunu riqqətə gətirir. Onlarca mütəxəssisin müxbirin illərcə gərgin zəhmət axtarışlarının bəhrəsi olan bu əsər milli-mədəni sərvətimizin parlaq bir səhifəsi kimi qavranılır. Bu qədər məlumatı toplamaq, sistem şəklinə salıb şərhini qiymətini vermək işçi qrupundan təkcə yüksək səriştə deyil, həm görülən işə yönəlmiş vətəndaş yanğısı sevgisi tələb edir. Görünür, elə bu səbəbdəndir ki, təqdimat mərasimində K.Abdulla həm çıxışının əvvəlində, həm sonunda gənc tərcüməşünasların, tələbə, magistrant doktorantların ünvanına xoş sözlər söylədi ümid etdiyini bildirdi ki, bu, bir ilkdir necə deyərlər, proqram davam edir.

Yazını burada tamamlaya bilərdim, amma akademik Kamal Abdullanın "heç bir təklifin, ya iradın yoxdurmu" müraciətinə güvənərək bəzi təklif tövsiyələrimi deməkdən özümü saxlaya bilmirəm.

Yazının əvvəlində qeyd etdiyim kimi, "Azərbaycan Tərcümə Ensiklopediyası" tərcümə mədəniyyətimiz elmimiz tarixində bir ilkdir ilk olan özü qədər çətindirsə, ilk olan haqqında söz demək o qədər çətindir.

Mən bu sətirləri yazıb başa çatdırandan sonra bir-iki ürək qızdırdığım ziyalıyla öz fikirlərimi bölüşdüm məlum oldu ki, onlar da mənimlə, əsasən, həmfikirdilər, amma bəzi təklif iradlarını da söyləməyi borc bildilər. Dedilər ki, kitab çox böyük elmi-kultural dəyərə malikdir. Dünyabiz kontekstinə hesablanmış bir əsərdir. Amma Azərbaycan dilinə tərcümə edilmiş əsərlərlə müqayisədə Azərbaycan müəlliflərindən xarici dillərə tərcümə edilmiş əsərlərə dair məlumatlar azlıq təşkil edir. Doğrusu, əsəri bir daha diqqətlə oxuyub həmkarlarımın iradlarına qismən haqq qazandırmalı olmaq üzrəydim ki, gördüm yanlışlığa yuvarlanmaqdayam. Niyə?

Tutalım ki, ensiklopediyanın 166-cı səhifəsini açıram və burada Fridrix Bodenştedt haqqında bir oçerki oxuyuram, öyrənirəm ki, o, Mirzə Səfidən 1850-1874-cü illərdə 3 tərcümə kitabı nəşr etdirib. Yaxud S.Vurğunun, Anarın və ya Ç.Abdullayevin onlarca əsəri dünya dillərinə tərcümə edilib. Bu cür nümunələr minlərcədir və bunlar haqqında məlumat əldə etmək bir yana, bunları təxminən 600 səhifəlik bir kitabda ehtiva etmək, təbii ki, imkan xaricindədir. Görünür, elə buna görədir ki, əsər müəllifləri kitabın təqdimat səhifəsində "Birinci nəşr" sözlərini diqqətə çatdırmağı uyğun biliblər, yəni bu ilkdir, təməldir və bu işi davam etdirmək ümumxalq səciyyəli bir vəzifədir.

"Azərbaycan Tərcümə Ensiklopediyası" haqqında düşüncələrimə burada ara verərək onu ərsəyə gətirənlərə can sağlığı və yeni yaradıcılıq uğurları diləməklə bu böyük əsərin 2-ci nəşrini görmək arzusuyla "hələlik" deyirəm, bacaranları bu nəcib işə qoşulmağa dəvət edirəm.

 

Kamil BƏŞİROV

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.-2018.- 19 iyul.- S.7.