Misirli alimin "Müstəqillik dövrü Azərbaycan romanı" kitabı təqdim edildi

 

Iyulun 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin "Müstəqillik dövrü Azərbaycan romanı" kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli misirli alimin monoqrafiyasının müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirib ki, kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika sənətkarlıq məsələləri kontekstində təhlil olunub. Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyada təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilib.

Kitabda İsmayıl Şıxlının "Ölən dünyam", Əzizə Cəfərzadənin "Zərrintac-Tahirə", "Eşq sultanı", "Xəzərin göz yaşları", Anarın " qoç, qara qoç", Sabir Əhmədlinin "Axirət sevdası", "Kef", "Ömür urası" digər yazıçılarımızın bir sıra əsərləri təhlil olunaraq mövcud ədəbi proses kontekstində dəyərləndirilib" - deyən AMEA-nın vitse-prezidenti romanın Misirdə eyni illərin müvafiq ədəbi örnəkləri ilə müqayisəli şəkildə araşdırıldığını qeyd edib. Alim bildirib ki, bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli janrlar çərçivəsində oxşar fərqli dəyərlərini səciyyələndirməyə imkan verdiyindən elmi əhəmiyyət kəsb edir.

Tədbirdə digər çıxış edənlər üç fəsildən 192 səhifədən ibarət bu kitabın misirli alimin Azərbaycan ədəbiyyatına, xüsusilə roman janrına müasir yanaşmasını ortaya qoyduğunu qeyd ediblər.

Sonda çıxış edən kitabın müəllifi Əhməd Sami Elaydi tədbirin təşkilinə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə iştirakçılara təşəkkürünü bildirib.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 20 iyul.- S.8.