AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
Şirməmməd HÜSEYNOV
(Əvvəli
ötən şənbə sayımızda)
ŞƏRQDƏ MİLLİYYƏT
CƏRƏYANI
Hərbi-ümumi nəticəsində cahan müvazinəsi
üzərində müəssir olan ən mühüm hadisələrdən
biri də Şərqdə milliyyət cərəyanıdır.
Milliyyət əsası XIX əsr Avropa tarixinin
bütün cərəyanında pək mühüm bir rol
oynamış, Hərbi-Ümuminin sonuna qədər davam edən
dövründə ən canlı məfkurəsini təşkil
etmişdir. Hərbdən sonrakı dövrdə Avropada milliyyət
cərəyanının mövqeyi qismən ictimai fikir və
ümdələrə (prinsiplərə) tərk edilmiş
kibi görünüyorsa da Şərq məmləkətlərində
əsil bu dövrdədir ki, milliyyət cərəyanı
feyizli bir əzim və nurlu bir iman ilə
parlamışdır.
Müharibədən
sonrakı dövrə, ümumi bir nəzər ətf edərkən
Avropada ictimai bir inqilab mənzərələri seyr etdigimiz
halda, Şərqdə hər dəm mütəzayid (artan) bir
qüvvətlə böyüyən digər əzim bir hərəkat
görüyoruz: Milliyyət cərəyanı.
1918 sənəsindən bəri müxtəlif Şərq
məmləkətlərində müxtəlif inqilab səhifələri
keçirən bu hərəkatı qədəmbəqədəm
təqib etmədən, səvəsi (ərz etdiyi) bugünki mənzərəyi
seyr etsək belə pək möhtəşəm bir tablo
qarşısında qaldığımızı
görürüz.
İştə 400 milyonluq əzim bir kütlə təşkil
edən Çin, kəndi inkişafı önünü kəsən
maneələri atmaq üçün ayaqlanmış, milli vəhdət
və istiqlal bayrağını açmışdır. İxtilalçı
Çin milliyyətçilərinin açdıqları bu
bayraqda daha yaxından bildiyimiz Şərq məmləkətlərindəki
istiqlal və hürriyyət qəhrəmanlarına müqəddəs
həyəcanlar nəfh edən böyük şüarlar
yazılıdır. Xalq ordularının
irtica üzərindəki müzəffəriyyətini təsid
üçün Pekin soqaqlarında nümayişlər icra edən
Çin gəncligi, bir tərəfdən bu geniş məmləkətin
feodal generallarından istixlasını, digər tərəfdən
də kəndisini əsir dərəcəsinə gətirən
gömrük təhdidatının ilğasını tələb
ediyor. Daha açıq bir təbirlə,
milli hökumət və istiqlal istiyor.
Əqsayi-Şərqdən (Uzaq Şərqdən)
Əqsayi-Qərbə ətfinəzər edər, coğrafi
nöqteyi nəzərindən Qərbdə olmasına rəğmən,
bulunduğu siyasi mövqei etibarilə, Şərq məmləkəti
məfhumuna girən Rəfistana baxarsaq eyni mənzərəyi
seyr edər. Əbdülkərimin komandası altında biri
böyüklərdən olmaq üzrə iki Avropalı
dövlətin (İspaniya ilə Fransanın) pək faiq
qüvvətlərinə qarşı pək ciddi mücadilələrə
girişən bir Şərq hərəkatını buluruz.
Gözlərimizi
Asiyanın Əqsayi-Şərq nöqtəsi ilə
Afrikanın Əqsayi-Qərb nöqtəsi arasında vaqe
geniş aləmin vüsatına ətf etdigimiz zaman dəxi
eyni hərarət və həyəcanla pur-cuş (coşan)
bir cahan görürüz: İştə Suriya hadisəsi,
iştə Dürzilər.
Fəqət biz bir fikrin mövcudiyyətinə yzlnız
qan və atəş qırmızılığını
bilfeil görməklə hökm etməyəlim. Bu böyük fikrin yolunda
dün qanını tökərək müvəffəq
olmuş şanlı və qəhrəman bir Türkiyə misalı olmaqla bərabər Türkistan, Azərbaycan
və Gürcüstan kibi axıtdıqları qanlara rəğmən
şimdilik müvəffəq olmamış məzlum millətlər
də vardır.
Digər siyasi hərəkatlar kibi, Şərq milliyyət
cərəyanı da ən sonda və hər fürsətdə
məsələnin ən doğru vasiteyi-həlli olan silaha
müraciəti təbii görməklə bərabər bunun
xaricində dəxi pək mütənəvve (müxtəlif)
vasitələrə təvəssül etməkdə çox
müxtəlif səfhələr (dövrlər) ərz eyləməkdədir. İştə
Misir, iştə Hindistan, iştə İran, iştə
Əfğanıstan.
Afrikanın əqsayi-qərbindən Asiyanın əqsayi-şərqinə,
Hindistandan Altay dağlarına qədər sərilən
geniş dünyayı ta kökündən sarsan bir hərəkat
tamamilə müvəffəq olmaq üçün daha bir
çox zaman vuruşacaq, daha bir çox intibah və
mücadilə səfhələri keçirəcəkdir. Buradakı
millətlər kəndilərini müdafiə
üçün yaban-çılara qarşı ilk dəfə
mücadilə etmiyorlar. Nitəkim imdiki
cihadları da sonuncu degildir. Şimdi
istiqlal və istixlas hərəkatı ilə mütəhəyyic
(həyəcanlı) bulunan bu məmləkətlər vaxtilə
kəndilərini istila edən avropalı qüvvətlərə
qarşı mücadilə etmiş bilnəticə məğlub
və təslim olmuşlardır. O vaxt Avropaya
qarşı duran və nəhayət duramayan Şərq,
feodal Şərqi idi. O, kəndisi ilə mücadilə etdigi
Avropaya qarşı Avropayı silahlarla mücadilə etmək
lüzumunu daha anlamamış bulunuyordu. Kəndi məmləkətində
feodalizmi məhv edən Avropa kapitalizmi, milli çərçivələrinə
sığmayaraq, məmulatına yeni bazarlar təmini
üçün ova çıxıyor, hala “natural istehsal”
dövründən çıxmayan Şərqi “Kapitalist
Avropaya” tabe etmək işində sühulətlə müvəffəq
oluyordu. Münhəsirən (məhdud) Avropa məmulatı
qullanmaq zərurətində qalmaqla Şərq, Qərbin
iqtisadi köləsi halına gəliyordu.
Cahan
kapitalizmi tərəqqi və inkişaf etdikcə “ana məmləkətləri”ndə
burjua siyasətinə qarşı atəşlər
püskürən əmələ sinfini ayaqlandırıyor,
“müstəmləkələri”ndə də yabançı
istismarına qarşı diş büləyən milli
demokrasiyi doğuruyordu. Kapitalizm isə əlbisə, qumaş
və ev əşyası kibi “xəfif sənaye” təbir
olunan dövrü atlayaraq, dəmir yol mühümmatı, vəsaiti-nəqliyyə,
makina və sair kibi “ağır sənaye” deyilən dövrə
girincə Avropa imperiyalizmi pək səri (sürətli)
addımlarla irəliliyor, “əmtəə və ticarət
kapitalizmi” mövqeini “mali (maliyyə) kapitalizmə” tərk
ediyordu. Maliyyə kapitalizm dövründə
bankların aləmşümul bir rol ibraz etməsilə Şərqə
yalnız əmtəə degil, fabrikalar şəklində
bizzat kapital sövq olunuyor və yalnız xam degil, məmləkətin
müxtəlif sərvət mənbələrini qullanmaq
üçün imtiyazlar dəxi alınıyordu. Bu sayədə istər-istəməz, Çində,
Hindistanda, Misirdə, Bakıda, İzmir ilə İstanbulda və
sair bu kibi mərkəzlərdə əcnəbi sərmayəsinin
təsiri ilə yeni siniflər təşəkkül ediyor,
yerli burjua zümrəsi vücuda gəliyordu. Avropa sərmayəsi yalnız bu qədərlə (əndazədə)
qalmıyordu. O, ibtidai və qüruni-vustai (uzun əsirlər)
bir iqtisad siyasətində bulunan Şərqdə ictimai
münasibətləri alt-üst ediyor, məmləkəti əsri
bir inqilaba doğru götürüyordu, bunu o istəməyərək
yapıyordu. Daha doğrusu bu onun arzusuna rəğmən
yapılyordu. Əleyhinə dönən bu
təbii qüvvəti kəndinə qarşı müti bir vəziyyətə
tuta bilmək üçün imperyalizm, məğlub və məhqur
etdikdən sonra sədaqət və itaətini təmin etgdigi
Şərq feodalizmi ilə anlaşmış, yeni yetişən
ictimai qüvvələrə qarşı onları qullanmışdı.
Şərqin hər tərəfində xalq
kütlələrini həyəcanlı həmlələrə
sövq edən hərəkatların başında bu məmləkətlərin,
ilk nəzərdə istiqlalını istəmələri
lazım gələn xanədanlar və xanlar degil, xalqdan
yetişən ixtilal ərləridir. Hindistana
məxsus mistik bir şəkildə ingilis əleyhdarlığı
yapan Qandilərə qarşı Britaniya imperyalizmi Raclara,
Mehraclara istinad ediyor. Çində “Asiman məmləkəti”nin milli vəhdət və istiqlalını
müdafiə edən ixtilalçı Sun Yat Senlərə
qarşı, cahan imperyalizmi, birər feodal
qalıqlarını təmsil edən generallara istinad ediyor. Əbdülkərim kibi xalq qəhrəmanına
qarşı Mərakeş sultanı kibi bir xanədan
taslağı qullanılıyor. İrana mərkəziyyət
vermək istəyən ordu təşkilatına mane olmaq
üçün Şeyx Hazəl ibn Cəbir əl Kəabidən
istifadə edilmişdi. Ərəbistan məmləkətlərində
birər mandə (qalmışlar) sahibi olan dövlətlərin
yeganə istinad-gahlar əmirlərdir.
Şərq milliyyətpərvərliginin klassik müməssili
(təmsil edəni) olan Türkiyə bu xüsusata dəxi
klassik bir nümunədir. Xalq qəhrəmanı Qazi Mustafa
Kamal Paşaya qarşı çıxarılmış
qüvvət kim idi? Sultan ilə xəlifə
Anadolu hərəkatı “Əsir Xəlifəyi” dəxi
qurtarmaq üçün silahına sarılmış ikən
Sevr Müahidənaməsi kibi edam qərarnaməsini imza edən
namussuz saray, bu hərəkəti təfkir eyləmiş,
müqəddəsati-islamiyyəyi kirli ayaqları altında
çeynənən Yunan ordusuna, min bir türlü bağlarla
əcnəbi bankalarına mərbut bulunan sarayçılar
“Xilafət Ordusu” namını vermişlərdi.
Bu gün
pək böyük bir əzm və cəladətlə (dəyanətlə)
Şərqi, bir qərblidən fərqli olaraq, dün bir səviyyədə
bulunduran nə qədər maneələr varsa, radikal bir surətdə
atılıyor, başda Türkiyə olmaq üzrə
bütün Şərq qüruni-vüsta (orta əsirlərin)
hal və zehniyyətindən sıyrılmaq, hürr və
müstəqil olmaq istiyor.
Bu hərəkatın yalnız Avropa hərbi ilə
zühura gəlməsini və ancaq Hərbi-Ümumidən
sonra doğduğunu düşünərsək xəta edəriz. Şərq
millətləri 20-30 sənədən bəri ciddi bir intibah
yoluna düşmüş, hər tərəfdə, mütərəqqi
zümrələr, məmləkətlərini
düşdügü girye-vəhdən (müqəddəs
göz yaşlarından) qurtarmaq fikir və təşəbbüsündə
buluyorlardı. İstiqlallarını qismən
mühafizə etmiş Türkiyə ilə İranda
müşahidə etdigimiz hürriyyət və məşrutiyyət
hərəkatları, Çində Cümhuriyyət elanı
kibi hadisələr, Misir, Hindistan, Qafqasiya və Türkistan
kibi məhkum məmləkətlərdə görülən
milli-mədəni cərəyanları həp bu intibah əsərlərindən
idi. Şərq məmləkətlərində və millətlərində
ciddi bir intibah əsəri mövcud olmaqla bərabər Avropa
imperyalizminin arzu etdigi, dəhəş mənzərə hər
tərəfə vəhşətlər təlqin ediyor, Boxer
üsyanının müttəfiq Avropa qüvvətilə
müdhiş surətdə basdırılması, İstanbulun
birər ahənin qalaya bənzər atəşbər hərb
gəmiləri tərəfindən ziyarəti, Çar
ordularının İranın qəlbgahına qədər
soxularaq məmləkət müqəddəsatı üzərində
bombalar partlaması xalq kütlələri üzərində
qorxunc bir təsir yapıyor, ümidsizligi mucib oluyordu.
Əmsalı dünya tarixində görülməyən
Ümumi Hərb imperyalizm zümrələrini yekdigərinə
qarşı saldırtdı, Avropa kapitalizminin
göründügü qədər qüvvətli
olmadığını göstərdi. Şərqdəki
milli hərəkatın inkişafına ruhi pək
böyük bir saiq (səbəb) oldu. İki rəqib tərəf,
yekdigərini yenmək üçün şərqlilərin,
müstəmləkə əhalisinin bizzat yardımına
müraciət etmək məqsədilə milliyyət ümdəsini
və milli əməllər ümidini təqviyə edən
“təqdiri-müqəddarat haqqı”ndan bəhs etmək zərurətində
qaldı.
Hərbin
xitamında mühariblərin millətlərə vəd etdigi
Vilson Prinsibləri, Versal və Sevr prinsiblərinə təbdil
olununca inxisara uğrayan Şərq, artıq min türlü
böhranlar və ixtilallarla zəif düşən imperyalizm
önündə titrəmiyor, biləks, ona qarşı bəslədigi
kin və qeyzdə getdikcə mətin oluyordu. Nitəkim
Türkiyənin bütün dünyaya qarşı
açdığı üsyan bayrağı Şərq
dünyasının hər tərəfində pək ülvi
və müqəddəs həyacanlarla təqib olunuyor, bu
mücadilə Sevr vəsiqəsini yırtaraq cahangirlərin
üzünə çırpacaq dərəcədə lahuti
bir müvəffəqiyyətlə nəticə-pəzir
olunca, Şərqdəki milliyyət cərəyanının
artıq yaxın bir atidə istədigini hasil edə biləcək
həqiqi bir qüvvət olduğu haqqında kimsədə
şübhə qalmıyordu.
İştə halıhazırda hər tərəfdə
birər yeni həmlə ilə ərzi-didar edən Şərq
hərəkatı böylə parlaq istiqbala malik böyük
bir hərəkatdır.
Bu hərəkat qara imperyalizm ilə qızıl
imperyalizm arasındakı 3-cü bir qüvvət vəziyyətindədir. Bu halı ilə
mütənasib olaraq onun kəndisinə məxsus bir yolu
vardır. Bu yolu komunizm ilə bir hədəf
üzərində yürüməkdən ibarət bilənlər
yanılıyor və çox aldanıyorlar.
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 15 kanuni əvvəl (dekabr) 1926, ¹6
MİLLİYYƏT
MƏBDƏİNİN (PRİNSİPİNİN) AVROPADA
QƏLƏBƏSİ
RƏSULZADƏ
MƏHƏMMƏD ƏMİN BƏYİN
MÜHAZİRƏLƏRİ
(Yeni təşəkkül
edən Azəri Türk Gənclər Birligi haqqında əvvəlcə
verdigimiz xəbərdə, birlik təşəbbüsü ilə
konfranslar tərtib ediləcəgini bildirmişdik. 26 təşrini-sani
(noyabr) cümə günü, yuxarıda məzkur mövzu
üzərinə, ilk mühazirə Rəsulzadə Məhəmməd
Əmin Bəy tərəfindən oxunmuşdur. Milliyyət Məbdəinin Avropadakı qələbəsi
və milliyyət məsələsinin keçirdiyi müxtəlif
səfahət (səhifələr) haqqında ətraflı məlumatı
ehtiva edən bu mühazirələri, arzuyi-ümumi üzərinə,
eynən nəşr ediyoruz).
I. Müqəddimə
İçində yaşadığımız əsrin ən
bariz sifəti, milliyyət və cahan səfhəsini tutan
siyasi mücadilələrin ən canlısı milli
mücadilədir. Mövzu ittixaz etdigimiz “milliyyət məsələsi”
keçən 19-cu əsirdə Avropa həyati-siyasiyyəsini
dolduran, şimdi də Asiya və Afrika qitələrində pək
həyəcanlı hərəkatlar və inqilablar zühuruna
səbə-biyyət verən mühüm bir məbdədir.
Amerika mütəfəkkirlərindən Xayes
(Karlton İ.H.Xayes) iqtisadiyyatın gündən-günə
beynəlmiləl və aləmşümul bir mahiyyət
almasına rəğmən, mədəniyyət
dünyasının “milli vətənlərə” ayrılmaqda
musir (israrlı) olduğunu qeyd, bu hadisənin adətən
dini bir mahiyyət aldığını yazır. “Xayesin
tərifini qəbul və milliyyətçiligi bir “din” kibi tələqqi
edərsək, kəndimizi də yeni bir dinin möminləri
kibi görməmiz icab edər. Hər mömin
kibi bizə də müdafei olduğumuz milliyyət
davasının müqəddəs tarixini öyrənmək zəruridir.
Cahan hadisatı, ümidimizin fövqündəki sürətli
seyri ilə Şərq millətlərini, milliyyət tarix və
nəzəriyyatını həqqilə öyrənmədən
tətbiqat və icraatı ilə mükəlləf etdi. Biz, milli
hürriyyət və istiqlal davasına başlarkən, bu dava
və mücadiləyi ifadə edən formulları
yaşadığımız böyük dövrün
havasında hazır olaraq bulduq. Bu formullar gah müharib
dövlətlərin propağanda mahiyyətində olaraq nəşr
etdikləri notalarda, gah Vilson prinsiplərində, gah
bolşevik dekretlərində görülüyor: məzlum və
məhkum millətlər, içlərindən doğan dəruni
bir ehtiyaca təqabül edən bu şüarları candan
özlüyor, onlardan nicat və ümid bəkliyorlardı. Halbuki “milliyyət şüarı” bəzilərinə
göründügü kibi, nə ilk dəfə olaraq Hərbi-Ümumi
əsnasında ortaya atılmış, nə də Vilson və
Lenin tərəfindən formula edilmişdi. Məsələnin ən azı bir buçuq əsirlik
bir həyat və tarixi olduğu kibi, kütübxanələr
təşkil edən nəzəriyyə və ədəbiyyatı
vardır. Fəqət bu konferans, mövzunun
əhəmiyyəti ilə mütənasib kafi məlumat vermək
və milliyyət məsələsindəki bütün nəzəriyyat
və cərəyanları kamilən icmal etmək davasında
degildir. Fəqət bununla bərabər məsələnin
əsas cəbhələrini bir konferansa sıxa biləcək
dərəcədə təsbid və təsəvvür etmək
təcrübəsində bulunacaq bu “təcrübə” milliyyət
davasının həqqaniyyətinə və
yürüdügümüz milli cidal yolunun böyük məqsədə
isal edər doğru bir yol olduğuna
bağladığımız imanı təqviyyəyə
yardım edərsə nə mutlu!..
XVI və XVII əsrlərdə
Milliyyət Məfhumu
Avropa, XVIII əsrdən əvvəl köyü bir
ümmət dövrü yaşıyordu. Ümmət
dövrünün fariq (fərqli) sifəti dinclikdir. Bu dövrdə cəmiyyət məfkurəsini dini təlimatdan
alır. Ədəbiyyat dili eyni zamanda
kitabi müqəddəs dilidir. İslam aləmi
üçün bu lisan ərəbcə idi. Xristian dünyası üçün latınca eyni
hökmə haiz idi. Elm və fənn sahəsində
hürr düşünmək mümkün olmadığı
kibi, elm və fən əsərlərinin latınca
yazılması da zəruri idi.
İnformasyon və milliyyət
Fransız müvərrixlərindən (tarixçilərindən)
Emile Bourgeois xristian aləmində millətlərin hüdusunu
(yaranmasını) təcəddüd (reformasyon) hərəkətindən
görür.
Bu müvərrixə görə “təcəddüd” (yeniləşmə)
din kitablarını qövmlərin (bir nəsildən
olanların) kəndi dillərinə tərcümə etməsi
ilə qövmlərin tərbiyə və təlimlərinin kəndi
lisanlarında icrasına səbəb olmuş və bu surətlə
xristian dünyasına Papalığın münfərid (tənha)
hakimiyyəti təsirindən çıxarmaya saiq olmuşdur.
Müvərrixin bu davası tarixi vaqeələrlə
müsbittir. Lüter, Vormes məclisində,
Papa və İmperatorun hüzurunda millətlərin hürriyyət
və sərbəstisini müdafiə etmişdir.
Milli lisanı din lisanı deyə qəbul edən
“reformasyon” şübhəsizdir ki, millətlərin təşəkkül
və təkamülündə pək mühüm bir rol
oynamışdır. Çünki milliyyəti təşkil edən
ən qüvvətli amil lisandır. Lisandan
başqa insanların ülfət və təmaslarını
qüvvətlə təmin edən nə var? Hər qövm kəndi lisanını ədəbi
bir surətdə qullanmaya başlayınca xristian
dünyasında milliyyətlər təzahür eyləmişdir.
Roma imperatorluğu vəhdəti Roma Papalığı təşkilatı
ilə qaim idi.
Reformasyondan əvvəl Nəsara (xaçpərəstlər)
aləminin dini vəhdəti milli mövcudiyyətlərə
qalib idi. Reformasyon müqəddəs
kitabı müxtəlif lisanlara tərcümə etməklə
kilsə vəhdətini parçaladı. Milli
ədəbiyyat təməlini qoymuş oldu. Reformasyon mürəvviçləri Papalığa
qarşı mücadilələrində yerli feodalların,
yerli hökumətlərin məhəlli münəvvər
qisminin vətənpərvərliklərinə xitab ediyor və
bununla milli xüsusiyyət və məfkurələri təqviyə
ediyorlardı. Lüter üçün
Papalığa və Roma imperatorluğuna qarşı
mücadilə etmək Türkiyə və sərazənlərə
(özü istədigi kimilərə) qarşı hərb etməkdən
yekdi1.
XVI əsrin sonlarında dini intibah zəminində
hüsula gələn bu milli cərəyan, məfhumun bu
gün ifadə etdigi mənai bittəbii daha haiz degildi. Millət,
siyasi bir qayə və dövlət halına hənuz gəlməmişdi.
Milliyyət Məbdəinin siyasi bir qayə olaraq meydana gəlməsi,
XVII əsr əsnasında dəxi bariz misallara malik degildir. Bu cərəyan
XVIII əsrin sonlarında başlamış, XIX əsrdə
bilxassə tərəqqi eyləmiş və bir buçuq əsrdən
bəri beynəlmiləl siyasi hadisə və ixtilaflar üzərində
ən mühüm təsirlər icra eyləmişdir. Məəmafih
daha orta əsrlərdə ikən xristian din üləması
arasında katoliq kilsəsinin bütün millətlər
üzərində bir idarei-siyasiyyə təsisinə mütəvəccih
bulunan qayəsinə qarşı münəqqid bir vəziyyət
alan mütəfəkkirlər
çıxmışdır. Əzcümlə
müqəddəs Ağustin “bütpərəst Romanın
prinsiplərinin cahan kilsəsi təşkilatında əsas
olaraq ittixaz edilməsi” əleyhində bulunmuşdur. Ağustin ilə muaqibləri nəzərində beynəlmiləl
münasibətdə vahid bir sultadan bəhs olunamaz. Sülh və müsalimət naminə cahanın
müxtəlif millətlərdən və müxtəlif
dövlətlərdən təşəkkül etməsi
lüzumunu dövlətlərin bilməsi zəruridir. Qonşu millətlərlə “sülh və
müsalimətlə yaşamaq ən böyük səadət,
zəif millətləri əzərək onları hərb və
zərblə kəndi idarəsinə tabe etmək arzusu da ən
böyük zəlalətdir. Bütün
millətlər, bilaistina kəndi lisanları, adətləri və
münasibatlarilə yaşamalıdırlar. Dini vəhdət, qövmlərin haiz olduqları
milli xüsusiyyətlərə ehtiram etməklə qabili-təlifdir2.
XIX əsrdə milliyyət məsələ
və mücadiləsi
Milliyyət məsələsi bütün şümul
(şamil olma) və əzəməti ilə XIX əsrdə
böyümüş, bu əsrdəki siyasi tarixin həmən
əsl mənasını təşkil eyləmişdir. Fəqət məsələnin
filosof və hüquqiyyunca təsbiti daha XVIII əsrdə
görülmüşdür. Məsələn
işbu əsr hüquqşünaslarından, hüquqi-təbiiyyə
müməssili Vatelə görə bütün dövlətlər
hür, müstəqil və hüquqda müsavidirlər “hər
millət istədigi şəkildə qanunlarını tənzim
edər və digər millətin qanunlarına tabe olmaz”3.
Fransız ixtilalında milliyyət
prinsipi
Milli hüquq XVIII əsr ensiklopedistlərinin təhti-təsirində
bulunan fransız ixtilalçıları nəzərində bəşəri
hüquqdan mütəvəllid məntiqi bir nəticə idi. Fransız
müvərrixi Seignobosun ifadəsinə görə
Hüquqi-Bəşər Bəyannaməsindən mütəvəllid
hakimiyyəti-milliyyə məbdəi məşrutiyyət nəzəriyyəsinin
yanında bir də milliyyətlər nəzəriyyəsini
qoymuşdur. Madam ki, kəndi kəndini
idarə etmək haqqına haiz olan yalnız millətdir, o
halda bir millət, yabançı bir millət tərəfindən
idarə edilməyi, yaxud yabançı bir millətə ilhaq
olunmamağı tələb etməkdə haqlıdır və
bilnəticə bir millət bir qaç dövlət
arasında bulunmamağı tələbə dəxi
haqlıdır. Hər millət bir müstəqil
dövlət təşkil etməlidir4. Digər
bir fransız müvərrixi Lavis Hüquqi-Bəşər Bəyannaməsindəki
“Hər hakimiyyətin məbdei (mənşəi) əsasən
millətdədir” düsturu ilə “Qanun, murdi-ümuminin ifadəsidir.
Bilcümlə əhli-vətən bizzat və
ya bilvəkalə onun tənziminə həqqi-iştiraki
haizdir” cümlələrini təfsir ilə millətlərin
istiqlalına, istiqlalın təcəzzi (xırdalanması) qəbul
etməz bir küll olduğuna hökm edərək, bu iki
düsturun XIX əsr tarixini qismən sövq və idarə
etdiginə qaildir.
Hüquqi-Bəşər Bəyannaməsinin təfsirindən
sərfi-nəzər, Fransa ixtilalındakı vəqayei dəxi
seyr və tədqiq edərsək, milliyyət məbdəinin
demokratik digər məbdələrlə bərabər şu
sıralarda ixtilalkar bir rol oynadığını
görürüz. Fransa ixtilalçılarından Condorsetə
görə “Hər millət kəndi qanunlarını
yalnız kəndisi vəz etmək haqqına malikdir. Nitəkim bu qanunları fəsx etmək haqqı da kəndisinə
aiddir. Bir millətin bu haqqı cəbrlə
almaq növi-bəşərə düşmən olmaq deməkdir5.
Eyni fikir Carnot, Danton və Robespiyer kibi ixtilal ricalı
(inqilabçı kişilər) tərəfindən də bəyan
edilmişdir.
Robespiyer nitqlərindən birində “Bir millətə
zülm edən bütün millətlərin zalimi və
növi-bəşərin düşmənidir. Daha ziyadə o namussuz bir quldurdur. Öylə quldur ki, bütün bəşəriyyəti
təhqir edər” demişdir. 1792 tarixində noyabrın
19-da nəşr olunan Konvent Bəyannaməsində deniliyor ki:
“Kəndi hürriyyətlərini istirdad etmək (geri almaq) istəyən
millətlərə qardaşlıq və müavinət ediləcəgini
fransız milləti naminə elan edən milli konvent, bu kibi
millətlərə maddi və mənəvi yardım etməsi
üçün icra heyətini tevkil və hürriyyət
yolunda mütəzərrir olacaq vətəndaşların
maddi xəsarətlərini təzmin üçün də kəndisinə
səlahiyyət verir”.
Milliyyət haqqında fransız tələqqisi
(münasibəti)
Beynəlmiləl münasibat və hüquqda milliyyət
məsələsinin bariz surətdə Fransa ixtilalı əsnasında
formul edilməsinə rəğmən, Fransa
ixtilalçılarının lisanında milliyyət ilə
xalq (nasion və peuble) istilahlarındakı fərqlərə
əhəmiyyət verilmiyordu, milliyyətə sadə fərdin
haiz olduğu hüquqi təbiiyyə nöqteyi-nəzərindən
baxılıyor, milli hüquq deyincə dövlət hüququ
anlaşılıyordu. Yalnız XIX əsr ibtidasında, 1810 sənəsində
Madam de Steal tərəfindən Almaniya haqqında yazılan
bir kitabda milliyyət məfhumu izah surətilə təyin
edilmişdir. De Steala görə, bir milliyyət
təşkil etmək üçün insanların bir dövlət
təşkil etməsi kafi degildir, bunun üçün lisan vəhdəti
ilə adət və əxlaq vəhdəti dəxi şərtdir.
“Milliyyət hüdudu ilə dövlət
hüdudunun bir olması” zərurətini ilk dəfə olaraq
De Steal söyləmişdir7.
De Stealdakı bu tərif sonra İtaliya mütəfəkkir
və mücahidlərindən Mazzini tərəfindən daha
vazeh bir formul şəklinə qonmuşdur. Bu xüsusata
aşağıda:
Monroe Bəyannaməsi:
Hüquqi-Bəşər
Bəyannaməsində təsbit və Fransa ixtilalında tətbiq
olunan bu hüquq, “milliyyət hüququ”, Amerika Rəisi-Cümhuri
Monroe tərəfindən XIX əsr ibtidalarında nəşr
olunan məşhur Bəyannamədə də yer bulmuşdur. Zatən Fransız Hüquqi-Bəşər Bəyannaməsindəki
əfkarın Amerika İstiqlal Bəyannaməsindən
mülhəm (tamamlanmış) olduğu məlumdur.
Hüquqiyyundan Simmerman, Monroe Bəyannaməsini təhlil edərkən,
onun yalnız Amerikayı Müqəddəs İttifaq dövlətlərinə
qarşı müdafiə etmək məqsədi ilə tənzim
edildiginə qanedir8.
Monroe “Amerika Amerikalılarındır” fikrini bəyan etməklə bərabər, hakimiyyət millətindir düsturundan çıxan “milli hüquq”a da riayət eyləmişdir. Bu hüquqa riayətlədir ki, Amerika Cəmahiri Müttəhidəsi, İspaniya əsarətinə qarşı üsyan edən Cənubi Amerika Cümhuriyyətlərini var qüvvətilə müdafiə etdigi kibi, Avropa işlə-rinə müdaxilə etməmək əsasını qəbul etmiş olduğu halda belə Yunanıstan ixtilalını müdafiədən geri qalmamışdır.
Amerika Konqresi bu münasibətlə nümayişlər yapmış, bilfeil təşəkkül edən Yunanıstan ixtilal hökuməti nəzdinə müməssil göndərmək üçün Rəisi Cümhurə səlahiyyət vermişdir. Yunanıstan ixtilalında olduğu kibi, Macarıstan ixtilalı əsnasında da Amerika, milliyyət prinsipi naminə, Avropa işlərinə müdaxilə eyləmiş, 21 qanuni-əvvəl (dekabr) 1850 sənəsində, Avstriya səfirinə tövdi etdigi notasında Camahiri-Müttəhidənin kəndi bünyəsini təşkil edən hürriyyət və istiqlal kəsbinə mütəvəccih hərəkətlərə qarşı laqeyd qalmayacağını” söyləmişdir.
Amerikanın ən məruf ricali-siyasisi olan Webster üsyan halında bulunan Yunanıstanı himayə məqsədilə XIX əsr ibtidalarında söylədigi nitqində “millətlərin istiqlalı ilə hürriyyət müssisələrinin Amerika millətini əlaqədar edən ən mühüm hadisələrdən olduğunu” hərarətlə müdafiə eyləmişdir. 1848 sənələrində milli Macarıstan ixtilalçılarından Koşutu Amerikaya göndərmək üçün Amerika Cümhuriyyəti tərəfindən “Missisipi” zirehlisi göndərilmiş, Koşut Vaşinqtonda mütəntən surətdə istiqbal olunmuş, Milli Macar hərəkat və ixtilalı ilə istiqlal davası haqqında Bəyaz Evdə məruzatda bulunmuş, Amerika məbusanı kəndisini hörmət və əlaqə ilə dinləmişdir.
Mabədi var.
M.E. (Məhəmməd Emin)
“Yeni Qafqasiya”, 16 kanuni-əvvəl (dekabr), 1926, ¹5-6
(Ardı var)
525-ci
qəzet $g 2018.- 21 iyul.- S.20-21.