Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşdü

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonunda vətəndaşlarla görüşüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

Ə. Qarayev Qazaxda Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət edib, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina Ədəbiyyat muzeyi ilə tanış olub.

Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Müşfiq, Şahanə.

525-ci qəzet.-2018.- 21 iyul.- S.13.