Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş oldu

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil edilən uşaq ədəbiyyatı sərgisi ilə tanış olublar.

Tədbirdə G.İbrahimovanın həyat yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmindəGülzar nənətəxəllüsü ilə tanınır.

Görüş zamanı Gülzar İbrahimova iştirakçılara öz şeirlərini səsləndirib, oxucuların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib.

Ayxan Qafarlının, Firuzə Zeynalovanın, Ziya Nəzirlinin Aqil Əmirlinin söylədiyi şeirlər tədbiri daha da rəngarəng edib.

Sonda Gülzar İbrahimova tədbir iştirakçılarına müəllifi olduğuCiddi ol!” yumorlar kitabını Sehirli dünyajurnalının sonuncu nömrəsini hədiyyə edib.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 21 iyul.- S.13.