Kitab sevgisi son həddə çatanda
İraq
Türkmanlarının can dostu,
Türkman toplumuzun gerçək sevdalısı
əziz və qiymətli dostumuz Prof.Dr. Qəzənfər Paşayevin 2016-cı ildə
Bakıda bir əsəri daha yayımlandı: “Əta Tərzibaşının folklorşünaslıq
fəaliyyəti” (Kitab
2018-ci ildə Ankarada da çap olunub
- Red.).
Qəzənfər Xoca yayımladığı
əsərlərini hər
zaman bizlərə o saat ulaşdırmağa çalışır və
bizləri sevindirir. Bu xüsusda onun nə qədər ciddi, özünə qarşı tələbkar
olduğu da məlumdur. Nətəkim Xocamız kitabı
yayımlanır-yayımlanmaz həmən poçtayla göndərmiş. Poçtada isə
maraqlı olanlar bu kitabları sevmiş olmalıdılar
ki, əlimizə ulaşmaları mümkün
olmurmuş. Bunu öyrənən
Qəzənfər Xoca
kitablarını bizə
ulaşdırmaq üzrə
bəzi arxadaşlara vermiş, ancaq Xocamızın kitablarını
verdiyi arxadaşlarda da kitab sevgisi
son həddə olduğu
üçün əlimizə
ulaşmaları mümkün
olmamışdır. Məşhur məsəldir ki, birinə kitab vermək nə qədər böyük bir sadəlövhlüksə,
kitabı geri qaytarmaq ondan daha artıq sadəlövhlükdür. Sözün qısası, Qəzənfər
Xocanın əsəri
əlimizə keçmədiyi
üçün bu tanıtma yazısı gecikmiş oldu.
Prof. Paşayevin kitabını
borc olaraq əldə edən kimi onu tanıtma
fırsatı bulmuş
olduq. Kitabı bizə borc
verən Kamal Bayatlı qardaşımıza
burada təşəkkür
edərkən, kitabı
ona qaytarmaq qonusunda tərəddüdüm
vardır. Çünki bu kitab hələlik
Kərkük Vəqfinin
arxivində yoxdur.
Bu səbəbdən Kamal Bayatlı kitabı bizə bağışlar deyə
ona əvvəlcədən
təşəkkür edirəm.
264 səhifədən ibarət kitaba Prof. Məhərrəm Qasımlı
ön söz yazmışdır (s.5-8). “Birliyin-bütövlüğün ömür kitabı” adlanan ön sözdə alim Paşayevin İraq Türkmanlarının folkloru,
dili, ədəbiyyatı,
gələnək və
görənəkləri (adət-ənənəsi)
haqqında yapdığı
araşdırma və
incələmələrini bir çox kitaba toplayaraq, bu sahədə nüfuzlu və mötəbər söz sahibi olduğuna işarə etmişdir.
Kitaba Dr. Mustafa Ziya
da Rəy (s.9-12) vermişdir. O, Əta Tərzibaşının ömrünü
İraq Türkmanlarının
kültür tarixini incələməyə vəqf
etdiyini (həsr etdiyini), dil və ədəbiyyat tarixi, folklor, musiqi, mətbuat, dil və xalqiyyat
(xalq bilgisi) üzərinə bir çox kitab və məqalə yazdığını, Türk
dünyasının da
İraq Türkman kültürü Tərzibaşının
əsərlərindən tanıdığını
ifadə etmişdir. Ayrıca Tərzibaşının bəzi
kitablarının Azərbaycanda
Prof.Dr. Qəzənfər Paşayev tərəfindən
bir neçə dəfə yayımladığını
xüsusi vurğulamışdır.
Qəzənfər Xocanın kitabı
giriş (s.13-17) və
altı bölümdən
ibarətdir. Bu bölümlər aşağıdakılardır.
I fəsil: “Əta Tərzibaşının həyatı
və ilk yaradıcılıq
illəri” (s.32-49).
II fəsil: “Xoyratlar və Maanilər”
(s.50-112).
III fəsil: “Xalq havaları” (s.113-127), “Xalq
türküləri” (s.128-146).
IV fəsil: “Aşıqlar. Aşıq havaları və dastanlar” (s.147-156), “Arzu-Qənbər”
dastanı (s.157-167).
V fəsil: “Atalar sözləri və məsəllər” (s.168-196).
VI fəsil: “Əta Tərzibaşı və Azərbaycan-İraq Türkman
ədəbi-elmi əlaqələri”
(s.197-221).
Kitabda “Son söz
əvəzi” adlı bölmə də var (s.222-228). Kitabın sonunda prof. Qəzənfər
Paşayev haqqında
(s.229-233), prof. Qəzənfər
Paşayevin basılmış
kitabları (s.234-235), Tərtib
edərək ön sözlə basdırdığı
kitabların siyahısı
(s.236-238), Tərcümə etdiyi kitablar (s.239-240), Azərbaycan, Türkiyə,
İraq və İranda Azərbaycan, türk, türkman, ərəb, rus, ingilis dillərində basılmış kitablarının
üz qapaqları
(s.241-254), tərcümə etdiyi kitablar (s.255-256) ilə prof. Qəzənfər Paşayev
haqqında basılmış
kitabların üz qapağı (s.257-260) kimi
əlavələr də
verilmişdir.
Çox
çalışqan və
verimli bir insan olan Paşayevin
İraq Türkman folkloru ilə ədəbiyyatına yapdığı
xidmətlər, Türkman
eli bölgəsində
yaşayan və Azərbaycan xalqının
özbəöz parçası
olan Kərkük, Ərbil, Tuz Xurmatu və Teləfər kimi böyük şəhərlərdə,
Məndəli, Xanəğin,
Qaratəpə, Tavuq, Kifri, Əmirli və Bastamlı kimi yerlərdəki Bayat köyləri, Bəşir, Tirkalan, Yayçı, Kümhətlər,
Altınkörpü, Ekənni,
Şeyx İbrahim, Qarayatağ, Mahlebi və Rəşidiyyə kimi Mosul çevrəsindəki
irili-xırdalı Türkman
köy, qəsəbə
və nahiyələrindəki
xalqın folkloru, ləhcəsi və ədəbiyyatı ilə
ilgilənmiş vəfalı
bir Türkmanşünasdır.
Paşayev, sadəcə gözəl və şad günlərində deyil, qara günlərində belə türkmanların yanında olmuşdur. Hələ
onun çox sevdiyi bu Kərkük
mani dördlüyü
(bayatı) heç vaxt dilindən düşməmişdir:
Bağdad
yolu Gəncədi,
Gülü pəncə-pəncədi.
Demə
sizdən irağam
Bu sevda ölüncədi.
Ayrıca Qəzənfər Paşayevə
həsr olunan və prof. Xatirə
Bəşirova və Sədaqət Hüseynova tərəfindən hazırlanan
kitaba bu dördlükdən ilhamlanaraq
“Bu sevda ölüncədi”
(Bakı, 2001, 376 səh.)
adını vermişdir.
Tanıtmış olduğumuz bu əsərində Paşayev
böyük bir qədirşünaslıq edərək
Türkman toplumunun böyük alimi, folklor və ədəbiyyat araşdırmaları
ilə Türkman xalqını dünyaya tanıdan Türkman elinin qiymətli övladı rəhmətlik
Əta Tərzibaşıyı
elmi yönlərilə
dilə gətirmişdir. Özəlliklə kitabın II fəslində
qələmə aldığı
“Xoyratlar və manilər” (s.50-112) qonusunda
Paşayev elmi və ədəbi yöndən xoyrat-bayatı
çeşidini çox
ustalıqla tədqiq etmiş və qonunun dərinliyinə enmişdir. Ayrıca bu vadidə
Tərzibaşının dərinliyindən
yararlanmışdır. Bu bölümə verdiyi əməkdən dolayı, özəlliklə
Paşayevi təbrik etmək boynumuzun borcudur.
Şəxsini ürəkdən alqışlayarkən
uzun və sağlıqlı bir ömür keçirməsini
diləyirəm.
Bu tanıtma yazısının gec qaldığına görə üzrhaqlığımızı qəbul etməsini təmənna edirəm.
Əziz
və qiymətli dostumuz Paşayevə son olaraq burada Kərkükün
usta xoyrat oxuyucusu rəhmətlik Siddik Bəndə Qafurdan dərlədiyim
(prof. Paşayevin əsərlərindən görünür
ki, Siddik Bəndə Əhməd Cavadın
“Çırpınırdı Qara dəniz” şeirinə bəstələnmiş
mahnını oxuduğuna görə başı çox bəlalar
çəkmiş, zindan həyatı keçirmişdir -
Red.) bu dördlüyü ithaf edirəm:
Kərkük verilməz yada,
Nə qul olduq, nə gəda.
Xudama çox yalvarram
Ömrün olsun ziyada.
(Bax: “Qardaşlıq” dərgisi, ¹78, İstanbul, aprel-iyun 2018, s.12-13)
Prof.Dr.Süphi SAATÇI
525-ci qəzet.-2018.- 21 iyul.- S.11.