Bakıda Beynəlxalq Media Forumu
QARDAŞ TÜRKİYƏ BU
FORUMDA GENİŞ HEYƏTLƏ TƏMSİL OLUNUB
İyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin
100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi
münasibətilə Beynəlxalq
Media Forumu keçirilib.
Forum Türkiyənin Azərbaycandakı
səfirliyinin Mədəniyyət
və Tanıtma Müşavirliyinin dəstəyi,
Anadolu Yayımçılar
Dərnəyi, "Yeni
Çağ" media qrupu,
Azərbaycan-Türkiyə Evi,
İslam Əməkdaşlıq
Təşkilatına üzv
Dövlətlərin Jurnalistləri
Assosiasiyası və Mətbuat Şurasının
birgə təşkilatçılığı
ilə baş tutub.
Tədbirdə müxtəlif ölkələrdən
jurnalistlər, deputatlar,
QHT təmsilçiləri iştirak
ediblər. Forumda Türkiyəni 40-dan çox jurnalist təmsil edib.
Tədbirin açılışında çıxış
edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
məsul əməkdaşı
Bəhruz Həsənov
forumun keçirilməsində
əsas məqsədin
iki ölkə arasında media əlaqələrinin
gücləndirilməsi olduğunu
bildirib. O deyib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə
bir-birini dəstəkləyir.
Bu, tarixi bir
zərurətdir. Ümummilli lider
Heydər Əliyevin də dediyi kimi, biz bir millət,
iki dövlətik.
Bu, bizim münasibətlərimizi
özündə əks
etdirən ən böyük şüardır.
Azərbaycan və Türkiyə
arasında media əməkdaşlığı
daha da dərinləşir.
Bu, çox vacibdir.
"Təbii ki,
media yenilənir, inkişaf
edir. Onlayn media, xüsusilə sosial media ayrıca qeyd edilməlidir. Artıq dünyanın ən aparıcı qəzetləri
də sosial şəbəkələr üzərindən
fəaliyyət göstərirlər.
Biz də sosial
şəbəkələrdən Azərbaycanın təbliği,
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
üçün istifadə
edirik. Lakin sosial şəbəkələr
vasitəsilə ölkəmizə
qarşı təxribat
xarakterli yazılar dərc edən səhifələr də
var. Buna qarşı ciddi
addımlar atılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin yanlış
aspektlərdən təsvir
edilməsinə qarşı
mübarizə də buraya aiddir. Bu proseslərin əsl
mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Bildiyiniz kimi, erməni diaspor təşkilatları
informasiya resurslarından
istifadə edərək
Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlər həyata keçirirlər.
Bunun üçün biz onlara qarşı ciddi şəkildə mübarizə
aparırıq. Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığı
genişləndirmək vacibdir.
Ümid edirəm ki, iki qardaş
ölkə arasında
media sahəsində əlaqələr
daha da güclənəcək",
- deyə Bəhruz Həsənov bildirib.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral çıxışında media ilə bağlı belə bir tədbirin
keçirilməsinin əhəmiyyətini
qeyd edib. O, Türkiyə-Azərbaycan
dostluq və qardaşlıq münasibətlərinin
nümunə olduğunu
söyləyib. Eyni dildə
danışan kifayət
qədər ölkələr
var. Amma heç biri bizim kimi
bir millət, iki dövlət deyil. Ölkələrimizin hər zaman
bir-birini dəstəklədiyini
vurğulayan səfir Azərbaycan-Türkiyə münasibətlərinin
dünyaya, eyni zamanda, qardaş toplumlara çatdırılmasında
medianın rolunun çox böyük olduğunu söyləyib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə gəlib çatdığını deyib. Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. Ölkələrimiz arasında media sahəsində əməkdaşlığın da təməli möhkəmdir.
Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb. O bildirib ki, Anadolu Yayımçılar Dərnəyi bundan sonra Azərbaycan mediası ilə sıx çalışacaq. "Xalqlarımız bir-birinə könüldən bağlıdır", - deyən S.Burhan qeyd edib ki, Türkiyədə kimdən Azərbaycan haqqında soruşsan, bu ölkə ilə bağlı böyük sevgi ilə danışar.
"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib. O qeyd edib ki, xarici ölkələrin media qurumları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atılır. A.Ələsgər Azərbaycan və Türkiyə mediasının hazırkı durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması ilə bağlı müzakirələrin uğurlu nəticələrinin olacağına əminliyini bildirib.
Milli Məclisin deputatı,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyə və Azərbaycanın
media sahəsində əməkdaşlığının
inkişaf etdirilməsinin əhəmiyyətindən
danışıb. O, xüsusilə də cəmiyyətlərimizdəki
mənfi hallara qarşı mübarizədə
medianın önəmli rolunu
vurğulayıb. Qeyd edib
ki, daha güclü strategiya
qurmalıyıq. Gəncləri elə yetişdirməliyik ki, mənfi proseslərin
iştirakçıları olmasınlar, əksinə, bu proseslərə qarşı
çıxsınlar. Bu kimi
məsələlərdə medianın üzərinə böyük məsuliyyət düşür.
Media daim təftiş
etməli, araşdırmalıdır.
Forum
işini panel müzakirələrlə davam etdirib.
Şahanə
MÜŞFİQ