"Loqos"
Mətbuat gününü qeyd etdi
Psixoloji
Xidmət və Tədqiqatlar İctimai Birliyi "Loqos"la
birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü
münasibətilə tədbir keçirib.
Tədbirdə
Mətbuat Şurasının rəhbəri, millət vəkili
Əflatun Amaşov, "Loqos"un rəhbəri Təranə
Məmmədova, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid, Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif
Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Umud Mirzəyev, Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının sədri Səbuhi Abbasov, jurnalist Billurə
Aslanqızı və digər media nümayəndələri
iştirak ediblər.
Əvvəlcə
tədbiri açıq elan edən PXTİB-nin icraçı
direktoru Leyla Kərimova tədbirin proqramı haqqında
qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı
ilə bağlı qısa videoçarx nümayiş edilib.
Daha sonra qonaqları salamlayan "Loqos"un rəhbəri Təranə Məmmədova
mətbuat günü
ilə bağlı bütün media nümayəndələrini
təbrik edib və daim göstərdikləri
dəstəyə görə
minnətdarlığını bildirib.
"Loqos"un hər zaman media ilə, ictimaiyyətlə çox
sıx əlaqədə
olduğunu vurğulayan
Rəşad Məcid Milli mətbuatın yaranması tarixindən danışıb, çağdaş
dövrdə sosial medianın qəzetçilik
ənənələrini üstələməsi
probleminə toxunub. Azərbaycanda hər zaman
mətbuata qayğı
olduğunu vurğulayan
katib gənc jurnalistlərə uğurlar
arzulayıb.
Mətbuat Şurasının rəhbəri
Əflatun Amaşov çıxışında bildirib
ki, dövlət müstəqilliyinin əldə
edilməsi Azərbaycan
mətbuatının tarixində
söz azadlığının
təminatında, azad
mətbuatın formalaşmasında
böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışı
Azərbaycan mətbuatının
inkişafı yolunda yeni bir tarixdir.
Natiq qeyd edib ki,
söz və məlumat azadlığının
təmin olunması sahəsində aparılan
siyasətin nəticəsində
bu gün Azərbaycan Respublikası
kütləvi informasiya
vasitələrinin sayına
görə MDB və Şərqi Avropa ölkələri arasında
birincilər sırasındadır.
Heç
şübhəsiz ki,
demokratik dəyərlər,
söz və mətbuat azadlığı
tarixi nailiyyətlərdir.
Bu gün Azərbaycan
jurnalistikasında çalışan
və özünü
jurnalist adlandıran hər bir həmkarımızın
həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözün nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı
olmaqdır.
Çıxışçılardan Vaqif Bəhmənli və Umud Mirzəyev
medianın və mətbuatın əhəmiyyətindən,
keçdiyi tarixi yoldan danışıblar.
Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən hazırlanan
fəxri fərmanlar təqdim edilib.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə çıxış edən 138 saylı körpələr evi-uşaq
bağçasının məzunu
Aysin Bektaşi və "Dilbərim"
rəqs qrupunun ifaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.- 24 iyul.- S.7.