Prezidentin Fransa səfəri: Münasibətlərdə yeni mərhələ

 

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfiri iki ölkə arasında siyasi, iqtisadi digər sahələrdə əlaqələrin gələcək inkişafı baxımdan müsbət əhəmiyyət kəsb edir. 

Dövlət başçısı Fransada bir sıra mühüm görüşlər keçirdi. Bu görüşlər arasında iri şirkətlərin rəhbərləri ilə aparılan müzakirələri xüsusi qeyd etmək lazımdır. Ümumilikdə, İlham Əliyev səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə müzakirələr aparıb. Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

Bu gün Fransa həm Avropa İttifaqındakı rolu mövqeyinə görə Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Belə ki,  Fransa Aİ- Almaniya İtaliya ilə bərabər üç mühüm üzvündən biridir.

Nəhayət, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Azərbaycan digər həmsədr dövlətlərlə yanaşı, Fransadan da münaqişənin həllində qətiyyətli addımlar gözləyir.

Dövlət başçısının Fransaya səfərinin yekunlarını şərh edən millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, iki ölkə prezidentlərinin qarşılıqlı olaraq səfərləri Azərbaycan Fransa münasibətlərinin davamlı, perspektivi olduğunu göstərir. Onun sözlərinə görə, Fransa Avopanın iqtisadiyyatıdır, amma xarici siyasətində birinci yerdədir, Almaniyadan fərqli olaraq nüvə silahına malikdir, BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu baxımdan millət vəkili düşünür ki, Azərbaycan-Fransa yüksək səviyyəli dialoqunun davam etməsi, münasibətlərin möhkəm bünövrəyə əsaslanaraq inkişaf etməsi faydalıdır.

Fransanın Dağlıq Qarabağ münaqişəsində mövqeyində hansı dəyişikliyin ola bilməsinə gəlincə, politoloq vurğulayıb ki, erməniləri ağıla gətirmək üçün Fransanın müəyyən imkanları var. İndi bu imkanlardan istifadə edilib edilməyəcəyi hələlik açıq sual olaraq qalır. Ancaq hər halda Makron bu məsələ ilə məşğuldur, yəni münaqişənin nizamlanmasını diqqətdə saxlamaqla bağlı vədlər verir. Hələlik ermənilər hər vəchlə münaqişənin mahiyyəti üzrə danışıqlardan boyun qçırırlar. Elə məsəslələr var ki, onlara nəzəri cəhətdən cavab vermək mümkün deyil, sınaqdan keçirilməlidir".

Fransa ilə hərbi əməkdaşlığa gəlincə, R.Musabəyov düşünmür ki, qeyd edilən müzakirələrdən sonra bütün silahlarımızı Fransadan almağa başlayacağıq: "Silahların alınması bir sistem şəklində olur bizim Fransa ilə hərbi əməkdaşlıq adlanmasa da, hərbi əhəmiyyət kəsb edən əməkdaşlığımız var. Fransa bizə peyklər satır və bu, Azərbaycana imkan verir ki, dəqiqliklə həm işğal altındakı əraziləri, həm də Ermənistan ərazisini nəzarətdə saxlayaq. Bunun da böyük hərbi əhəmiyyəti var". Millət vəkili, ümumiyyətlə, son günlər ərzində Azərbaycanın Avropaya yaxınlaşması, əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm hadisələrin baş verdiyini, nümunə kimi, Prezident İlham Əliyevin Brüsselə, Fransaya səfərlərini, İtaliya Prezidentinin Bakıya səfərini qeyd  edib. Bütün bunların isə Ermənistandan fərqli olaraq Azərbaycanın Avropa üçün dəyərli tərəfdaş olduğunu sübut etdiyini deyib: "Ermənistan bəyan edir ki, mən Avropayam, sizin dəyərlərinizi bölüşdürürəm, mənə kömək edin. Ancaq Ermənistanın Avropa ölkələrinə nəsə təklif etmək imkanı yoxdur. Ancaq dilənməyi bilir, dilənlənmək üçünözünü gözə soxur, amma təkrar edirəm ki, Avropa ölkələri Ermənistandan heç nə gözləmirlər, ən azı ona görə ki, Avropaya verəcək heç nəyi yoxdur. Bazarı, ehtiyatları yox səviyyəsindədir, strateji cəhətdən hər hansı əhəmiyyətə malik deyil, Rusiyanın qanadının altına sığınıb. Azərbaycan isə Avropa ölkələri ilə maraqlar üzərində münasibətləri qurub. Bu, imkan verir ki, biz Avropa ölkələrindən aldıqlarımız müqabilində  öz imkanlarınızı təqdim edək. Ona görə də Ermənistan və Azərbaycanın Avropa ilə münasibətlərini bərabərləşdirmək, eyni kontekstdən baxmaq düzgün deyil.

İqtisadçı Vüqar Bayramov isə səfərin iqtisadi əhəmiyyətini şərh edib. O deyib ki, Fransa Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "Nəzərə alsaq ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşür, Aİ-nin üzvü olan Fransa bu mənada Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Eyni zamanda Azərbayca-Fransa ticarət dövriyyəsinin həcminə diqqət yetirsək, bu, illər üzrə dəyişir. Ticarət dövriyyəsi ötən il 1 milyard 70 milyon dollar olub. Rəqəmlər ondan xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları və potensialı mövcuddur. Azərbaycan il ərzində Fransaya 493 milyon dollara yaxın mal ixrac edir. Baxmayaraq ki, iki il əvvəl bu rəqəm 864 milyon dollar olub. Fransa Azərbaycan üçün xüsusən, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından vacib ölkədir. Prezident İlham Əliyevin səfəri zamanı da müzakirə edilən əsas məsələlərdən biri Fransa investisiyalarının cəlbi oldu. İqtisadi əlaqələrin inkişafı üzrə konkret sənədlər imzalandı".

Ekspert deyib ki, Fransa Azərbaycanda enerji sektorunda da aktiv ölkələrdən biridir, amma təbii ki, qeyd olunduğu kimi, Azərbaycana daxil olan xarici investisiyaların 6,7 faizi Fransanın payına düşür: "Prezidentin səfərindən sonra bu rəqəmin artırılması imkanları var. İki milyard dollardan artıq müqavilələrin imzalanması ondan xəbər verir ki, səfər həm Fransa şirkətlərinin ölkəmizin qeyri-neft sektoruna yönəldəcəyi investisiyaların, eyni zamanda, ticarət dövriyyəsinin artımına gətirib çıxaracaq".

 

PƏRVANƏ

525-ci qəzet.-2018.- 24 iyul.- S.5.