Azərbaycan-Fransa münasibətlərinin
inkişafı sülhün təmini üçün önəmlidir
Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunları
yüksək qiymətləndirilir. Bu səfərdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin
dərinləşəcəyi istisna edilmir.
Fransa həm iqtisadi tərəfdaş,
həm Avropa İttifaqının əsas
aparıcı dövləti,
həm də
ATƏT-in Minsk qrupunun həmsədri
olaraq Azərbaycan üçün əməkdaşlıq
baxımından maraq kəsb edən ölkədir. İki ölkə iqtisadi, o cümlədən, investisiya
sahəsində fəal
əməkdaşlıq edir,
amma mövcud potensial bu sahədə
daha yüksək
nəticələrə nail oluna biləcəyini göstərir. Prezident səfəri zamanı
Fransanın 11 şirkətinin
nümayəndələri ilə
səmərəli görüşlər
keçirib, şirkətlər
arasında 2 milyard dollardan çox dəyərində müqavilələr
imzalanıb.
Nəzərə alsaq ki, Azərbaycanın
ümumi iqtisadi dövriyyəsinin yarıdan
çoxu Avropa İttifaqının payına
düşür, Fransanın
bu dövriyyədə
payı müxtəlif
illərdə kifayət
qədər böyük
olub. Məsələn, 2011-ci ildə Fransanın iqtisadi dövriyyədə
payı 4 milyard dollardan artıq, 2017-ci ildə isə Azərbaycan Fransaya yarım milyard dollara yaxın məhsul ixrac edib. Eyni zamanda, Azərbaycanın
cəlb etdiyi xarici birbaşa investisiyaların 7.6 faizi Fransanın payına düşür. Bu baxımdan Azərbaycan prezidentinin Fransaya səfəri bir tərəfdən təcrübəli
əməkdaşlığın genişləndirilməsi, digər
tərəfdən Azərbaycanla
Fransa şirkətləri
arasında 2 milyard dollardan çox dəyərində müqavilələrin
imzalanması idi.
Ölkəmizin Aİ ilə hazırkı əməkdaşlığını, Brüssel sammitində
"Tərəfdaşlıq prioritetləri" sənədinin
paraflanmasını nəzərə
alsaq, Fransa ilə əməkdaşlığın
gücləndirilməsi yenə
də önəmli və zəruri görünür. Bundan əlavə, rəsmi
Bakı Minsk qrupunun həmsədr dövləti
kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
rolunun artmasını
gözləyir.
Xarici İşlər Nazirliyi bəyan edib ki, prezident İlham
Əliyevin Fransaya səfəri bu ölkə ilə Azərbaycan arasında əlaqələrin dinamik
və hərtərəfli
şəkildə inkişafının
göstəricisidir: "Fransa
ilə qarşılıqlı
əlaqələrin inkişafı
həmçinin, Azərbaycan
ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına mühüm
bir töhfədir".
Bu səfər fransız
siyasi dairələrində
də yüksək qiymətləndirilir. Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule mətbuata açıqlamasında qeyd
edib ki, prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın
sabitlik mərkəzi kimi daha yaxşı
tanınmasına imkan
verir. N.Qule qeyd edib ki,
bu səfər gələcəkdə iki
ölkə arasında
turist axınının
artmasına xidmət edəcək, həmçinin,
Azərbaycanın bu regionda sabitlik mərkəzi və Rusiya və İran arasında körpü kimi daha yaxşı tanınmasına şərait
yaradacaq: "Azərbaycan
və Fransa bir çox sahələrdə əməkdaşlığı
inkişaf etdirə bilərlər. Son illərdə Azərbaycanda
işgüzar mühit
xeyli yaxşılaşıb.
Fransa şirkətləri Azərbaycanı
İpək Yolunda mühüm mərkəz kimi dəyərləndirir".
Bundan başqa, N.Qule bildirib ki, Fransanın
ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biri kimi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması üzrə
rolu çox vacibdir: "Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün Ermənistana
təzyiq göstərməyin
vaxtı çatıb.
Buna diplomatik yolla nail olmaq mümkündür, lakin əgər bu mümkün olmasa, Ermənistana qarşı embarqo və beynəlxalq sanksiyalar tətbiq etmək zəruridir".
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin üzvü
Asim Mollazadə hesab edir ki,
prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycan-Fransa
və Azərbaycan-Avropa
İttifaqı əlaqələrinin
daha da möhkəmləndirilməsi,
yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının
yaradılması baxımından
mühüm əhəmiyyət
kəsb edir. Səfərin ölkəmizin
milli maraqları və təhlükəsizliyinin
təmin olunması baxımından olduqca mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, səfər eyni zamanda, Azərbaycan-Fransa
arasında ikitərəfli
iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin
yeni səviyyəyə
yüksəlişinə yeni
imkanlar açacaq:
"Bildiyiniz kimi, Azərbaycan-Fransa ikitərəfli
münasibətləri və
bu çərçivədə
iqtisadi sahədə olan əməkdaşlığın
inkişafı prioritet
məsələlərdəndir. Fransanın bir neçə şirkəti Azərbaycanla
enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq
edir. Azərbaycan bu əlaqələrin
daha da inkişaf
etdirilməsində maraqlıdır.
Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir.
Çünki ölkəmizdə münbit sərmayə mühiti var. Ümumiyyətlə,
Azərbaycan dünyada,
Avropa, o cümlədən,
Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir".
Səfər zamanı dövlət
başçısının bir sıra Fransa
şirkətlərinin rəhbərləri
ilə görüşünü
xatırladan A. Mollazadə
qeyd edib ki, Azərbaycanla imzalanan sənədlər
hər iki ölkənin iqtisadiyyatına
mühüm töhfə
verəcək, mövcud
olan əməkdaşlıq
əlaqələrini daha
da genişləndirəcək".
Deputat əlavə edib ki, Fransanın
ATƏT-in Minsk qrupu həmsədrlərindən
biri olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkədən əsas gözləntisi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
probleminin beynəlxalq
hüquq normaları çərçivəsində həllidir: "Azərbaycan
Fransadan münaqişənin
həlli istiqamətində
hüququn aliliyinə
dəstək olmasını
gözləyir. Hesab edirəm
ki, prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv
məcrada dərinləşməsi
bu məsələyə
mümkün töhfələrini
verəcək".
Millət vəkili Sahibə Qafarova isə deyib ki, Azərbaycanla
Fransa arasında güclü siyasi əlaqələr bütün
sahələr üzrə
əməkdaşlığın inkişafına müsbət
təsir göstərir. Dövlətimizin
xarici siyasətində
Fransa ilə qarşılıqlı-faydalı əməkdaşlığın xüsusi yer tutduğunu deyən işçi qrupunun üzvü söyləyib
ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin
inkişafına impuls
verəcək: "Azərbaycan
dövlətinin xarici
siyasətində milli
maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı
əməkdaşlıq kimi
meyarlar öndə dayanır. Bu amillər
isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə
böyük töhfədir.
Azərbaycan prezidenti İlham
Əliyevin bugünlərdə
Fransaya səfəri də məhz bu baxımdan böyük əhəmiyyət
daşıyır". Azərbaycan-Fransa münasibətlərinin
inkişafının bölgədə
sülhün və təhlükəsizliyin təmin
olunması baxımından
önəm daşıdığını
dilə gətirən
deputat söyləyib ki, qarşılıqlı
səfər və görüşlər iki ölkə arasındakı
münasibətlərin inkişafına
əhəmiyyətli töhfələr
verir: "Xüsusilə
də dövlət başçılarının görüşləri
ikitərəfli münasibətlərin
müzakirəsi və
əməkdaşlığın dərinləşdirilməsi baxımından
müstəsna əhəmiyyət
kəsb edir. Bu kontekstdə Azərbaycan
Prezidenti İlham Əliyevin Fransaya səfəri mühüm önəm kəsb edir. Səfər zamanı dövlət
başçıları arasında
keçirilən görüş
və aparılan müzakirələr Azərbaycanla
Fransa arasında əlaqələrin inkişafı
baxımından xüsusi
qeyd olunmalıdır.
Eləcə də, prezident
İlham Əliyevin səfər zamanı keçirdiyi digər görüşlər və
imzalanan sənədlər
hər iki ölkənin gələcəkdə
münasibətlərinin daha
da genişlənməsinə
xidmət edir".
PƏRVANƏ
525-ci qəzet.-2018.- 25 iyul.- S.6.