Beynəlxalq Folklor
Festivalı iştirakçıları ilə görüş
Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı
ilə Nizami Kino Mərkəzində "Uşaqlar bizim gələcəyimizdir"
adlı tədbir keçirilib.
İdarədən
bildirilib ki, birinci Beynəlxalq Folklor Festivalı çərçivəsində
reallaşan tədbirdə festivalın Azərbaycan,
Gürcüstan, Hindistandan olan üzvləri arasında
qarşılıqlı olaraq mədəni əməkdaşlığın
uğurla genişləndirilməsi, birgə layihələrin
həyata keçirilməsi ilə bağlı geniş fikir
mübadiləsi aparılıb.
Görüş zamanı festival
haqqında müzakirələr aparılıb, gələcəkdə
bu festivalın davam etdirilməsi xüsusi vurğulanıb.
Qonaqlar
Festivalın təşkil olunmasına görə Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinə
təşəkkürlərini bildiriblər.
Qeyd
edilib ki, festival uşaq və gənclərin
istedadlarının inkişaf etdirilməsi, ölkələrin
mədəniyyətini nümayiş etdirməklə onlar
arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi
məqsədi daşıyır.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 26 iyul.- S.8.