Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli

 

 (Əvvəli ötən sayımızda)

 

1885-ci ilin son günlərində Cəfərqulu xan Naxçıvana qayıdır. 1885-ci ildən 1920-ci ilədək Cəfərqulu xan taleyini bir yolluq, necə deyərlər, Naxçıvanla bağlayır.

 Naxçıvanda maarifə xeyriyyəçilik onun əsas məqsədlərindən olub. Cəfərqulu xan Naxçıvanskinin 1897-ci ildən başlayaraq 1920-ci ilin avqustunadək Naxçıvanda işlədiyi rəhbər vəzifələrlə bağlı arxiv sənədləri var. Elə bu sənədlərdən öyrənirik ki, o, 1897-1904, 1918-1920-ci illərdə Naxçıvan şəhər başçısı olmuşdur. Doğrudur, 1918-ci ildən sonra siyasi proseslərlə əlaqədar olaraq idarələrin adları dəyişdirilsə , yenə şəhərə rəhbərliyi (bəzi istisnalar olmaqla) Cəfərqulu xan etmişdir. Məsələn belə arxiv sənədlərindən biri Cəfərqulu xan Naxçıvanskinin şəhər başçısı təyin edilməsi haqqında İrəvan qubernatorunun 24 may 1902-ci il tarixli məktubudur. Həmin məktubda yazılır: "1882-ci il şəhər qaydalarının 22 maddəsinin 9-cu əlavəsinə 118-ci maddəsinə əsasən, Naxçıvan şəhər başçısı vəzifəsinə 1901-ci ildən (ikinci dəfə) növbəti 4 il üçün Cəfərqulu xan Naxçıvanskini təyin edirəm. Onun köməkçisi isə Mirzə Sadıq Xəlilov təyin edilsin".

Qeyd edək ki, Mirzə Sadıq Xəlilov böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin dostu müəllim yoldaşı olub. Erməni daşnaklar Mirzə Sadığı 3 noyabr 1905-ci ildə faciəli şəkillə öldürmüşlər. Cəfərqulu xan Naxçıvanski şəhər starotası işləməklə bərabər, həm Naxçıvan şəhərində fəaliyyət göstərən "Tərbiyə", sonralar rus-tatar (Azərbaycan) məktəbinin fəxri nəzarətçisi olmuşdur. Cəfərqulu xan rus, fars, ərəb, alman, fransız dillərini mükəmməl bilmişdir. O, Naxçıvanda yaşadığı  işlədiyi illərdə bir sıra xarici ölkələrdə səfərlərdə olmuşdur. Bu haqda Cəfərqulu xanın raportu bunu təsdiqləyir.

O, 27 iyul 1900-cü il tarixli raportunda İrəvan qubernatoruna yazır: "Siz həzrətlərindən xahiş edirəm ki, şəxsi işlərim üçün xaricə - Türkiyəyə, Fransaya, Avstriyaya Almaniyaya getməyim üçün mənə 10 sentyabr tarixdən iki aylıq məzuniyyət verəsiniz.

 

Şəhər başçısı (imza)

 

Xan Naxçıvanski".

 

İrəvan qubernatorluğu onun məktubunu 21 avqust 1900-cü il tarixdə Tiflisə göndərmiş 19 sentyabr 1900-cü il tarixdə Qafqaz mülki sahəsinin vitse-direktoru əvəzinin imzası ilə cavab məktubu alınıb. Həmin məktubdan aydın olur ki, Cəfərqulu xana icazə verilib: "İdarənin əmri ilə Naxçıvan şəhər başçısı Xan Naxçıvanskiyə xaricə getməsi üçün 2 aylıq məzuniyyət verilib. Bu haqda dəftərxana bizə bildirir.

 

Vitse-direktor əvəzi (imza)".

 

Arxiv sənədlərindən məlum olur ki, Cəfərqulu xan 1910-1916-cı illərdə həbsxana popeçiteli olmuşdur. 1914-1916-cı illərdə həm barışdırıcı şəhər məhkəməsinin fəxri sədri olmuşdur.

 

Atası general-mayor II Kalbalı xan Naxçıvanski vəfat edəndən sonra Xok kəndinin (yarısı), Təzəkən kəndinin (yarısı), Nurs, Sirab Nehrəm kəndlərinin mülkədarı olmuşdur. Naxçıvanda onun üzüm meyvə bağları, o cümlədən, dükanları karvansaraları olmuşdur. Naxçıvan şəhərindəki rus-tatar (Azərbaycan) məktəbinə hamilik edənlərdən biri Cəfərqulu xan idi. 1894-cü ilin sənədlərinin məlumatına görə, Qaraçuq Qızıl Təpədə onun əkin sahələri olmuşdur. Tapılan sənədlərdən öyrənirik ki, onun qardaşlarının İrəvan ətrafında da idarə etdikləri kəndlər olub: Tas, İydəli (yarısı), Şelli-Mehmandar kəndinin 1/6 hissəsi. Cəfərqulu xan Naxçıvanski 1918-1920-ci illərdə Naxçıvanın erməni quldur dəstələrindən müdafiə olunması işinə rəhbərlik etmişdir. Qeyd edək ki, həmin illərdə Naxçıvan çox çətin, amma şərəfli bir qəhrəmanlıq tarixi yaşamışdır. Həmin illərin arxiv sənədlərinin çoxu itib-batsa da, məhv edilsə , arxiv fondlarındakı sənədlərdən məlum olur ki, Cəfərqulu xan, Naxçıvanın erməni tapdağına düşməməsi üçün diplomatik addımlar atmış, yeri gələndə isə döyüşmüşdür. Həmin çətin mürəkkəb illərdə Naxçıvanda Milli Şura, Müdafiə Komitəsi, Naxçıvan Araz Türk Respublikası Müvəqqəti hökumət fəaliyyət göstərmişdir. Bunların hamısına sədrlik edən Cəfərqulu xan Naxçıvanski olub. Naxçıvan Milli Şurasına çox az bir müddətdə digər şəxslərin adlarına rast gəlirik. Yəni bu illərdə, xüsusən Araz Türk Respublikası dövründə bəlkə bir gündə bir ayın tarixi hadisələri yaşanmışdır. Bəzən erməni daşnakları, amerikan ingilis hərbçiləri ilə danışıqlar aparılmış, nəticəsiz qaldığından dərhal döyüş əmri verilmişdir. Belə bir vəziyyətdə rus digər xarici dilləri bilən, həm hərbi işi bilən şəxs lazım idi ki, Azərbaycan Naxçıvan məsələsində uduzmasın. Belə bir çətin missiyanı ancaq Cəfərqulu xan yerinə yetirə bilərdi. Qeyd edək ki, 1918-ci ildə Cəfərqulu xan qaynı Kərim xan İrəvanskinin (Şərur taborunun komandiri) başçılıq etdiyi nümayəndə heyətini Türkiyəyə göndərmişdi. Türk qoşunlarının köməyə gələn bir hissəsi Naxçıvanın xalq qoşunları ilə birlikdə daşnak erməni qoşunları ilə döyüşmüşlər.

1918-ci ilin iyun ayının 11-də türklər Milli Komitəni ləğv etmiş Naxçıvanda yeni idarələr yaratmışlar. Naxçıvan jandarma idarəsinə Məhəmmədəli xan Naxçıvanskini rəis, Qəni bəy Vəzirovu isə müavin təyin etmişlər. Ədliyyə işlərini Şeyx Kərimə, Cabbar Kələntərova, Vəli ağa Kəngərliyə Abbasqulu bəy Tahirova həvalə etmişlər.

Yeni yaradılan Bələdiyyə idarəsinə isə Cəfərqulu xanı sədr, Tağı Nağdəliyevi isə müavin təyin etmişlər. Cəfərqulu xan 1919-cu ilin 9 fevralına kimi Naxçıvan bələdiyyəsinin sədri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin tapşırığı ilə Cəfərqulu xan oğlu III Kalbalı xan ingilislərlə danışıq aparırdı. İngilislər Naxçıvan ərazisində ingilis general-qubernatorluğu yaratdıqları bir gündən respublika ərazisində siyasi sabitlik çox ciddi surətdə pozulmuşdu. Naxçıvan Araz Türk Respublikasına nəyin kiminsə xatirinə hakimiyyətə təyin edilmiş Əmir bəy Nərimanbəyov təzə yaradılan respublikanı heç cür idarə edə bilmirdi. Bunun günahını isə hərbçi kəngərlilərdə görürdü. Amma əslində belə deyildi. Naxçıvanın ərazisində şəhərin içində ermənilərlə döyüşlər gedirdi. Təklənmiş Naxçıvana naxçıvanlılara rəhbər edəcək təcrübəli sərkərdə yaxşı döyüşə bilən döyüşçülər lazım idi. Bax, əsl həqiqət burada gizlənir. Buna görə Cəfərqulu xan Rəhim xan qardaşları, onların hərbçi oğulları qohumları qətiyyən razı ola bilməzdilər ki, ulu babalarının onlara əmanət etdikləri qədim Oğuz yurdu Naxçıvanda ermənilər ağalıq etsinlər. Ona görə naxçıvanlılar yekdilliklə həmrəy olub xan Naxçıvanskilərin tapşırığı ilə hərəkət edirdilər. Hadisələrin sonu da göstərdi ki, Cəfərqulu xanın rəhbərliyi altında döyüşən naxçıvanlılar çox haqlı imişlər.

Bir arxiv sənədində olan məlumatlar (belə məlumatlar çoxdur) Cəfərqulu xanın çox soyuqqanlı iradəli olduğunu təsdiqləyir. Həmin sənəddən məlum olur: "ingilis general-qubernatoru Cəfərqulu xana təklif edir ki, iki məsələni həll etsin: birincisi, Osmanlı imperiyasının ərazisindən köçürülmüş ermənilərin yenidən Naxçıvana və kəndlərinə qayıtmasına icazə verilsin. İkincisi, daşnak Ermənistanı üçün Şərurdan min pud buğda buraxılsın. Azərbaycan Xalq Cümhuriyyətinin elçiləri ilə məsləhətləşdikdən sonra Cəfərqulu xan cavab verdi ki, birinci məsələ mühacirət məsələsi kimi Paris sülh konfransında həll olunana qədər təxirə salınmalıdır, buğdanı isə yerli əhalinin ehtiyacı olduğu şəkər və neftlə dəyişmək olar".

Ümumiyyətlə, Cəfərqulu xanın fəaliyyəti ilə bağlı məsələlər Aydın Hacıyevin ("Qars və Araz-Türk respublikalarının tarixindən, Bakı: 1994") kitabında ilk dəfə elmi dövriyyəyə daxil edilsə də, bir çox məsələlər ziddiyyət təşkil edir. Xüsusən Cəfərqulu xan və digər hərbi Naxçıvanskilər haqqında. Çünki 1920-ci ildə Cəfərqulu xan Naxçıvan İnqilab Komitəsinə yazdığı məktubda (rus dilindədir) bir çox məsələlərə aydınlıq gətirib. Biz bu məktubla və digər arxiv sənədləri ilə tanış olduqda görürük ki, belə sədaqətli, vətənpərvər sərkərdə haqqında ədalət öndə olmalıdır.

 

(Ardı var)

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya

 Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.-2018.- 26 iyul.- S.6.