Amerikalı səyahətçilər milli mətbəximizlə əyani tanış oldular

 

Azərbaycanda ABŞ-dan gəlmiş turistlər üçün kulinariya mədəniyyət aləminə səyahət təşkil edilib.

Amerikalı səyahətçilər üçün ilk dəfə keçirilən bu ekskursiyanın təşəbbüskarı "Nar zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabının müəllifi Fəridə Buyurandır. O, bu kitabına görə beynəlxalq mükafatlara layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Bakıdan başlanan kulinariya ekskursiyası Quba, İsmayıllı, Qəbələ, Şəki, Qax Balakəndə davam etdirilib. Səyahət proqramına rəngarəng mədəniyyət kulinariya ənənələri olan Xınalıq, Qırmızı qəsəbə, Lahıc, İvanovka, Nic İlisu kimi yaşayış məntəqələri ilə tanışlıq onların öyrənilməsi daxil edilib.

Ekskursiyanın məqsədi Azərbaycan mətbəxi mədəniyyətinin xüsusiyyətləri ilə tanışlıq olub. Proqrama restoranlarda baş aşpazlar tərəfindən özəl kulinariya dərslərinin keçirilməsi, ərzaq bazarları şərab müəssisələrinə, habelə tarixi məkanlar muzeylərə, sənətkar emalatxanalarına ekskursiyalar, rəssamlarla görüşlər digər mədəni tədbirlər daxil edilib.

Səyahətdə tanınmış kulinariya tarixçisi, "Cənubi Kaliforniyanın kulinariya tarixçiləri" təşkilatının prezidenti Çarlz Perri təşkilatın digər təmsilçiləri, kulinariya mədəniyyət sahələrində professorlar həvəskar tədqiqatçılar iştirak ediblər. Bu, onların Azərbaycana ilk səfəri olub. Qrup üzvləri xalqımızın qonaqpərvərliyi Azərbaycan mədəniyyətinin rəngarəngliyinə heyranlıq ifadə edib, gələcəkdə ölkəmizə yenə səfər etmək istəklərini bildiriblər.

Fəridə Buyuran "azcookbook.com" populyar bloqun 2014-2015-ci illərdə iki dəfə nəşr olunmuş "Nar zəfəran: Azərbaycana kulinariya səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının müəllifidir. Azərbaycan mətbəxi barədə ingilis dilində işıq üzü görmüş 336 səhifəlik ilk kitabda oxuculara Qərb ölkələrində hazırlanması üçün uyğunlaşdırılmış qəlyanaltı salatlar, şorba, xəmir, ət, tərəvəz, yumurta xörəkləri, çörək növləri, plovlar, içkilər çərəzlərdən ibarət 200 resept təklif edilir.

 

525-ci qəzet.-2018.- 26 iyul.- S.7.