İsa Həbibbəyli: "Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək"

 

Orfoqrafiya qaydalarına aid müzakirələr 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayının sonlarınadək davam etdirilib. Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunub.

Milli.Az xəbər verir ki, bunu APA-ya AMAE-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli deyib. O bildirib ki, nəinki müstəqillik illərində, keçmiş sovet hakimiyyəti illərində Orfoqrafiya qaydaları qədər geniş, ardıcıl uzunmüddətli müzakirələr olmayıb: "Orfoqrafiya qaydalarında hansı maddənin qəbul olunub-olunmayacağından asılı olmayaraq, necə deyərlər, bu müzakirələr ümumilikdə dilçilik elmini, ictimai humanitar elmlərin digər sahələrini ciddi surətdə silkələyib. Bu, bütövlükdə Azərbaycan elmi üçün yeni faydalı olan Orfoqrafiya qaydalarının hansı səviyyədə cəmiyyətimiz üçün faydalı olduğunu nəzərə çarpdıran mühüm addım olub.

Nəsimi adına Dilçilik İnstitutunda yaradılmış mütəxəssislərdən ibarət İşçi qrupu may-iyun ayları ərzində dövri mətbuatda çap olunan məqalələrdə sosial şəbəkələrdə yayımlanan informasiyalarda, habelə Komissiyaya yazılı şifahi şəkildə daxil olan məlumatlarda öz əksini tapmış yüzlərlə münasibət bildirilən rəyləri sistemləşdirmiş, hər maddə üzrə "" "yox" cavablarının statistikasını müəyyən etmiş, onları təsdiqləyəcək qaynaqları göstərən siyahı tərtib edib. Bu, olduqca çətin əhəmiyyətli olan yekun sənədlərini hazırlamaq üçün İşçi qrupunun apardığı dəqiq əhəmiyyətli işi yüksək qiymətləndirirəm".

Həbibbəyli əlavə edib ki, İşçi qrupu qərar qəbul edəcək bir qurum olmadığı üçün hazırlanmış sənədləri qaydaya uyğun surətdə Orfoqrafiya Komissiyasına təqdim edib:

"Yay tətili dövründə Orfoqrafiya Komissiyasının üzvlərinin bir çoxunun məzuniyyətdə olduğuna görə Komissiya iclası sentyabr ayında keçirməyi nəzərdə tutub. İnanıram ki, komissiyanın üzvləri olan ölkəmizin nüfuzlu dilçi alimləri və mütəxəssisləri yeni Orfoqrafiya Qaydaları haqqında obyektiv qərarlar qəbul edəcəklər. Fikrimcə, 4 aydan çox davam edən müzakirələr zamanı bütün maddələr üzrə kifayət qədər geniş diskussiya aparılmış, fərqli fikir və mülahizələr irəli sürülüb. Əldə olunan zəngin material yekun qərarlar qəbul etməyə əsas verir"

 

Cavid.

525-ci qəzet.-2018.- 26 iyul.- S.7.