Yanınca gəzməkdə
sanki Səmərqənd - Mavi göylərində sonsuz məhəbbət
Özbəkistanın tanınmış şairi və
publisisti Ötkür Rəhmət (Rəhmətov) 1948-ci ildə
Səmərqənd şəhərində anadan olub. Səmərqənd
Dövlət Universitetini və Daşkənd Dövlət
Hüquq İnstitutunu bitirib.
Özbəkistan Televiziya və Radio Komitəsində
yüksək vəzifələrdə çalışıb. 1991-1999-cu illərdə
Özbəkistanın Dövlət Müşaviri olub.
Uzun illər jurnalist kimi fəaliyyət göstərib və
hazırda "Xalq sözü" qəzetinin təsisçisi
və baş redaktoru vəzifəsində
çalışır. Bu il 70 yaşı tamam olan
Ötkür Rəhmətın indiyə qədər 18
kitabı işıq üzü görüb.
70 illik yubileyi münasibətilə sənətkara təbriklərimizi
ünvanlayır və ölkəmizdə ilk dəfə nəşr
olunan şeirlərini "525-ci qəzet"in oxucularına təqdim
edirik.
Ötkür
RƏHMƏT
Tərəqqi dəryası
Azadsan,
abadsan, hər bir guşəndə,
Sonsuz tərafət var, hədsiz lətafət.
Yaşamaq
gözəldi belə gülşəndə,
Ruhun salamatdır, cismin salamat.
Əslində
bəxt quşu qonan qalalar,
Səbalar oylağı olar küçələr.
Hər
bir məhəlləni süslər cilalar,
Bəxtdən, səadətdən müjdələr
saçar.
Övladlar,
bacılar, qardaşlar gülər,
Yuxarı başdadır ata və ana.
Sanki
xeyir-dua göylərdən gələr,
Həm oğlan toyuna, həm qız toyuna.
Bu bizim Vətəndir
- alınmaz qala,
Dincliyin qol-qanad açdığı vaxtdır.
Xoş xəbərlər
yurdu sarsılmaz qala,
Xoşbəxt ömrümüzə misilsiz taxtdır.
Qırğın
və fitnədən artıq uzaqda,
Onların kökünə balta vurduq biz.
Güclü
inkişafdan nur ala-ala,
Mehrü-məhəbbətə qahmar durduq biz.
Bir
gün dava olsa, qaçar bərəkət,
Sülh ilə dinclikdən qalmaz heç əsər.
Əsla tərk
etməsin bizi sədaqət,
Ya rəbb, bəxtimizə dəyməsin nəzər.
Aləmdə
qoşadır, sevinc ilə qəm,
Hardasa əcəlin hökmünə söz yox.
Günəşsiz
göylərə baxışlarda nəm,
Asayiş həsrətin çəkən insan çox.
Min
şükür, min şükür, bəxtimiz gülür,
Başımız üstündə aydın səmamız.
Bu gün
köksümüzdə sonsuz bir qürur,
Dualar edirik sülhə hamımız.
Yurdum,
camalına qoy dəyməsin göz,
Əziz nənələrtək sən mehribansan.
Sən
hürr asimansan, ulduzların biz,
Tək özün bizlərə bütün cahansan.
Xeyirin
yolları səndən başlanır,
Tərəqqi dəryası kükrəyir yenə.
Səndən
ibrət alır ərzin hər yanı,
Gələcək üzünü tutmaqda sənə.
Keçmiş
xatirəsi əbədi dərsdir,
Davalar tələsi misilsiz dəhşət.
Bu qədər
əzabdan çəkdiyim bəsdir,
Bu gün sənə dinclik əzizdir fəqət.
Ehtiram
Səmərqənd
şəhrində gəzir elə bil,
Göylərin ərşində ulduzlar ilə.
Onun mehri,
axı, qəlblərdə təbil,
O,
axı, yaşayır bizlərlə birgə.
Qayğılar
küləyi dayanmaq bilmir,
Hər şey yarpaq olar onun yolunda.
Amma
könül bəzən nədənsə dolmur,
Hərdən dad deyirik tale əlindən.
Gah hər
şeydən ağır gəlməkdə həsrət,
Kirpiklər yaşlanar, ləblər titrəyər.
Uşaqtək
sevincdən alırıq ləzzət,
Dumantək dağılır qəmgin ləhzələr.
Qədim
günbəzlərdir göyün qardaşı,
Hər
naxış, heykəldir şərəfə, şana.
Buralardan
qalxır Şərqin günəşi,
Sonra da qərq olar o Zərəfşana.
Ruhları
nigaran gedənlər döndü,
Öz yerini tapdı ar-namus vicdan.
Dan
qızaran kimi, zülmətlər söndü,
Açıldı ümidə misli yox imkan.
Köksünü
ötürər Əfrasiyab da,
Xaraba altından gələr sədalar.
Registan
bağında başqa bir nida,
Durmadan səslənər sirli nəvalar.
Bəlkə
Əmir Teymur Bibixanımdan,
Hər axşam muştuluq alar gizlicə.
"Artıqdır
bu yurda sevgim canımdan,
Nədən gülümsəmir bəs tale bizə?!"
Seyrə
çıxmış kimi böyük münəccim,
Ulduzlar qoynunda tapmaqda ənam.
Uzaqlardan
baxar bizə mülayim,
Göstərib nəsillər üçün ehtiram.
Qaynayıb
kükrəyən damarlarda qan,
İstiqlal havası, dostlar havası.
Şeriyyət
ümmanı bağrında tüğyan,
Nəvai babanın odlu nəfəsi.
Boranlar,
tufanlar gizlətdi üzün,
Əfsus, yuyammadı kimsə günahın.
Yenə
qalib gəldi mətanət, dözüm,
Özlüyümü daim qoru, ilahi.
Yanınca
gəzməkdə sanki Səmərqənd -
Mavi göylərində sonsuz məhəbbət.
Onun ruhu
daim qəlblərə peyvənd,
Ondan daim yağar ilham, hərarət.
Həmişə
yanında gəzər Səmərqənd,
Qanında,
canında gəzər Səmərqənd...
lll
Başında
qoz sındırar daim,
Pis gününə intizar gözlər.
Kirpikləri
etdikcə him-cim,
Özü durub yanında gözlər.
Az
qaldı ki, sellərə qoşub,
Dəryalara tapşırsın səni.
Məcralarda
həddini aşıb,
Qıraqlardan daşırsın səni.
Uşaq
kimi dəcəldir bəzən,
Əzəməti bəzən çinar tək.
Zövq
verən bir qılığı hərdən,
Amma bəzən qorxuncdu dar tək.
Soruşmur
heç səndən hal-əhval,
Hətta bircə dəfə düşünmür.
Keçib
gedər salıb qalmaqal,
Dağ-daşla dərəyə bir ömür.
lll
Yerdən
baş qaldırdın, artıq azadsan,
Bu aləm olduqca gözəl, məftunkar.
Artıq
ürəkdəkin söylə hər zaman,
Bağrında güləcək füsunkar bahar.
Sənə
möcüzədir, artıq dörd bir yan,
Sərhədsiz ümmanda üzməkdə gəmin.
Mavilik
qoynuna parlar asiman,
Ondan da sezilmir günəşin qəmi.
Nəsimlər
əsməkdə hər tərəfindən,
Buludlar
köpürüb coşar birəmbir.
İlham
ala-ala yurd şərəfindən,
Balaca qönçələr aşılar sehir.
Astaca gəlməkdə
bulaqlar səsi,
Nazını gizləyib zümzümə edir.
Çölləri
bürümüş bahar nəşəsi,
Tezliklə səninlə bölüşəcək sirr.
Qədim
bir mahalın, tanış əhəngin,
Özüylə gətirmiş günəş batacaq.
Həyatın
min cürə sehirli rəngi,
Səhər
sənə doğru hey can atacaq.
Bir aydan
birinə keçid başlayar,
Qəd-qamətin özün tutar özgə cür.
Hər
fürsət qəribə bir sirr aşlayar,
Təki sən yorulma payıza qədər.
Zərtək
cilvə saçıb varlıq gülümsən,
Üfüq dodağında günəş busəsi.
Qış
keçib, yenidən açar çiçəklər,
Başlanar dünyanın şən zənguləsi.
lll
Vücudunu
azad et,
Saçsın varını.
Əzablar
dözmədən,
Yerə
çırpılsın!
Didib-dağıtmasın,
Namus-arını!
Müqəddəs
dərgahın,
Sözümdür qalası.
Gizlicə
ardından
Göz qoyar kölgə.
Üzünə
tutduğu
Niqabdır, bəlkə?
Xəlvətcə
yoluna,
Asaraq pərdə,
Sonra da
peşman,
Olanlar harda?
Bəxtinə
kəc baxıb,
Qalanlar həsəd.
Aləmin
gen, axı,
Nəyi qısqanar?
Yaxşılıq
bağına,
Nə sərhəd,
nə həd,
Xeyirin
gülüylə
Daim bəzənər.
Silkələyən
kədər,
Parlayan
şimşək,
Gah
güldürər,
Gah əzab verər.
Ürəyinə
yaxın,
Alsan bunları.
Sevinər
hey baxıb,
Alçaq, ya oğru.
Başını
bir qaldır,
Sən də al nəfəs.
Qənimin varlığı.
Əzəldən
məlum,
At qəmi,
qüssəni,
Dəli bir həvəs.
Üfüqlərə
çataq,
Hissəmə dolub.
Başını
bir qaldır,
Sən də
al nəfəs...
lll
Gözəl
libasına toz dəysə əgər,
Zərif yaxalığı sökülsə birdən.
Əl
vuran hansısa bir kimsə əgər,
Sirrini car çəksə, onda neynərsən?
Qarışqa
gəzirmiş kimi qanında,
Xəzanlı ömrümə dilərsən
dözüm.
Bu nabat
bir də üz versə yanında,
Dözə bilərsənmi, ey canım-gözüm.
lll
Baxışından
yağar irtica,
Qəlbdəkinin yoxdu çarəsi.
Mehr gəlib
yetişincə,
Pozulmazmı dostlar arası?
Sakit deyil
aravuranlar,
Nələr olub, keçmiş ortada?
Bu gen
dünya tək başına dar,
Səbrini hey sınayar o da.
Havada var
nə toz, nə qubar,
Nəfəs alar bütün yaranış.
Qışdan
çıxıb gül saçar bahar,
Uzaqdadı artıq qara qış.
Sərgiləyər
öz varlığını,
Sanki indi qalxıb ayağa.
Bəlkə,
budur uğurlu anı,
Dərya kimi birdən coşmağa.
lll
Vurursan
özünü görməməzliyə,
Dünyada varlığım kimə neyləyir.
Görmək istəmirsən məni bəs niyə?
Öz ağzım öz halal tikəsin yeyir.
Yollar
bir-birinə tuş gəlsə əgər,
Qılınctək bir-birin kəsib keçəcək.
Sənə
öz taleyin xoş gəlsə əgər,
Məni də başqa bir qismət seçəcək.
lll
Ümidlərin
işığında hey,
Xəyallara qapılar asta.
Sanki
yaxşı olacaq hər şey,
Sanki davam
edəcək yaz da!
Tumurcuqlar
çaqqala olar,
Toz-tozanaq tamam kəsilib.
Budaqlarda
qalan arılar,
Elə bil ki, göydən asılıb.
Günlər
ötər adəti üzrə,
Dan yerini günəş qucaqlar.
Tənəkdəki
salxımlar içrə,
Üzüm payın dərər uşaqlar.
lll
Göz yaşının
varmı axırı,
Ağıdanmı ibarət aləm?
Dərdlərinin
tükənməz varı,
Nə qədərdi ürəkdəki qəm?
Səma
bağrı bunca sonsuzdu,
Sığammırsan özünə nədən?
Bu
dünya hər kəsə onsuz da,
Sitəmini göstərər hərdən.
Kim
yaşayıb onda arxayın,
Nə çəkməyib bəlalı başlar?
Səni xəyal
edəndə aydın,
Yada düşər o bağrı daşlar.
lll
Dinləyirəm
könül tarın,
Dərdlərimi içimə udub.
Eşidəndə
fəryad zalım,
Yanıram hər şeyi unudub.
Qədəmində
güllər açılar,
Yanağında çiçəyin çırtlar.
Qəribə
hiss qəlbimi çuğlar,
Nə baş verib, görən, ey dildar?
Hər kəsin
öz gedər yolu var,
Vuran qəlbin sahibi ayan.
Dinləmədən
könülü təkrar,
Təlaş içrə çırpınmaqda sən.
Hisslərimdən
doğulsa qəmin,
Ləblərində dadsan göz yaşı.
Damarların
sezən sitəmin,
Dinc buraxmaz səni təlaşı.
Sonra qəlbin
bir bulaq olub,
Axsa geri dönmədən bir an.
Demək,
sənin vücudun qalıb,
Ruhun isə qəfəs sındıran.
lll
Atəşdən
sıçrayan qığılcımlartək,
Uzaqdan diqqəti çəkər zərrələr.
Kiməsə
bu halət duyular zər tək,
Kiminsə qəlbində günəşdən əsər.
Hər
keçən gün salar sənə bir nəzər,
Xatirə oyadıb hər dəm, hər səfər.
Könül
küçəsində yaşıllıq gəzər,
Qəlb titrər, kirpiklər səssiz nəmlənər.
lll
Günlər
axar sallanıb məyus,
Axar sirlər dalğası ilə.
Hər
biriylə gəlib üzbəüz,
Qənaətin düyürsən qəlbə.
Yarpaqlarda
günəş, nəfəsi,
Saniyələr dərsdir əslində.
Qızmar
günəş, qapsın hər kəsi,
Baş yandırar bu yay fəslində.
Halsız-halsız
baxar mövcudat,
Çöhrəsində səbirsiz sükut.
Səs-küylərə
qərq olmuş həyat,
Ömrümüzə
yağdırmaqda od.
lll
Gah
şaddır, gah qəmgindir ruhum,
Öz halım etməkdə bəyan.
Qəmə
batan çağda umudum,
Hansı kamın edəcək ayan.
Qalxa-qalxa
töyşüyər tənim,
Qayğı çoxdur, çəkib aparır.
Sabahadır
inamım mənim,
Niyyətimi üzə çıxarar.
lll
Könül
dünyasında həmişə tufan,
Şadlıq kədər ilə gəzər yanmayan.
On beş gün qaranlıq, ardınca da dan,
Könülü səsləyər ar, qürur, vicdan.
Könül
küçələri saysızdır, amma
Gəzib, axırına çıxmaq çətindir.
Şeirim
özü mənə eyləyər dua,
Bunun özü isə böyük təskindir.
lll
Yalanların
sehri günahkar,
Damarında astaca gəzər.
Harayasa
çatdırıb qubar,
Aydınlığı kölgələr əzər.
Baş
qaldırıb çöhrələrə bax,
Gözlərini gizləmə heç vaxt.
İnsan
kimi həddi itirmə,
El başına ağrı gətirmə.
Vəsmə
gedər, qaş qalar, axı,
Köpük gedər durulduqca su.
Düz
deyiblər babalar baxıb,
Ölümə heç oxşamaz yuxu.
lll
Dan
atdımı,
Artıq
vəssalam,
Gecədən
salamat çıxdı can.
Lakin səni
gördüyüm zaman,
Çırpınardı köksündə
tüğyan.
Sümürsənə
nuru doyunca,
Bir çimsənə onun bağında.
Getmirsənmi
günəş bağına,
Mehrlərin daşar çağında?
Həyat
axı, ayrı cür saymır,
Hər cür namərd, yaxşı-yaman.
Zalım
olsun, məzlumu çağır,
Aman verməz
can dəyirmanı.
Hiylələrin
kökü kəsilir,
Vursalar da zərbələrini.
Sən
xeyirin şərbətin içir,
Qoru könül pərdələrini.
Bir ovucdu,
bir əlçim cəmi,
Göz yumunca şütüyən fürsət.
Aləmə
göz açandan bəri,
Əzablara tuş gəldim fəqət.
Andbazlıq
bir-bir güzəran üçün,
Ola bilməz heç bir vaxt qanad.
Əsəblərin
sınayıb gücün,
Heç kimə tuş gəlməsin fəryad.
Bir bax,
işıq axmaqda hara,
Göz önündə dərdin çarəsi.
Ömür
sanki açıq pəncərə,
Xeyir ilə şərin arası.
Düz
yol seçsən, bəxtin gətirdi,
Sönəcəkdir pisliyin rəngi.
Ayaq altda
titrəyib tir-tir,
Alçaqlığın dayanar cəngi.
lll
Bağın
sanki arı pətəyi,
Səs-küy ilə dolub daşmaqda.
Öz
hökmünə alır hər şeyi,
Satıcıyla alıcı rəyi.
Çəkisini
soruşur biri,
Başqa biri dadına baxar.
Qurtarmamış
payızın sehri,
Biri qışın sobasın yaxar.
Baharla yay
sirri burdadı,
Acılar
mat qoyub hamını.
Alver ilə
dolu dünyada,
Sezdirməkdə həyat tamını.
Piştaxtalar
üstdə min cürə,
Nemətlər var, gözü oxşayar.
Cəlb
edərək min cilvə ilə,
Gəl-gəl deyər təkrar və təkrar.
Gətirməkdə
qabarlı əllər,
Bazara bağ və dağ havasını.
Qiymət
üstdə bəzən bəhs gedər,
Biri razı, biri narazı.
Tülkü
kimi bicdir birisi,
Aldatmağın mahir ustası.
Biri də
mərcin hərisi,
Vicdanının yoxdu sədası.
İnsaf
isə səssiz-səmirsiz,
Tərəziyə qoyar başını.
Ona
artıq söz deməyin siz,
Dəyişməyib çəki daşını.
Hikkə
O, ulduza
çatmaq istədi,
Günəşlə bir idi hikkəsi.
Səmaları
tutmaq istədi,
Heyrətə qərq etdi hər kəsi.
Boya-başa
çatandan sonra,
Eldən ayrı bir ömür sürür.
Baş
qaldırıb hara baxırsa,
Gülünc gəlir sürdüyü ömür.
lll
Oturubdu
sanki intizar,
Birisini gözləyən kimi.
Gözlədikcə
qəlbində qubar,
Yaşar şərəfi özləyən kimi.
Yuva edər hərdən bağını.
Quşlar
onun əyləncəsidi,
Tərk etsə də saçmaz zaman.
Sevdiyi səs
ümid səsidi,
Vaxt sahibi
çəkməz xəcalət,
Belə keçər gündüz-gecəsi.
Soruşmadan
ondan, nəhayət,
Sırasından getdi neçəsi.
lll
Əldən
getmiş fürsət qayıtmaz,
Əfsuslanar ardınca baxış.
Xəzanlara
az qalıbdı, az,
Gülümsəyər dandakı naxış.
Aram bilməz
quşlar nəğməsi,
Göydə bulud ayıqdan-ayıq.
Küləklərsə
qaldırıb tozu,
Çırpar üzə qüssə qarışıq.
Dəstə-dəstə
güllərə sahib,
Çəmənliyin ləzzəti başqa.
Gündüz
gələr gecəyə qalib,
Sonra keçər yuxarı başa.
Havalanar
uçan saçaqlar,
Bağ-bağçalar təbəssüm saçar.
Hey
boşalıb, dolar qucaqlar,
Biri qəmgin, biri ümidvar.
lll
Uçaq
yerə qondu, təhlükə ötdü,
Artıq nigaranlıq arada qaldı.
Qəfildən
canına düşən üşütmə,
Dumantək dağılıb birdən yox oldu.
Baxışım
qalmışdı mat və məəttəl,
Bir xeyli pərişan idi əhvalım.
Sözlərim
dilimə gəlməyən məhəl,
Yerində deyildi huşum, xəyalım.
Tələsik ayağa qalxdı hamı şad,
Kimi səs salaraq, kimi səmirsiz.
Cürətim
elə bil qırılmış, qanad,
Könlümsə çəkirdi xəcalət, əfsus.
Hardansa
yadıma düşür izlərim,
Yaxamı tuturam təlaş içində.
Qəfildən
həsrətə dönər gözlərim,
Elə bil batmaqda günəş içimdə.
Hələ
də özünə gələmmir tənim,
Bir ağrı qurşayır düz kürəyimi.
Yada
düşür yenə doğma Vətənim,
Orda
qoymuşammış mən ürəyimi!
Özbək dilindən tərcümə
edən:
Dayandur Sevgin
525-ci qəzet.-2018.- 27 iyul.- S.7.