Mədəniyyət sahəsinə media münasibəti

 

NAZİR ƏBÜLFƏS QARAYEV MƏDƏNİYYƏT SAHƏSİNƏ YAXINDAN BƏLƏD OLAN JURNALİSTLƏRİN ÖZ YAZILARI VƏ ARAŞDIRMALARI İLƏ BU YÖNDƏ İNKİŞAFA CİDDİ TÖHFƏLƏR VERƏ BİLƏCƏKLƏRİNİ VURĞULADI

 

İyulun 25-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşən "Azərbaycan kinosu 120: tarixi, bu günü gələcək inkişaf perspektivləri" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Qaliblər sırasında olmaq ayrıca qürur fəxr idisə, bu qüruru artıran digər önəmli məsələ Mədəniyyət naziri Əbülfəs Qarayevin digər ziyalılarımızın həmin mərasimdə şəxsən iştirakı, biz jurnalistlərə qarşı diqqəti idi.

Mərasim təkcə mükafatlandırma deyil, həm Mədəniyyət naziri ilə görüş, diskussiya təsiri bağışladı. Yəni məsələ təkcə kino ilə yekunlaşmadı. Çoxdandır, demək olar, hamımızı maraqlandıran, mədəniyyətimizin, incəsənətimizin müxtəlif sahələrinə aid bir sıra suallarımıza şəxsən nazirin özündən cavab aldıq. Əslində, Mədəniyyət nazirini fərqləndirən xüsusiyyətlərdən biri məhz budur. O, hər zaman mediaya, ictimaiyyətə açıqdır, jurnalistlərlə dostluq münasibətlərindədir. Mətbuat hər zaman onu maraqlandıran suallara Əbülfəs müəllimin özündən, ya da müavinlərindən çox rahatlıqla cavab ala bilir.

Əbülfəs müəllim Azərbaycan incəsənətini, mədəniyyətini işindən, vəzifəsindən əlavə bir vətəndaş kimi çox sevdiyini dəfələrlə sübut edib. Onun bu qədər gərgin qrafikinə baxmayaraq, bir çox mədəniyyət incəsənət xadimlərimizin yubileylərinə, ayrı-ayrı müsabiqələrin mükafatlandırma mərasimlərinə bu kimi digər tədbirlərə şəxsən qatılması da məhz bu sevginin təzahürüdür. Elə buna görədir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları da nazirin yaratdığı bu dostluq münasibətlərini ən yaxşı şəkildə davam etdirirlər.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan nazir ölkəmizdə milli mətbuatın 143 illiyinin geniş tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb. "Ölkəmizdə mədəniyyətin, təhsilin inkişafında mətbuatın, televiziyanın mühüm rolu var. Azərbaycan mətbuatı xalqın maarifləndirilməsi, mədəni tərəqqisi ilə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına da böyük töhfələr verib. Bu gün mənəvi dəyərlərimiz, milli irsimiz medianın diqqət mərkəzindədir. Eyni zamanda, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmə çatdırılmasında medianın əvəzsiz yeri var. Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin son illərdə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ təşviq etməlidir. Həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik".

Mətbuatımızın bugünkü inkişaf tempinə, fəaliyyət prinsiplərinə toxunan Ə.Qarayev bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Mətbuatımızın inkişafında xidmətləri olan insanların yubileyləri keçirilir, kitabları nəşr olunur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir.

Ə.Qarayev Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında prezidentin imzaladığı sərəncamı xatırladaraq dedi ki, yubiley çərçivəsində müxtəlif tədbirlər keçirilir, Milli Kino Günü geniş tədbirlərlə qeyd olunacaq.

O, "Azərbaycan kinosu 120: tarixi, bu günü gələcək inkişaf perspektivləri" mövzusunda yazı müsabiqəsinin keçirilməsinin məhz bu əlamətdar hadisəyə həsr olunduğunu vurğuladı. Nazir kino sahəsində görülən işlərlə bağlı jurnalistlərə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Bu yerdə bir məqamı da xüsusi qeyd etməyə ehtiyac var ki, Mədəniyyət naziri toxunduğu mövzulara həmişə obyektiv, ədalətli münasibəti ilə seçilib. O, daima inkişafdan danışanda paralel olaraq çatışmazlıqlardan bəhs edib, ictimaiyyətdən heç nəyi gizlətməməyə çalışıb. Nazir bu mərasimdə ənənəsinə sadiq qalaraq, kino sahəsindəki "axsamalara" da toxundu. Kinonun sürətlə inkişafını nəzərə çatdıran nazir bu inkişafın kifayət etmədiyini, hələ bir çox sahələrdə geri qaldığımızı bildirdi. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" imzaladığı "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" xatırladan nazir bu proqram çərçivəsində nəzərdə tutulan işlərin hamısının deyil, böyük bir hissəsinin yerinə yetirildiyini bildirdi. Qısa zaman ərzində Azərbaycanın kino çəkiliş məkanına çevrilməsinin nəzərdə tutulduğunu deyən Ə.Qarayev bu işin yaxın gələcəkdə tam təmin olunacağına inandığını dedi.

Dediyimiz kimi, mərasim həm nazirlə görüş təsiri bağışlayırdı. Bu şəraiti Əbülfəs müəllimin özü yaratmışdı. Jurnalistlərə müraciət edən nazir onları maraqlandıran suallara cavab verməyə hər zaman hazır olduğunu söylədi.

Tədbirdə hər kəsi maraqlandıran məsələlərdən birinə - tənqid sahəsinə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid toxundu. Mədəniyyət müxbirliyinin ağır məsuliyyətli sahə olduğunu bildirən baş redaktor bu sahədə savadlı, dünyagörüşlü, hər mənada hazırlıqlı gənclərin ixtisaslaşdırılmasının önəmini vurğuladı: "Hazırda biz teatr, kino tənqidçilərinin azlığından gileylənirik. Çünki bu sahə xüsusi istedad bilik tələb edir".

R.Məcidin sözlərinə qüvvət olaraq, Əbülfəs müəllim bizdə "tənqid" sözünün mənfi mənada qəbul olunduğunu dedi: "Təəssüf ki, bizdə tənqid deyəndə ancaq mənfi mənada qəbul olunur. Amma tənqid geniş anlayışdır. Bütün sahələrdə tənqid inkişafa xidmət etməlidir. Tənqid edən , olunan da çox vaxt bunu şəxsiləşdirir. Ancaq tənqid şəxsi münasibətlərə təsir göstərməməlidir. Məsələn, bir rejissor hansısa tamaşa hazırlayır, ya da kino çəkirsə, onun müsbət tərəfləri ilə yanaşı, çatışmazlıqları da deyilməlidir ki, növbəti işində o, belə çatışmazlıqlara yol verməsin. Bu sözlər ədəbiyyatımıza, yeni yaranan kitablara da aiddir. Bu mənada əsas jurnalistlərimizin, xüsusən mədəniyyət müxbirlərinin üzərinə düşür".

"Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az teleqraf.com saytlarının rəhbəri Aynur Camal Nazirliyin tərkibindəki struktur dəyişikliyi hazırkı fəaliyyəti ilə maraqlandı. Onun sualına cavab olaraq, Ə.Qarayev nazirliyin daxilində aparılan struktur islahatları haqqında media nümayəndələrinə məlumat verdi. Bildirdi ki, həyata keçirilən islahatlardan sonra Bakıda, eyni zamanda, regionlarda mədəniyyətin, mədəni xidmətlərin daha da inkişafı diqqətdə saxlanılacaq. Yerlərdə mədəniyyət müəssisələrinin müasir formatda fəaliyyəti istiqamətində işlər daha da intensivləşdiriləcək. Bu sahənin inkişafında kütləvi informasiya vasitələri yaxından iştirak etməlidir. Onlar öz yazıları, araşdırmaları ilə bu işə töhfələrini verə bilərlər.

Ə.Qarayev Mədəniyyət Nazirliyi tərkibində yeni şöbələrin yaradıldığını, şöbələrə təcrübəli mütəxəssislərin cəlb olunduğunu dedi. Misal olaraq, nazir Hüquq, Xalq yaradıcılığı Mədəni marşrutların inkişafı kimi şöbələrin adlarını çəkdi. Ə.Qarayev nazir müavinlərinin dəyişməsi ilə bağlı da açıqlama verdi. Dedi ki, kadr dəyişikliyi hər zaman lazımdır. Bu, inkişafa xidmət edir. Hər gələn yeni kadr özüylə bərabər yeni işlər, fikirlər gətirir. Vəzifədən gedən kadrlar isə başqa bir işdə, başqa sahədə öz təcrübələri ilə faydalı olmaqda davam edirlər.

"Olaylar" qəzetinin baş redaktoru, yazıçı, publisist Yunus Oğuz kitab satışı işindən, xalqın teatra, ədəbiyyata, kinoya marağının olmamasından gileyləndi, nazirliyin bu istiqamətdə gördüyü işlərlə gələcək planları ilə maraqlandı.

Əbülfəs Qarayev xalqın, xüsusən gənclərin ədəbiyyata marağının azalmasını, kitab tirajlarının azlığını təəssüflə qeyd etdi. O, dövlətin bu istiqamətdə kifayət qədər işlər gördüyünü, kitaba, ədəbiyyata marağın artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirdiyini vurğuladı: "Dövlətimiz ildə bir neçə dəfə böyük kitab sərgiləri təşkil edir, yarmarkalar həyata keçirir, ayrı-ayrı yazarlarımızın imza günlərini, kitab təqdimatlarını gerçəkləşdirir. Hər kəs o sərgilərdən, yarmarkalardan istədiyi kitabları münasib qiymətlərlə əldə edə bilər. Bu sahədə özəl sektorların da əməyini qeyd etmək lazımdır. Hazırda bir sıra özəl nəşriyyatlar, kitab evləri fəaliyyət göstərirlər. Biz onların da işinə dəstək veririk. Çalışırıq ki, kitabı xalqa daha da yaxınlaşdıraq. Müşahidələrə əsasən deyə bilərəm ki, bir müddət öncəyə nisbətən indi vəziyyət qənaətbəxşdir. İnanıram ki, bu tədbirlər də nəticəsini verəcək.

O ki qaldı insanların teatrlarda uzaq düşməyinə, fikrimizcə, bu sahədə də təbliğat işini gücləndirməliyik. Teatrlarımızda kifayət qədər peşəkar insanlar çalışır, çox maraqlı əsərlər səhnələşdirilir. Məsələn, Akademik Milli Dram teatrında Azərpaşa Nemətovun rəhbərliyi ilə qısa müddət ərzində çox maraqlı əsərlər oynanıldı. Həmçinin, Azərpaşa müəllim gəncləri də teatrlara cəlb edir. Onların gəlişi ilə teatrın fəaliyyətində dəyişikliklər, müasirləşmə müşahidə olunur. Jurnalistlərin, medianın dəstəyi məhz bu msələlərdə bizə daha çox lazımdır. Onlar bunları çəkməli, göstərməli, yazmalıdırlar".

Hiss olunurdu ki, bu söhbətlər hamıda böyük maraq doğrurub. Hər kəs öz fikrini bildirməyə, hansısa təkliflər verməyə hazır idi. Ancaq təəssüf ki, vaxt azlığı yenə də öz sözünü dedi.

Sonda nazir mətbuatın mədəniyyət sahəsinə göstərdiyi diqqətə görə tədbirin iştirakçısı olan bütün jurnalistlərə təşəkkürünü bildirdi, bir daha onları peşə bayramı münasibətilə təbrik etdi.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 27 iyul.- S.5.