“Jara-2018”
festivalı davam edir
Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov
mətbuat konfransında
builki “Jara” festivalının hazırlıq
işlərinə təxminən
bir il
vaxt sərf olunduğunu deyib.
Bildirib ki, bu il festivalda 75 ifaçı çıxış
edəcək, 1200-dən çox
musiqiçi gəlib.
Artıq
“Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları
rol alıb. Diqqətə çatdırıb ki, filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak
edir. Həmçinin, hər bir
artist üçün “Jara”
albomunun hazırlanması
nəzərdə tutulur.
“Jara-2018”
festivalının açılışı
münasibətilə təşkil
edilən mətbuat konfransında, həmçinin,
festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikov, dünya
şöhrətli ifaçılar
Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin
suallarını cavablandırıblar.
“Jara” Beynəlxalq
Musiqi Festivalı musiqi aləmində 2018-ci
ilin ən vacib hadisələrindəndir. Dörd gün
ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda
iştirak etmişəm,
“Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı
ilə digərlərindən
seçilir”, - deyə
vurğulayan Filip Kirkorov qonaqpərvərliyə
görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını
bildirib.
İyulun
26-da “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq
Musiqi Festivalının
iştirakçıları qırmızı xalı üzərindən keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri
qonaqları arasında
qırmızı xalıdan
keçib. Aparıcı onu “Jara” festivalının muzası
kimi təqdim edib. Aparıcının festivalın bu
adını daşımağın
çətin olub-olmaması
ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını
bildirib və hamıya gözəl axşam arzulayıb.
Qırmızı xalıdan Qlyuk'oza,
Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov,
Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.
Azərbaycanın üçüncü ildir ev
sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları
ilə tamaşaçıları
heyrətləndirir. Digər tərəfdən
isə festival iştirakçıları
da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə
iştirak etdiklərini
dönə-dönə söyləyirlər.
Festivalın birinci günündə
əvvəlcə Alekseev, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa
və Andrey Qrizli dueti, Natan,
Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları
təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını
bölüşüb, burada
çıxış etməkdən
məmnun qaldıqlarını
bildiriblər.
Festivalın ilk günü tamaşaçılara
xoş anlar yaşadıb. Azərbaycanın
Xalq artisti Emin Ağalarovun “Neveroyatnaya”, “Azərbaycan”
mahnılarını ifa
etməsi, eləcə
də onun Stiven Siqalla birgə “Boogie man” ifası
alqışlarla qarşılanıb.
Alessandro Safina Müslüm
Maqomayevin repertuarından
“Əbədi mavilik” mahnısını ifa edib, eləcə də Mariya Novikova ilə duet oxuyub.
Sonra tanınmış
ifaçılar Tomas Nevergreen,
İn Grid, habelə
MOZGİ qrupunun çıxışları
olub.
Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün “Jara”nın bir parçası olmaq şərəfdir.
Festivalın ilk günündə, həmçinin, MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya, L`One, Maks Barskix, Anna Sedakova, Aleksandr Panoyotov, Sergey Lazarev, Nikolay Baskov, Monatik, habelə A`Studio qrupunun, Qriqori Leps və başqalarının çıxışları olub.
Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovision”dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər.
Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər.
Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.
İlk gün EMİN, Ani Lorak və Keyti Topuriyanın birlikdə “Bakıya qaçaq” mahnısının ifası və atəşfəşanlıqla bitib.
Festivalın ikinci günündə - iyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçirilib. Habelə EMİN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk'oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış ediblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.- 28 iyul.- S.13.