Mədəniyyət tədbirini siyasiləşdirənlər hansı məqsədə xidmət edir?

 

Bakıda növbətiJarabeynəlxalq musiqi festivalı başlayıb.

Paytaxtımızda artıq üçüncü dəfədir keçirilən bu festival ölkəmizin dünyada tanınması, onun gözəl adət-ənənələrinin, tolerantlığının dünyada təbliğ edilməsində çox mühüm bir vasitəyə çevrilir. Hər il festivala qoşulan sənətçilərin sayı artmaqda, auditoriyası genişlənməkdədir. Bu da onu göstərir ki, “Jaraartıq beynəlxalq musiqi festivalları arasında öz yerini tutmaqdadır. Festivala böyük maraq özünü açılış mərasimində büruzə verdi.

Festivalın birinci günündə əvvəlcə Alekseev, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər. Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq artisti Emin AğalarovunNeveroyatnaya”, “Azərbaycanmahnılarını ifa etməsi, eləcə onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.

Alessandro Safinanın Müslüm Maqomayevin repertuarındanƏbədi mavilikmahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub. Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.

Festival çərçivəsində səslənən fikirlərdən biri Jara”nın miqyasına görəEurovision”dan heç geri qalmadığı barədə olub. Məlumat üçün bildirək ki, “Jara”nın təşkilatçıları müğənni bəstəkar, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun Qızıl qrammofonmükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bu günJara”nın Avropanın əsas musiqi yarışması olanEurovision”dan heç geri qalmadığı barədə fikirlərin səsləndiyi bir halda, təəssüf ki, bu musiqi festivalına kölgə salmağa, siyasi çalarlar axtarmağa çalışanlar var. Azərbaycanın uğurlarını, onun beynəlxalq tədbirlərə ev sahibliyi etməsini gözü götürməyənlər festivaldan neçə gün əvvəldən qaralama kampaniyasına başlayıblar bu kampaniya bu gün davam edir. Buna səbəb   rusiyalı müğənni Zaranın festivalın qonaqları sırasında olmasıdır. Bəziləri müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Zara ilə bağlı geniş kampaniya təşkil edib, hazırda da davam etdirlər. Əsas iddia kimi guya onun milliyyətcə erməni olması buna görə Azərbaycana gəlməsi festivalda çıxışının yolverilməz olduğu irəli sürülüb. Bu fikrin əksini söyləyənləri isə təhqir etməkdən, söyməkdən, hətta erməni adlandırmaqdan çəkinmirlər. Festivalın təşkilat komitəsi yaydığı açıqlamada Zaranın erməni deyil, yezidi kürdü olduğunu bəyan etsə , yenə həmin qüvvələr öz dediyini davam etdirir, sanki bu məqamdan da istifadə edib Azərbaycana zərbə vurmaq istəyirlər.  Ölkəmiz bütün dünyada müxtəlif xalqların sülh qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini milli azadlıqların təmin edildiyi dövlət imicinə malikdir. Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Bizim ölkəmizdə heç vaxt dini, milli, etnik zəmində qarşıdurma, ayrımçılıq olmayıb. Belə olduğu halda həmin qüvvələr yalançı vətənpərvərlik nümayiş etdirməklə nəyə nail olmaq istəyirlər? Belə çıxır ki, digərləri öz vətənini, xalqını sevmir?

Başqa tərəfdən, Azərbaycan dəfələrlə bütün beynəlxalq ölkəmizdə keçirilən tədbirlərdə bəyan edib ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik.

Zara Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır milliyyətcə yezidi kürddür. Hər hansı bir şəxsin, o cümlədən Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır. Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır.

Yeni Azərbaycanqəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, “Jarahər şeydən öncə beynəlxalq musiqi festivalıdır bunu elə mühüm incəsənət hadisəsi kimi qəbul etmək lazımdır. Ona siyasi don geyindirmək, siyasi eynəklə baxmaq düzgün deyil: “Məsələyə bu kontekstdən yanaşa bilsək, görəcəyik ki, orada kiminsə iştirak edib-etməməsi ən sonuncu məsələlərdən biridir. Çünki söhbət musiqidən, incəsənətdən gedir bu musiqi hadisəsi nəticə etibarilə həm Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin təbliğ olunmasına xidmət edir. Ona görə bu məsələ ətrafında sosial şəbəkələrdə bəzi media qurumlarında yaradılmağa çalışılan süni ajiotaj yersizdir. Nəzərə almalıyıq ki, bizim torpaqlarımızı işğal edən Ermənistandır biz bu işğalçı ölkəyə görə hamı ilə düşmən ola bilmərik. Tam əksinə, problemin həlli üçün bizə dostlar lazımdır biz onları qazanmalıyıq. Əgər bu gün Rusiya vətəndaşı olan, kürd mənşəli bir rus müğənni Azərbaycan mədəniyyətinə, musiqisinə, dünyada multikulturalizmin paytaxtı kimi qəbul edilən Bakımıza rəğbətini bildirirsə, buraya gəlmək istəyirsə, doğma dilimizdə musiqi səsləndirmək istəyirsə, məncə, bunu normal qəbul etmək lazımdır. Necə ola bilər ki, Avropa Oyunlarına, İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edən, bütöv bir iliMultikulturalizm ilielan edən, “İslam Həmrəyliyi ilielan edən bunu əslində, dinlərarası dialoqa çevirməyi bacaran bir ölkə onun mədəniyyətini incəsənətini daha yaxından tanımağa çalışan bir incəsənət xadiminə ev sahibliyi edə bilməsin. Axı Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır, əməkdaşlıq tərəfdaşlıq məkanı kimi tanınır. Ona görə belə məsələlərə bir qədər soyuqqanlı, təmkinli yanaşmaq daha obyektiv realist düşünməyimizə gətirib çıxara bilər” - deyə, millət vəkili bildirib. Deputatın sözlərinə görə, təəssüf ki, bəzi hallrda realist mövqedən çıxış edən şəxslər qurumlar öz mövqelərinə görə hücuma məruz qalırlar: “Elə sosial şəbəkələrdə Xəzər TV-nin bir qrup sosial şəbəkə iştirakçısı tərəfindən şantaja məruz qalması da bu hadisələrdən biridir. Çünki bu televiziya məsələ ətrafında yaradılan süni ajiotajı doğru məcraya yönləndirməyə çalışan informasiya qurumlarından biridir. ArtıqJarabeynəlxalq musiqi festivalı başlayıb həmişə olduğu kimi, bu dəfə paytaxt sakinləri tərəfindən olduqca maraqla coşquyla qarşılanıb. İnanırıq ki, bu musiqi festivalı Azərbaycan musiqi incəsənətinin, Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verən mühüm tədbirlərdən biri kimi yadda qalacaq”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, sosial şəbəkələrdə məsələlərin yanlış formada təqdim edilməsi halı ilk dəfə deyil. Onun sözlərinə görə, mahiyyəti araşdırılmadan, səbəbi-nəticəsi öyrənilmədən hadisələrin yalnız subyektiv mülahizələrlə dəyərləndirilməsi sosial şəbəkələr üçün xarakterikdir: “Bəzən isə hadisələrin bilərəkdən şişirdilməsi, qərəzli formada konteksdən çıxarılması halları olur ki, bunu da ölkəmizə qarşı düşmən mövqe tutanlar edirlər. Bu baxımdan Bakıda keçirilən və Azərbaycanın təbliğinə yönələn bu festivalın ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəllidir. Kimlərsə məsələ ətrafında elə rəy yaradırlar ki, konsertin keçirilməsindən ölkəmizin əldə edəcəyi dividentlər heçə endirilir. Əlbəttə, belə hallar zaman-zaman olub və ictimaiyyət bunun fərqindədir. Ümid edirik ki, bizim ənənəvi KİV-lər düzgün məlumat yaymaqla bu qərəzli kampaniyanı da zərərsizləşdirə biləcəklər. Biz bənzər hadisənin 2012-ci ildə də şahidi olduq. Həmin vaxt Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirilirdi. Onda düşmən qüvvələr Bakıda bir ölü it tapıb, onun ətrafında elə kampaniya qurdular ki, az qala mahnı müsabiqəsini siyasi bir kampaniyaya çevirdilər. Məqsədləri bəlli idi: Azərbaycan adına hansı yolla olursa olsun, ləkə yaxmaq, onun sevincinə kədər qatmaq, ölkəmizi gözdən salmaq. Mən 2012-ci il kampaniyasını ona görə xatırlatdım ki, həmin hadisələr və ölkəmizə qarşı aparılan kampaniyalar bitməyib, bu gündavam edir. İstənilən hadisəni Azərbaycanın əleyhinə yönəldirlər. İndikampaniya aparanlar həmən qüvvələrdirlər. Fikrimcə, xalqımız həqiqətin nə yerdə olduğunu bilir”.

 

AZAD

525-ci qəzet.-2018.- 28 iyul.- S.8.