Fərhad Mirzəyevin 60 yaşına

 

Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya - inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı.

Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli inkişaf etdirir elmin inkişafı artıq öz yerini innovasiya ilə təsdiqləyir.  Bu cür multidisçiplinar tədqiqatçılardan biri indi 60 illik yubileyini qeyd etdiyimiz Fərhad Mirzəyevdir. Fərhad müəllimin 60 illik yubileyi haqqında düşünərkən  birinci kursda onunla tanışlığım yadıma düşdü onun həyat yolu haqqında yazını hazırlamaq missiyasını boynuma götürdüm. Mən Fərhad müəllimi 1975-ci ildən tanıyıram etibarlı bir dost, təvazökar bir insan kimi ondan bu günkü gəncliyin çox şey öyrənməli olduğunu düşünürəm. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin, gözəl insanın həyatına səyahət edərək onun ömür səhifələrini vərəqləyək.

Mirzəyev Fərhad Əlif oğlu 1958-ci il may ayının 29-da Yardımlı şəhərində anadan olub. 1965-1975-ci illərdə Yardımlı şəhər 1 saylı orta məktəbdə oxuyub. 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Oxuduğu illərdə fakültənin ictimai işlərində fəal iştirak edib.

O, təyinatla Azərbaycan Milli Aerokosmik  Agentliyinə göndərilib, orada əmək fəaliyyətinə mühəndis kimi başlayıb. 1980-2009-cu illərdə Azərbaycan Milli Aeorokosmik Agentliyində kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib. 1987-1991-ci illərdə Sankt-Peterburq şəhərində Aqrofizika İnstitutunda uzunmüddətli ezamiyyətdə olub, aspiranturanı bitirib. 2009-cu ildən BDU-da çalışır. 2015-ci ildən İqtisadi Kibernetika kafedrasının müdiri seçilib. Ekologiyanın əsasları, strateji planlaşdırma, aqrar sahənin iqtisadiyyatı, iqtisadiyyatda qərar qəbul etməyə sistemli yanaşma, iqtisadi-ekoloji inkişafın modelləşdirilməsi, ehtiyatların idarə olunması dərslərini tədris edir. 70-dən artıq elmi əsərin, 2 dərs vəsaitinin, çoxlu sayda metodik göstərişin, fənn proqramı    elmi-kütləvi kitabların müəllifidir. O, tez-tez müxtəlif ölkələrdə elmi konfranslarda çıxış edir. Türkiyənin Cümhuriyyət Universitetində (Sivas şəhəri), Süleyman Dəmirəl Universitetində (Sparta şəhəri), Trakiya Universitetində (Ədirnə şəhəri) ənənəvi keçirilən Ekonometrika, Əməliyyatlar Tədqiqi Statistika konfransında, Türkiyənin TOBB EKONOMİKA VƏ TEXNOLOGİYA (Ankara şəhəri) 5-ci Beynəlxalq Fuzzy Sistemlər Simpoziumunda, İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq Fənlərarası Avrasiya Konqresində, Kabardin-Balkar Dövlət Universitetində (Nalçik şəhəri) keçirilən Tətbiqi riyaziyyatın fizikanın aktual problemləri konfransında məruzələrlə çıxışlar edib. 2017-ci il iyul ayının 12-14-də Azərbaycan Texniki Universitetində keçirilən Beynəlxalq Fənlərarası, Təhsil, Elm, Mühəndislik Texnologiya konfransına sədrlik edib. Bir neçə beynəlxalq  konfransın elm komitələrinin üzvüdür. "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi məhsuldar aparır.

Fərhad Mirzəyev bu gün BDU-nun ictimai həyatında fəal rol oynayır. O, ezamiyyətdə olduğu bütün ölkələrdə Azərbaycan elmini xalqını layiqincə təmsil edib, elmi ictimaiyyətin rəğbətini qazanıb, əldə etdiyi elmi nəticələrin praktik tətbiqində yüksək effektivliyə nail olaraq həm humanist bir missiyanı uğurla həyata keçirib. Təsadüfi deyildir ki, Fərhad Mirzəyev iştirak etdiyi konfransların təşkilatçıları tərəfindən növbəti illər üçün dəvətlər alıb.

Fərhad Mirzəyev sadə bir insan, gözəl ailə başçısı, təvazökar alim müəllim kimi elm aləmində, təhsilimizdə  xüsusi rəğbət qazanıb. Onu 60 illik yubileyi münasibətilə təbrik edir elmdə, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Məhəmmədəli RAMAZANOV

BDU-nun Fizika fakültəsinin dekanı,

professor

 

525-ci qəzet.- 2018.- 5 iyun.- S.8.