"Ədəbi
proses-2017" mövzulu
Yaradıcılıq müşavirəsi oldu
Dünən
Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda "Ədəbi
proses-2017" mövzusunda Yaradıcılıq
müşavirəsi keçirilib.
Müşavirəni
giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbi
prosesin ümumi mənzərəsindən danışıb,
2013-cü ildən bəri
ənənəvi şəkildə
keçirilən bu müşavarilərin ədəbi
əhəmiyyətini vurğulayıb:
"Ədəbi proses
dedikdə, ilk növbədə
müəyyən olunmuş
ilin və ya illərin ədəbi mənzərəsi
təsəvvür olunur.
Ona görə də "Ədəbi proses" yaradıcılıq
müşavirələri "İlin ədəbi mənzərəsi" adlı
ümumiləşdirilmiş elmi məruzələrlə
başlanır.
Ədəbi
proses - hərəkətdə
olan yaradıcılıq
prosesi deməkdir. Bu mənada "Ədəbi
proses-2013", sonrakı "Ədəbi proses-2014"ün start nöqtəsidir. Yaxud "Ədəbi
proses-2016" özündən əvvəlki "Ədəbi
proses-2015"in davamıdır. Ədəbi prosesin illəri və gedişatı arasında daxili bir bağlılıq mövcuddur. Ədəbi
proses ədəbiyyatdakı
yaradıcılıq təkamülü
proseslərinin gedişatının
mühitdəki əks-sədasıdır.
XXI əsrin "Ədəbi
proses" yaradıcılıq
müşavirələrində ədəbi növlər üzrə təhlilləri
daha da dərinləşdirmək
üçün janrlar
əsasında təhlillər
keçidə start verilmişdir.
Bu, tədrici proses olub, illər üzrə daha da genişlənərək
Azərbaycan ədəbiyyatının
demək olar ki, bütün aparıcı janrlarını
əhatə etmişdir".
Akademik
qeyd edib ki, "Ədəbi proses" materialları
2013-2018-ci illər Azərbaycan
ədəbiyyatının sadəcə
salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının janrları
üzrə canlı mənzərəsini göstərən,
inkişaf dialektikasının
qanunauyğunluqlarını açan bir hərəkatdır. Onun sözlərinə görə, bu il keçirilən "Ədəbi proses" yaradıcılıq müşavirəsi
həm də böyük elmi hərəkatın müstəqillik
dövründəki 5 illik
yubiley hesabatı kimi də mühüm
əhəmiyyətə malikdir.
"Ədəbi proses" hərəkatının
bu günki inkişaf səviyyəsindən
onun sonrakı gələcək üfüqləri
də aydın şəkildə görünür.
Azərbaycan
Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid çıxışında XX əsrin
son onillilklərində keçirilən
ədəbi müşavirələri
xatırladıb, 2013-cü ildən start götürən
Ədəbi proses müşavirələrini onların
layiqli davamı adlandırıb. Onun irəli sürdüyü
mühüm təklif
tədbir iştirakçılarının
böyük marağına
səbəb olub:
"Ədəbi proses
hərəkatı ifadəsi
çox uğurlu tapıntıdır. Ədəbiyyatımıza münasibət baxımından
bu məruzələrin
çox böyük əhəmiyyəti var. Akademiyanın
ədəbiyyat adamlarına,
ziyalılara, eləcə
də çağdaş
ədəbi prosesə
bu cür diqqəti təqdirəlayiq
haldır. 2013-cü ildən sonra biz də yeni hərəkatın
iştirakçılarına çevrildik. İndi elə
bir zamandır ki, çap olunmaq problem deyil, hər kəs çap oluna bilir. Fikrimcə, əsas məsələ
bu qədər çap olunan əsərlər içərisində
ən dəyərlilərini
tapmaq, digərlərindən
fərqləndirməkdir. Bu mənada düşünürəm
ki, məruzəçilər
öz sahələri üzrə ən dəyərli, ədəbi
prosesə yön verən əsərləri
fərqləndirib onlar
haqqında ayrıca məruzə və ya məqalə kimi çap etdirə bilərlər.
Bunun özü də ədəbi prosesə müsbət təkan olar".
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxışında
deyib ki, ilin ədəbi prosesinə doğru qiymət vermək üçün öncə
bizim ədəbi tənqid təfəkkürümüz
formalaşmalıdır. O bildirib
ki, "Ədəbiyyat
qəzeti" hər il davamlı
olaraq, ilin ədəbi yekunlarına həsr olunmuş ənənəvi müşavirənin
materiallarını dərc
edir: "Amma bu dəfə məruzələri həmişəki
kimi qəzetin ayrı-ayrı saylarında
pərakəndə şəkildə
deyil, bir özəl sayda təqdim etmək qərarına gəldik. Təqdim olunan yazılara nəzər yetirərkən
Belinskinin "1847-ci il
rus ədəbiyyatına
bir nəzər" məqaləsini xatırladım.
Tənqidçi yazırdı:
"1847-ci ildə ədəbiyyatda
əslində, heç
bir yenilik baş vermədi". İlin ədəbi yekunlarının müzakirəsi
ilə Nizami adına Ədəbiyyat
İnstitutu da müəyyən mənada
ilin (və illərin) ədəbi hadisəsinin sorağına
çıxır".
Misirdə
Azərbaycan ədəbiyyatına
böyük rəğbət
olduğunu, Misir universitetlərdə Azərbaycan
dilini öyrənən
tələbələrin sayının
ilbəil artdığını
deyən Misir Mədəniyyət və
Təhsil Əlaqələri
Mərkəzinin rəhbəri,
kitabın tərcüməçisi
Əhməd Sami ərəb
dilində Azərbaycan
ədəbiyyatı tarixi
kitabının çap
olunması təklifi ilə çıxış
edib. O qeyd edib ki, bu
qədər zəngin
mənbəyə və
irsə malik Azərbaycan ədəbiyyatının
başqa ölkələrə
təqdimatı ən
vacib amillərdən biridir.
Filologiya
üzrə elmlər doktoru, professor Şirindil Alışanlı artıq
beş ildir davamlı şəkildə
keçirilən "Ədəbi
proses" müşavirələrinin
ciddi əhəmiyyətindən
danışıb, deyib
ki, yaxşı olardı, seçilmiş
ədəbiyyatşünaslar Azərbaycan ədəbiyyatının
son 25 ilinə hərtərəfli
şəkildə qiymət
versinlər.
Daha
sonra məruzələr
dinlənilib.
Alimlərdən
Elnarə Akimova "İlin ədəbi mənzərəsi", Vaqif
Yusifli şeir, Esmira Fuad poema,
Nərgiz Cabbarlı
roman, Nərmin Cahangirova
hekayə, Fidan Abdurrəhmanova ədəbi
gənclik, Cavanşir
Yusifli ədəbi tənqid, Aygün Bağırlı uşaq ədəbiyyatı: şeir,
Günay Qarayeva uşaq ədəbiyyatı:
nəsr və dramaturgiya, Elçin Mehrəliyev publisistika, Aynurə Mustafayeva dramaturgiya, Lalə Həsənova rusdilli Azərbaycan ədəbiyyatı,
Pərvanə Məmmədli
Cənubi Azərbaycan
ədəbiyyatı, Nizami
Hüseynov bölgələrdə
ədəbi həyat,
Maral Yaqubova ədəbiyyat nəzəriyyəsi,
Xanım Zairova ədəbi əlaqələr:
Azərbaycan və Avropa, Eşqanə Babayeva Ədəbi əlaqələr: Azərbaycan
və Türk dünyası, Mərcan Sofiyeva bədii tərcümə, Vüqar
Əhməd Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının
bədii yaradıcılığı
mövzuları üzrə
məruzələr təqdim
ediblər.
Sonra
müzakirələr aparılıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2018.- 5 iyun.- S.7.