Şair
Fikrət Sadıqın xatirə gecəsi keçirildi
Mayın 31-də Azərbaycan Dövlət Film Fondunda mərhum şair Fikrət Sadıqın xatirə gecəsi olub.
Gecədə tanınmış ədəbiyyat adamları,
ziyalılar, şairin
ailə üzvləri,
poeziyasevərlər və
media nümayəndələri iştirak ediblər.
Tədbirdə Fikrət Sadıqın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
Çıxış üçün söz alan
yazıçı-publisist Kənan
Hacı F.Sadıq yaradıcılığı, poeziyası
haqqında fikirlərini
bölüşərək deyib ki, o, özünəməxsus
ifadə tərzi və şeir duyumu ilə Azərbaycan ədəbiyyatında
özünəməxsus yer
tutan söz ustasıdır.
Şair Aləmzar Sadıqqızı çıxışında
mərhum sənətkarla
bağlı xatirələrini
bölüşüb, onu
yumoru sevən, həssas ruhlu insan adlandırıb.
Şair Mahir Dərviş
də çıxışında
F.Sadığı ehtiramla
yad edib, onun yaradıcılığının
özünəməxsusluğundan söz açıb.
Yazıçı Aqşin Babayevin
F.Sadıqla bağlı
xatirələri də
iştirakçılar üçün
maraqlı olub: “F.Sadıq şeirlərində
kimdirsə, həyatda
da o idi. O, həyatı, düşüncələrini,
reallığı yazırdı.
Mərd insan olmaqla bərabər,
həm də mərd şair idi”.
Gecənin təşkilatçısı, mərhum şairin qızı Aysel Fikrət çıxışında
atasının valideyn,
insan və şair kimi yüksək keyfiyyətlərindən
söz açıb:
“Fikrət Sadıq biz
övladlarına qarşı
hər zaman diqqətli idi. O, dilinə gətirməsə
də, əməllərində,
hərəkətlərində bizə sevgisini göstərərdi. Qardaşım Orxanın yaradıcılığı
haqqında yüksək
fikirdə idi. Hər zaman onu yazıb
yaratmağa ruhlandırar,
tələbkarlıq edərdi.
Amma çox təəssüf
ki, mən heç zaman onun yaradıcılığım
haqqında hansı fikirdə olduğunu öyrənə bilmədim”.
Gecədə Aysel Fikrətin
təşkil etdiyi ənənəvi “Fikrət
Sadıq işığı-II”
mükafatı şair
və nasir Zahid Sarıtorpağa təqdim olunub. Mükafat alması ilə
bağlı sevincini dilə gətirən laureat bu mükafatın
məhz Fikrət Sadıqın adını
daşımasının önəmini
vurğulayıb.
Tədbirin bədii hissəsində sənətçilər
Tural Əhməd, Qasım Nağı, Yaqut Paşazadə Fikrət Sadıqın şeirlərini səsləndirib,
onun sözlərinə
yazılmış mahnıları
ifa ediblər.
Zaur Rəxşanın mərhum şairə ithaf etdiyi qəzəli
iştirakçıların marağına səbəb
olub.
Sonda çıxış
edən şairin oğlu, yazıçı
Orxan Fikrətoğlu atasının xatirəsini
əziz tutaraq gecəyə qatılan, fikir söyləyən hər kəsə öz təşəkkürünü
bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-2 iyun.-S.12.