Finlandiyada "Dədə Qorqud" kamera orkestrinin konserti

 

İyunun 5-də Finlandiyanın İmatra şəhərində keçirilən 15-ci Beynəlxalq Qara Teatr Festivalı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun himayəsində yaradılmış "Dədə Qorqud" kamera orkestrinin konserti olub.

Açılışda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 il öncə müsəlman Şərqində ilk müstəqil demokratik parlamentli respublikanın qurulduğunu, habelə bu respublikanın mədəniyyətin, təhsilin incəsənətin formalaşması istiqamətində böyük töhfələr verdiyini qeyd edib.  Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun bütövlükdə bütün türk dünyası üçün mötəbər bir hadisə olduğunu vurğulayan G. Əfəndiyeva, Cümhuriyyətin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edib.  G. Əfəndiyeva çıxışı zamanı, həmçinin, Festival çərçivəsində İmatra şəhərinin qurulmasının 70-ci ildönümünün qeyd olunduğunu vurğulayaraq, bu münasibətlə tədbirə ev sahibliyi edən İmatra şəhərinin sakinlərini təbrik edib.

Tədbirdə çıxış edən İmatra şəhərinin bələdiyyə başçısı Nina Malm Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Festivala verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, Beynəlxalq Qara Teatr Festivalının mahiyyətindən söz açıb. N.Malm hər il müxtəlif köklərə mənsub xalqların bu festivala qatılmaqla mədəniyyətlərarası dialoqun möhkəmlənməsində vasitəçi olduğunu bildirib.

Festivalın ilk günündə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Beynəlxalq Qara Teatr Assosiasiyasının dəstəyi ilə "Türk dünyasının inciləri" adlı konsert proqramı təşkil olunub.

Konsert proqramında Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun himayəsində yaradılmış, türkdilli ölkələrin, o cümlədən, Antalya Dövlət Opera Balet Teatrının musiqiçilərindən ibarət "Dədə Qorqud" kamera orkestri çıxış edib. Orkestrin bədii rəhbəri dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur. Konsertdə solistlər qismində Azərbaycanın Əməkdar artisti İlham Nəzərli, tarzən Orxan Zeynalov Finlandiyada yaşayan həmyerlimiz, 15 yaşlı Emil Hartikainen çıxış ediblər.

Tədbirdə Azərbaycan Türkiyə bəstəkarlarının əsərləri, xalq mahnıları türkülər ifa olunub tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

2004-cü ildən bəri hər il ənənəvi olaraq keçirilən, Finlandiyanın mühüm beynəlxalq hadisələrindən biri olan Beynəlxalq Qara Teatr Festivalı Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmardan tərəfindən təşkil olunur. Bu festival dünya mədəniyyətlərinin birləşməsi müxtəlif xalqlar arasında dostluq əlaqələrin güclənməsində böyük əhəmiyyətə malikdir.  Beynəlxalq Qara Teatr Festivalı 10 iyun 2018-ci il tarixinədək davam edəcək.

255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib.

 

 

525-ci qəzet.-  2018.- 7 iyun.- S.7.