Ukrayna
yazıçıları Tərcümə Mərkəzində
İyunun 6-da Ukrayna Yazıçılar
Birliyinin sədri
Vladimir Danilenkonun başçılığı
ilə Ukrayna yazıçıları heyəti
Tərcümə Mərkəzində
olub.
Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı
son illər Azərbaycan
– Ukrayna ədəbiyyatları
arasında qurulan sıx əlaqələrdən,
ötən il Ukraynada işıq üzü görmüş
"Müasir Azərbaycan
poeziyası", həmçinin
Azərbaycanda nəşr
edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan
söz açılıb,
bu nəşrlərin
xalqlar arasında dostluq və qardaşlıq tellərinin
möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən
danışılıb.
Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna
yazıçıları Bakının
müstəsna gözəlliyindən,
Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin
köklərindən danışaraq,
mövcud ədəbi
əlaqələrin hər
iki ölkənin ədəbiyyatına misilsiz
töhfələr verdiyini
bildiriblər.
Sonda yazıçılar qədim
Kiyev memarlıq mədəniyyətinə həsr
olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını Mərkəzə
hədiyyə ediblər.
525-ci qəzet.- 2018.- 7 iyun.- S.8.