Poetik düşüncədəki sevdalar
AVDI QOŞQARIN 60
İLLİYİNƏ
Qarşımda "Bu çay bu
yatağa sığmaz"
adlı kitab, Nizami Cəfərov kimi idrak sahibinin
yazdığı ön
sözü və hər misrası poetik məna ilə yüklənmiş
şeirlər, ustad bir nasirin təhkiyəsi,
peşəkar bir səyyahın müşahidələri
üslubunda yazılmış
"Mən gördüyüm
Amerika" səyahətnaməsi.
Beynimdə fikirlər, gözlərim
önündəsə illərlə
tanıdığım, tələbə
yoldaşım, ürək
dostum, bir az sadəlövh, bir az müdrik,
bir az iddialı,
bir az da
Tanrının verdiklərinə
şükranlıq edən
Avdı Qoşqarın
aydın, parıltılı
və qaranlıq görünən portreti.
Bu iki situasiya, bir də məndən
öncə "Ədəbiyyat
qəzeti"ndə gözəl
bir yazı ilə Avdının 60 illiyini təbrik etmiş dostum Mehman Qaraxanoğlunun orijinal mətn basqısı...
Bütün bunlara rəğmən nəsə deməli, dostluq və oxuculuq borcumdan çıxmalı idim. Oxuyacağınız bəlkə də, pərakəndə mətn
təəssüratı buraxacaq
bu yazının baiskarı sevgi və borcdur.
Əslində, "Bu çay bu yatağa
sığmaz" poetik
hökmündə Avdının
haqlı olduğunu çoxdan bilirdim. Onu da bilirdim ki,
o, tələbəlik illərində
gah Şekspir, gah Balzak, gah
da Füzuli olur, yumruğunu auditoriyalardakı sınıq-salxaq
mizlərə möhkəm
vuranda zərbədən
doğan ağrının
gözlərini doldurmasına
rəğmən, nitqindəki
səlisliyi itirmir və "Baxarsınız,
mən dahi olacam, siz də
mənimlə fəxr
edəcəksiniz", - deyirdi.
O vaxt biz düşünürdük
ki, bu çılğınlığı
gətirən "Ulduz"da,
"Ədəbiyyat"da dərc
olunmuş şeirlərin
ab-havasıdır. Ya da, doğrudan, biz gözümüz
önündə böyüyən
dahini görmürük.
İllər illəri qovdu, məişət qayğıları,
zamanın ruhu onu vədinə əməl etməyə imkan verməyəndə
"Məni qoymadınız
şair olmağa",
- deyib, "günahı"
dağ-dərənin üstünə
atmağa çalışdı:
Məni
qoymadınız, a dağ,
a dərə,
A qaynayan bulaq, qoymadın dolam.
Məni
qoymadınız, a qaya,
bitəm,
Məni qoymadınız, a çiçək,
solam.
Məni qoymadınız şair olmağa.
Amma Avdı dahilik baryerini keçə bilməsə də, söz-sənət aləmində
dəst-xətti görünən
şairlərdən biri,
peşəkar televiziya
işçisi, Əməkdar
jurnalist, ən əsası isə gözəl ailə başçısı ola bildi. Avdının böyüklüyü
dost, ailə, yurddaşlar
yanında daha aydın göründü.
Doğrudan da, Avdıda bir "yatağa sığmazlıq", gözdən-könüldən
uzaq dayanıb, qəflətən "mən
də varam" demək gücü var. Onun "yatağa sığmazlığı" ilə sevdyi şair Nəsiminin cahana sığmazlığı
arasında bir ruh körpüsü, obrazlı desək, bir bədii qohumluq var. Klassikləşməyə
iddalı olmasa da, onu özünütəsdiq
yolunda yormayan bir inam, bir
qürur hissi var. Mübaliğəsiz deyirik
ki, onu ədəbi
mühitdə, tanıyanlar
arasında uca saxlayan da bu
iddiasızlıq, təkəbbürsüzlükdür.
Avdının şeirləri mövzu
baxımından göyqurşağından
da rəngarəngdir.
Bu rənglər içində yalquzaqlıq,
dəli bir sevda və təbiətə
ruhani bağlılıq
xüsusi çalarları
ilə seçilir.
Bir ağacın kəsilməsini
ürək ağrısı
ilə qarşılayan
Avdı, elə 60 yaşında da Qazaxdan qopub gəldiyi kimidir... İçi şəfqət, mərhəmət,
sevgi ilə doludur. O, ağacı
ona görə ağlamır ki, kəsilir, ona görə ağalayır
ki, o, öz ruhuyla torpağın dərin qatlarında quruyan rişələri, ağacın bətnindəki
sızıltıları duyur:
Necə
kəsirsiniz, - güclə
dayanır,
güclə dayanmaqdı
dünyadan payı.
Yer altda kökləri, təşnədir-yanır,
Yer üstdə dəhnədən
kəsilib çayı...
Avdı
hamı ilə bir yerdə, izdihamda tənha olmağı bacarır və bu tənhalıq
onun hamını daha dərindən duymaq istəyindən, eyni zamanda, hamını
fərd olaraq xöşbəxt görmək
marağından doğur:
Heç
kim yoxdu
gözümdə,
heç kimsədə
mən yoxam.
Yatıb
durdum - beş-üç
gün,
durub gördüm ki, yoxam.
İllər boyu torpaqdan boylanmaqla Tanrını duyan Avdı təyyarə qanadlarında
buludların üstünə
qalxdıqca, Tanrıya
yaxınlaşdığını hiss edir. Yerdəki bağırtını, hay-harayı həzin bir pıçıltı
əvəzləyir. Sanki Tanrını yaxında olduğu üçün,
haylı-küylü, həm
də şirin Qazax şivəsi ilə narahat etmək istəmir, pıçıltı ilə
danışır:
Yerdəsən, göydəsən, buludlardasan,
Yağan
yağışlarda, tökən
qardasan,
Mənim
nəzərimdə ucalardasan,
ucadan görünür
sırtın, İlahi!
Düşündürücüdür ki, Avdı anası
ilə bağlı şeirlərində də
belə sakit, pıçıltı ilə
danışmağı, ifadəni
boyasız verməyi sevir. Onu qorxudan anasının
sağlığıdır. Bu qorxu da ondan doğur ki, "yatağa sığmazlığın" bir gün ananı
narahat edəcəyinə,
anaya dərd gətirəcəyinə əmindir.
Bu "yatağa sığmazlıq" haqqın
özü olmaq, haqlının yanında olmaqdır. Zəmanəmizdəsə kiminsə haqsız
olduğunu demək baş ağrısı gətirir. Ana bunu qalın-qalın kitabları oxumadan, axın-axın informasiyaları
dinləmədən bilir,
analıq hissi ilə duyur. Avdını
da narahat edən odur ki, ayağına dəyən daş onun dırnağını,
ananınsa bağrını
göynədəcək. Şair düşünür ki, onun "dilini saxlamaması", "tünlükləri
sevməsi", haradasa,
bəla gətirsə,
ananı da bəlalara salacaq. Ona görə də anasının dərdsiz ölümünü
Tanrı qisməti kimi qarşılayır, bir növ, onun
rahat ölümünə
şükranlıq edir:
Anam yaşayırdı gözümdə
çıraq,
sakitcə yanırdı
ömür dağında.
Mənim
bu dünyaya sığışmamağım-
onu göynədirdi
qürub çağında...
Gözündə min illik kədər
varıydı,
Qorxurdum dərd üstə dərd gətirəm mən.
Ayını, gününü pərt
gətirəmmən-
Məni qorxudurdu onun sağlığı.
Göylə əlləşirdim - gözündən iraq,
ruhuyla gözümü
sığallayırdı.
Oxlovu səhəngə salıb,
qurd-quşun,
guya ki, ağzını qıfıllayırdı
balama xətəri dəyməsin deyə...
Məktub
yazdırardı - "başını
qoru",
İsmarıc gələrdi - gəlib
gedəndən
"İçini bilirəm - sakit ol, oğlum,
tünlüyə çox
girmə,
bir azca gendən"
Məni
qorxudurdu onun sağlığı...
Avdı
bəzən şeirlərində
Yunis Əmrəyə,
Mövlanəyə, dədə
Ələsgərə bənzəyir,
zahirən sadəlövh
görünən Avdını
filosof, dünyanın
gəliş-gedişini bilən
Avdı əvəzləyir:
Ayının yüz oyunu var,
Hər sözün - düz ayini var,
Kəndçinin yüz qoyunu var,
Kürəndi - məndən savayı.
Yaxud:
Boz qayaya, daşa yaxın,
adam olmuş daşa baxın,
daş kitabə yığın-yığın
çöküb qalım varağında.
İlk baxışda bu misralarda bir bədbinlik, dünyanın faniliyi duyulsa da, kamil oxucu bunu müəllifin Tanrı ilə səmimi söhbəti kimi qəbul edir. O, Tanrıdan cəza umanda belə, veriləcək cəzanın Tanrı adına layiq olacağını bilir. "Tanrı nə cəzam var, ver özüm çəkim" təmənnasında bir ata, bir vətəndaş, bir oğul narahatçılığı var. Özü durmuşkən başqalarının əzab çəkməsini istəmir.
Onun ürəyindəki döyüntü, narahatlıq, ovudula bilməmək Tanrıdan umduqlarını ala bilməməyindən, Göy Türkdən bu yana başında şimşəklər oynayan yurdun narahat taleyindən doğur. Onun ürəyini narahat edən dünənki savaşda basılan oğuz bəyləri, bugünkü savaşda uduzan azərbaycanlılardır. Onun ürəyini narahat edən "ayağına alabəzək ayaqqabı geyib, özgə ayağına sürünən Vətən"dir, "gözləri on yerdən ovulan" yurddur.
Avdının poetik yanaşmalarındakı daş vaxtında deyilməyən sözü, vaxtında açılmayan sevgini qoruyan arxivdir, məbəddir. Tanrı "Ol!" - deyib üfürsə canlanacaq varlıqdır.
Ayrılıq söz deyil,-
can yonqarıdı,-
Daşıdım aylarla, illərlə "qoşa".
Sən olan ürəyi -
sənə vermədim,
Sən olan ürəyi -
döndərdim daşa.
Avdı qoşqar bu daş adamın diriləcəyinə, bu daş ürəyin döyünəcəyinə inanır. İnanır ki, onun axırına çıxan bu nağıllara bir reallıq işığı düşəcək, həm də inanır ki, gözlədiyi bir əl ona uzanmaqla onu daş adamlıqdan çıxaracaq:
Uzat əllərini bu daş adama,
uzat axırıma çıxdı nağıllar...
Avdını daşürəkli edən,
daş adama çevirən təkcə
kiməsə bağlı
sevgi deyil, onu donduran, damarlardakı
qanı ürəyə
vurmağa qoymayan bir dərd də
var, bu, Vətən dərdi, yurd dərdi, köç dərdidir:
Çapıb şum elədi,
torpağı yağı,
Diz-diz söykəli
dağ-dağa yaxın,
Mənim
ürəyimə çəkilən
dağın -
biri Kəlbəcərdi,
biri Göyçədi.
Avdı Qoşqar poeziyasındakı
SEVDA bütün anlamıyla
mənalı, güclü
və kövrəkdir. Onu həyata
bağılayan da bu SEVDAdır, sevgidir. Ailəyə, sevdiyi qıza,
dostlara, insanlara, Azərbaycana, Türk dünyasına, nəhayət,
ulu Tanrıya olan SEVDA. Oynayan küləklərin sədasında, ana itkisinin boz rəngində,
Vətən torpağının
cadar-cadar olan sinəsində, "Əbləh"lərlə
döyüş anılarında
bu SEVDA həmişə
onunla olacaqdır.
Altmışdan yüzə
gediləcək yolda ona bələdçilik edəcək böyük bir SEVDA!
Adil HƏSƏNOĞLU
525-ci qəzet 2018.- 8 iyun.- S.7.