Görkəmli xanəndə Qulu Əsgərov anılacaq
İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki,
"Unudulmayanlar" layihəsi
çərçivəsində reallaşacaq tədbirdə
Əməkdar artistlər
Zakir Əliyev və Ehtiram Hüseynov, ifaçılar
Mirələm Mirələmov,
Almaxanım Əhmədli,
Rəvan Əlvanoğlu,
Vüsal İsrafilov çıxış edəcəklər.
Musiqiçiləri Xalq artisti Möhlət Müslümovun
rəhbərliyi ilə
Azərbaycan Televiziyası
və Radiosunun Əhməd Bakıxanov adına Xalq
Çalğı Alətləri
Ansamblı müşayiət
edəcək.
Gecənin aparıcıları Xalq artisti Mələkxanım
Əyyubova və Əməkdar incəsənət
xadimi Hafiz Quliyevdir.
Xatırladaq ki, Beynəlxalq
Muğam Mərkəzinin
"Unudulmayanlar" layihəsi
çərçivəsində Qara Qarayevin 100 illiyinə, Xalq artistləri Həqiqət
Rzayevanın və Şövkət Ələkbərovanın
yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilib.
525-ci qəzet 2018.- 8 iyun.- S.7.