Həsənağa Turabov anıldı

 

İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar sənətkarın həyat yaradıcılıq yolunu əks etdirən fotosərgiyə baxıblar. Sonra aktyor haqqında videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri direktoru, Xalq artisti Azərpaşa Nemətov çıxış edərək unudulmaz aktyorun həyat yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev çıxış edərək aktyorun sənət yolundan danışıb. Qeyd edib ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsənağa Turabov fitri istedadı zəhməti sayəsində səhnəyə yeniliklər gətirməklə öz üslubunu yaradıb milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda ekran əsərlərində böyük ustalıqla canlandırdığı müxtəlif xarakterli obrazlar barədə məlumat verən C.Quliyev deyib ki, onun iştirak etdiyi səhnə ekran əsərləri ölkə teatrı tarixinin kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Qeyd edilib ki, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. O, 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu aktyorluq ixtisası üzrə bitirərək, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru bədii rəhbəri vəzifələrində işləyib.

Görkəmli aktyor bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. O, “Qara daşlar”, “Telefonçu qız”, “İstintaq davam edir”, “Sən niyə susursan?”, “Sevilbədii filmlərində epizodlarda çəkilib. Yeddi oğul istərəmfilmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər uğurlu roluBabəkfilmindəki Afşin obrazıdır. AktyorunAxırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir. Qanlı zəmifilminin rejissoru olmuş sənətkar son dəfəAilə gözəldir dünyafilmlərində çəkilib.

Sonra kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə, teatrşünas Aydın Talıbzadə, aktyorun sənət dostları - Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov onunla bağlı xatirələrini bölüşüblər.

Sənətkarın ailəsi adından oğlu Yalçın Turabov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

 

525-ci qəzet.-  2018.- 9 iyun.- S.13.