Musiqili Teatrın 13 yaşlı aktyoru mükafat qazanıb

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin qalibləri sırasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə var.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, azyaşlı aktyor teatr kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədəƏn yaxşı teatr kino aktyorunominasiyasının qalibi olub.

R.Məmmədzadə Musiqili Teatrın səhnəsində Üzeyir Hacibəylinin “O olmasın, bu olsuntamaşasında kütləvi səhnələrdə iştirak edib. Sonra o, “Yatmış gözəl cırtdanlartamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. Bundan başqa, “Baladadaşın toy hamamıtamaşasında Baladadaşın balaca dostu Ağanəcəf rolunu ifa edib. Bu roluna görə R.Məmmədzadə teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimindəMövsümün ən yaxşı uşaq rolunun ifaçısıdiplomu ilə təltif olunub.

Bir çox beynəlxalq tədbirlərdə iştirak edən Rahib Türkiyədə keçirilən 23 aprel - Uşaq Festivalında iştirak edib. O, hazırda Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında teatrda hazırlananBalaca şahzadətamaşasında Balaca Şahzadə obrazı üzərində çalışır.

 

 

525-ci qəzet.-  2018.- 9 iyun.- S.13.