Aygün
Səmədzadənin "İstiqlal"ı və "Azərbaycan"ı
İyunun
9-da tanınmış və sevilən bəstəkar, Xalq
artisti Aygün Səmədzadənin "Yaşıl
Teatr"da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz
illiyinə həsr olunmuş "Azərbaycan" adlı sənət
gecəsi keçirilib.
Sənət
gecəsi bəstəkarın yazdığı gözəl
musiqi-rəqs nömrəsi və Aygün Səmədzadənin
özünün ifasında olan "Biri varmı, biri
yoxmuş" mahnısı ilə başlayıb.
Bəstəkar həmin
mahnını özünün nədən və birinci olaraq
ifa etməsinə açıqlıq gətirirək bildirib
ki, son konsertində həmin mahnı ən axırda ifa edilib və
sevənləri tərəfindən çox bəyənilib:
"Ona görə də bu dəfə konsertimə həmin
mahnı ilə başlamaq qərarı verdim". A. Səmədzadə
çox həyəcanlı olduğunu da bildirib: "Artıq neçənci
dəfədir konsert verirəm, amma çox həyəcanlıyam.
Çünki buranın ab-havası, məsuliyyəti
tamam başqadır". Sonra bəstəkarın
AXC-nin yüz illiyinə ithaf etdiyi "İstiqlal"
marşı gənc və istedadlı müğənnilərin
ifasında səslənib və gurultulu alqışlarla
qarşılanıb.
Bəstəkar
"İstiqlal" marşının tarixçəsinə
toxunub və bildirib ki, o, cəmi bir günün içində
ərsəyə gəlib: "Bilirsiniz ki, bu il
AXC-nin yüz illiyidir. Bu, çox möhtəşəm
bir hadisədir. "İstiqlal"
marşı da məhz bir anın içində, bu ilin
mayın 28-də yarandı. İnanıram
ki, çox bəyəniləcək. Ümumiyyətlə,
Azərbaycanla bağlı yazdığım 3 mahnımdan
ikisi məhz mayın 28-də yaranıb..." A. Səmədzadə
eyni zamanda, gecənin "Azərbaycan"
adlandırılmasına aydınlıq gətirib: "Mən
Azərbaycanımızı təkcə onun təbiətinə,
təbii sərvətlərinə, gözəlliklərinə
görə sevmirəm, bunlar öz yerində, mən Azərbaycanı
Azərbaycan olduğu üçün sevirəm.
Çünki Azərbaycan Vətəndir! Ona
görə də gecəni "Azərbaycan"
adlandırdım. Bu, həm də AXC-nin yüz illiyinə
kiçicik bir
töhfədir".
Bəstəkar, həmçinin,
Cümhuriyyətin yüz illiyinə bir gün qalmış
bır sıra həmkarları ilə birlikdə yüksək fəxri adlara
layiq görülməsinə münasibətini bildirib:
"Cümhuriyyətin yüz illiyinə bir gün
qalmış Azərbaycanın Xalq artisti fəxri adına
layiq görüldüm... Buna görə hər kəsə,
Azərbaycan dövlətinə, ölkə Prezidenti cənab
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
minnətdarlığımı, təşəkkürlərimi
bildirirəm. Eyni zamanda, hörmətli mədəniyyət
nazirimiz Əbülfəs Qarayevə minnətdarlıq edirəm.
Bu, mənim üçün böyük məsuliyyətdir".
Daha sonra bəstəkarın millət vəkili
Qənirə Paşayevanın, Xanım
İsmayılqızının, Kəmalə Abıyevanın
və digər şairlərin sözlərinə
yazılmış və bir-birindən gözəl
manıları, həmçinin, rəqs nömrələri
ifa edilib. Bunlar arasında "Dəniz" vokal
kompazisiyasını, "Azərbaycan"ı, "Məktəb
illəri"ni, "Eşq"i, "Gecikmiş
etiraf"ı, "Bunun adı dəli eşq, bilirəm"i,
"Yağış"ı, "Tut ağacı"nı və s. qeyd etmək olar. Gecənin
yaddaqalan anlarından biri bəstəkarın yeni
yazdığı və özünün də səhnədə
izlədiyi "Humay" rəqsi olub.
Bəstəkar rəqslə
bağlı deyib: "Bu rəqsdə, bilmirəm, nəsə
dağ havası var... Atam da deyir ki, özün necə rəqs
edirsənsə, rəqslərin də ona bənzəyir
(gülür)... Bu rəqsin tarixçəsi isə belə
olub: mən əslində, heç zaman ailəmi sənət
məsələlərimə daxil etməmişəm. Ancaq balaca Humaya lay-lay çalarkən məhz bu
cür zümzümə edirdim. O, ancaq bunu dinləyərək,
bunu xoşlayaraq,
yuxuya gedirdi. "Humay" rəqsi də
məhz həmin lay-lay, zümzümə əsasında
yaranıb".
Gecənin maraqlı və
unudulmayacaq anlarından biri də gənc ifaçılardan
birinin bəstəkarın çox məşhur olan və sevilən sənətçi
Aygün Bəylərin ifasında səslənən "Tut
ağacı" mahnısını ifa etməsi ilə
bağlı olub. Belə ki, gənc xanım müğənni
"Tut ağacı"nı ifa edərkən,
birdən - tamaşaçılar arasında yer alan Aygün Bəylər
yerindən manını ifa etməyə və səhnəyə
doğru gəlməyə başlayıb. Bu isə
tamaşıçıların riqqətinə və gur
alqışlarına səbəb olub. Aygün
Bəylər gənc müğənniyə
yaxınlaşaraq, mahnını duet şəklində
oxumağa davam edib və bu zaman Aygün Səmədzadə də
onlara quşlaraq, "Tut ağacı”nı birlikdə ifa ediblər.
Aygün
Bəylər öz növbəsində Aygün Səmədzadəyə
uğurlar arzulayıb. Gecənin
unudulmayacaq anlarından biri isə Türkiyənin korifey sənətçilərindən
olan və Azərbaycan cəmiyyəti, musiqisevərləri tərəfindən
böyük maraqla izlənilən müğənni
Müşərəff Akayın gecəyə qatılması və
səhnəyə çıxması olub.
O, gecədə
iştirakından və növbəti dəfə Azərbaycanda
olmağından məmnunluq duyduğunu bildirib: "Bir gün
avtomobilimlə gedirdim. Yolda "Ruhumuz
qovuşacaq" mahnısını dinlədim, avtomobilimi kənara
çəkib saxladım, təkrar-təkrar dinlədim, mahnı
möhtəşəm idi, məni bərk tutmuşdu,
xüsusilə də, "qiyamət qopacaq" sözləri.
Sonra həmin mahnını repertuarıma daxil
etdim, studiyada yazdırdım. Artıq
radioda, "Kanal D"də də səslənib. İnanıram ki, bu mahnı da mənə uğur gətirəcək.
Ancaq mən mahnını "Əzab" adlandırdım.
Mahnını ifa etsəm də, onun bəstəçisinin kim olduğunu bilmirdim. Bu məsələdə
mənə yenə 30 illik qədim və əziz dostum Etibar
Babayev kömək etdi. Ondan sonra bildim ki, bu, son dərəcədə
möhtəşəm mahnının bəstəkarı
Aygün xanım imiş..." Daha sonra ünlü
sənətçi özünün "Əzab" adı
verdiyi, bəstəsi Aygün Səmədzadəyə,
sözləri Xanım İsmayılqızına aid olan
"Ruhumuz qovuşacaq" mahnısını ifa edib. İfa tamaşaçılar, musiqisevərlər tərəfindən
böyük alqışlarla və ayaqüstə
qarşılanıb.
A.Səmədzadə
də xanım Akaya gecədə iştirakına və gözəl
ifasına görə minnətdarlığını bildirib və
gələcəkdə birgə albom buraxılacağanın
anonsunu verib.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2018.- 12 iyun.- S.7.