İntiqam Yaşar "Evdə yoxam"ı təqdim etdi
İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İntiqam Yaşarın "Evdə
yoxam" kitabının təqdimat mərasimi keçirilib.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın
birgə təşkilatçılığı
ilə "Açıq
kitabxana" bölməsində
baş tutan təqdimat mərasimində tanınmış ziyalılar, söz
adamları, gənc yazarlar,
oxucular və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabxananın
direktor müavini
Ədibə İsmayılova açıb.
O, "Açıq Kitabxana" layihəsi haqqında məlumat verib, bildirib ki, bu layihə hər zaman Azərbaycanın
tanınmış ziyalılarına, gənc istedadlarına dəstək
və gənclərimiz üçün daha əlverişli mütaliə
şəraiti yaratmaq məqsədi daşıyır. Ə.İsmayılova inkişafda olan Azərbaycan ədəbi gəncliyindən
söz açıb, İntiqam Yaşarın bu mühitdə özünəməxsus yeri
və üslubu olduğunu bildirib. Daha sonra Ədibə
İsmayılova tədbirin
moderatorluğunu tanınmış
yazıçı Kənan
Hacıya həvalə
edib. Kənan Hacı da öz növbəsində
İntiqam Yaşarın
imzası ilə tanışlığından danışıb,
onu sakit təbiətli şair adlandırıb.
Təqdimatda
çıxış edən
AYB-nin Gənclərlə
iş üzrə katibi Rəşad Məcid öncə "Açıq Kitabxana" kimi uğurlu bir layihəyə imza atdıqlarına görə Mədəniyyət
naziri Əbülfəs
Qarayevə
və Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü
bildirib. İntiqam Yaşarın yaradıcılığı
ilə çoxdan tanış olduğunu deyən katib, onun yaradıcılığında
orijinal misraların yeni dövr ədəbiyyatımızda özünəməxsus
izlər buraxdığını
xüsusi vurğulayıb.
İntiqam Yaşarın
öz istedadı və təvazökarlığı
ilə yaşıdlarından
seçildiyini deyən
R.Məcid,
çıxışında kitabın adına
da diqqət yönəldib: "İntiqam
Yaşar imzasını
mənə və çoxlarına tanıdan
şeirlərdən biri
onun "Evdə yoxam" şeiridir. Bu şeir çox
sevildi və müəllifinə də
böyük uğurlar
gətirdi. Düşünürəm ki, İntiqamın bugünkü kitabına məhz bu adı
seçməsi də
doğru və yerində addımdır".
Daha sonra
İ.Yaşar R.Məcidin
istəyilə kitabın
adını aldığı
"Evdə yoxam"
şeirini oxuyub.
Xalq
artisti Eldost Bayram gənc şairi yeni kitabı münasibətilə
təbrik edib, onun kitabda yer
alan bir
neçə şeirini
səsləndirib.
Dünya Gənc
Türk Yazarlar Birliyi Təsisçilər
Şurasının başqanı
Əkbər Qoşalı
İntiqam Yaşarın
milli ruhda yazılan şeirlərini
ədəbiyyatımızda yeni cığır adlandırıb.
Tədbirdə
çıxış edən
tanınmış ədəbiyyat
nümayəndələrindən Musa Ələkbərli, Süleyman
Abdulla, Esmira Məhiqızı,
Fərqanə Mehtiyeva,
Şahanə Müşfiq,
Tural Turan, Ümid Nəccari, Emil Rasimoğlu,
Taleh Mansur, Yeqzar Cəfərli, Xəzər
Süleymanlı və
başqaları müəllifə
gələcək yaradıcılığında
uğurlar arzulayıb,
onun şeirlərindən
oxuyublar
Ona göstərilən
diqqətə görə
müəllif tədbirdə
iştirak edən ədəbiyyat və media
nümayəndələrinə, təşkilatçılara, oxuculara
öz minnətdarlığını
bildirib.
Sonda kitabın
imzalanma mərasimi keçirilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2018.- 12 iyun.- S.7.