Oqtay Mirqasımovun 75 illiyi qeyd olundu

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun 75 illik yubiley tədbiri keçirilib.

Tədbirdə AYB rəhbərliyi, tanınmış ziyalılar, mədəniyyət ədəbiyyat xadimləri, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan sədr müavini Nazim İbrahimov yubilyarın həyat yaradıcılığından danışıb, onu Azərbaycan kino sənətinin peşəkar nümayəndəsi adlandırıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar Oqtay Mirqasımovun Azərbaycan incəsənət tarixində xüsusi rolundan söz açıb bildirib o, ömrünün böyük hissəsini kinomuzun inkişafına təbliğinə çalışmaqla keçirib. Sədr AYB-nin təbrik mükafatlarını yubilyara təqdim edib.

Rejissoru yubileyi münasibətilə təbrik edən Mədəniyyət nazirinin birinci müavini Vaqif  Əliyev çıxışında qeyd edib ki, O.Mirqasımov böyük yaradıcılıq ömrünü boşuna yaşamayıb, 50-dən çox filmin müəllifidir. Bu filmlər istər yerli, istərsə xarici tamaşaçılar tərəfindən hər zaman sevə-sevə izlənilir.  O, məhsuldar hərtərəfli fəaliyyəti, peşəkarlığı ilə hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, dövlət başçımız ən yüksək mükafatlarla onu mükafatlandırıb, Xalq artisti adına layiq görüb. Nazir müavini deyib ki, O.Mirqasımov nəinki rejissor kimi, həmçinin, yüksək idarəçilik qabiliyyətinə malik rəhbər, zəngin biliyə malik pedaqoq Azərbaycanın ictimai-siyası xadimi kimi hər zaman dövlətinə, xalqına sədaqət nümunəsi olub. Daha sonra V.Əliyev Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubunu yubilyara təqdim edib.

Xalq artisti, Kinematoqrafçılar İttifaqının ilk sədri Şəfiqə Məmmədova çıxışında qeyd edib ki, gələn il Oqtay Mirqasımovun yaradıcılığının 60 illik yubileyidir. Bu 60 ildə o, Azərbaycan kino sənətinə saysız-hesabsız töhfələr verib bu töhfələrin nəticəsi kimi Kinematoqrafçılar İttifaqının Azərbaycan kinosunun 120 illik yubileyi münasibərilə hazırladığı Azərbaycan Milli Kino mükafatına layiq görülüb. Ş.Məmmədova deyib ki, O.Mirqasımov xalqına, torpağına, dövlətinə bütün qəlbiylə bağlı olan sənətkardır. Bu, özünü onun filmlərində göstərir. O, həm çox səmimi insandır.

Professor Fəqan Əliyev çıxışında O.Mirqasımovu keşməkeşli taleyə sahib yaradıcı adam kimi səciyyələndirib: "Yaradıcı adamların taleyi hər zaman çətin olub. Onlar hər zaman ağır yükləri öz çiyinlərində daşımalı olublar. Ona görə onlar Allahın əziz insanlarıdır. Onlar yana-yana xalqı yaşadandırlar. Oqtay müəllim həmin yaradıcı şəxslərdəndir. Bəşəriyyətin bu cür insanlara hər zaman ehtiyacı var".

Çıxışçılar O.Mirqasımovu zəngin yaradıcılıq yolundan söz açıb, yubileyi münasibətilə təbrik edib, yeni uğurlar diləyiblər.

Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə Mədəniyyət nazirliyinə, AYB rəhbərliyinə, çıxışçılara tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Tədbirdə həmçinin, O.Mirqasımovun rus dilində işıq üzü görən yeni kitabı oxuculara təqdim edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 13 iyun.- S.7.