Milyonçu mesenatın nazir
övladı: Mirzə Şəmsi oğlu
Əsədullayev
Azərbaycan Xalq Cümhuriyyəti - 100
(Əvvəli ötən sayımızda)
Mirzə Əsədullayevin doğma
milləti yolunda göstərdiyi xidmətlərdən
biri də onun "Bakı müsəlman xeyriyyə cəmiyyəti"nə sədrlik
etməsi idi.
Qarşısına xalqın maarifləndirilməsi,
imkansızlara yardımlar
göstərilməsi və
s xeyirxah məqsədlər
qoymuş bu Cəmiyyət məhz belə vətənpərvər
şəxsin vəsaiti
hesabına bir sıra işlər görə bilmişdi. Bu xidmətlərinin
nəticəsi idi ki, o, 1917-ci il
martın 27-də Bakıda
yaranmış Milli Müsəlman Şurasının
Müvəqqəti İcraiyyə
Komitəsinə üzv
seçilmişdir. Çünki həm ziyalılar, həm də xalq onun hansı
əqidənin və yolun sahibi olduğunu
dəfələrlə görmüşdü.
Ona görə də lazımi məqamda geri çəkilməyəcəyinə,
bacardığı köməkliyi
göstərəcəyinə bel bağlayır, inandıqlarını gizlətmirdilər.
Bu inam və
etibar Cümhuriyyət
dövründə ona
daha böyük etimad göstərilməsi
ilə nəticələndi.
Mirzə Əsədullayev əvvəlcə
Azərbaycan parlamentinə
üzv seçildi. Sonra isə əslində, heç bir fraksiyada təmsil olunmayan bu bacarıqlı
iş adamına yeni bir etimad
göstərib Azərbaycan
hökumətinin naziri
postunu etibar etdilər. O, Fətəli
xan Xoyskinin başçılıq etdiyi
üçüncü hökumətdə
(1918-ci ilin dekabrı
- 1919-cu ilin mart ayına
qədər) ticarət
və sənaye naziri oldu. Çox mühüm
bir sahəyə rəhbərlik edən Mirzə Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət
əlaqələrinin yaradılmasına
və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir.
Arxiv sənədləri sübut
edir ki, o, nazir işlədiyi dövrdə artıq neçə illər atasının şirkətində
qazandığı təcrübədən
istifadə etməklə
mövcud imkanların
Azərbaycanda sənaye
və ticarət işinin dirçəldilməsinə
yönəltməyə çalışmış
və bu məqsədinə ümumən
nail olmuşdur.
Onu fərqləndirən,
başqalarının gözündə
ucaldan cəhətlərindən
biri də son dərəcə obyektiv və səmimi olması idi. Hansısa
mənafe xatirinə yüksək dövlət
postu tumağa heç vaxt can atmayan M.Əsədullayev əksər çiyindaşları
kimi vəzifəni xalqa xidmət üçün əlverişli
imkan və vasitə hesab edirdi. Onun 1919-cu il aprel
ayının 12-də Baş
Nazirə yazdığı
məktub da bunu aydın göstərir:
"Zati-Aliləri cənab
Nazirlər Şurası
sədrinə.
Ticarət və sənaye
naziri M.Əsədullayevdən
(12 aprel 1919-cu il):
"Hökumət böhranının
fövqəladə uzanması
və Kabinetin yenidənqurulması ilə
əlaqədar, mənim
üzərimə düşən
Ticarət və sənaye naziri vəzifəsini yerinə yetirmək çox çətinləşmişdir ki, mənim fikrimcə, işə zərər gətirə bilməz, o cümlədən,
mənim fəaliyyətimə
və mənim tərəfimdən idarə
edilən Nazirliyə.
Göstərilənlər məni Siz Ələhəzrətlərinə məni Ticarət və sənaye naziri vəzifəsindən
azad etmək barədə acizanə xahişlə müraciət
etməyə məcbur
edir".
Mirzə Əsədullayev məşhur
milyonçu Musa Nağıyevin
qızı Ümmül-Banu
ilə ailə həyatı qurmuşdur. 1905-ci ildə axırıncı
- dördüncü uşaq
doğularkən Ümmül-Banu
vəfat etmişdir.
Onunxatirəsinə yeni doğulmuş
uşağa anasının
adını qoymuşlar.
Atası
həbsdən azad edildikdən sonra bir müddət Bakıda qalıb,
1924-cü ildə vətəni
tərk edən Ümmül-Banu (Banin) sonralar ailəsi ilə birlikdə Fransanın paytaxtı Parisdə yaşamışdır.
Hazırda o, məşhur yazıçı
kimi bütün Avropada tanınmışdır.
Ümmül-Banunun atası haqqında
xatirələri vaxtilə
YUNESKO-nun əməkdaşı Ramiz Abutalıbov Cümhuriyyət dövrünün
yorulmaz tədqiqatçısı
M.Əliyevə göndərmişdir.
(Mövsüm Əliyev "Odlar yurdu yanvar 1989, ¹2).Yəqin həmin xatirələrin vətəndə
yenidən çapının
təşkili ilə həm Əsədullayevlər
qarşısında mənəvi
borcumuzu yerinə yetirər, həm də mərhum tədqiqatçının ruhunu
şad edərdik.
Mirzə
Əsədullayev isə
həbsdən buraxıldıqdan
sonra, 1920-ci ildə, qızından 4 il əvvəl Azərbaycan
SSR hökumətindən rəsmi
icazə alaraq xaricə getmiş, ömrünün sonuna kimi (1936) Fransanın paytaxtı Parisdə yaşamışdır. Şəhərin müsəlman qəbiristanlığında
dəfn olunan Mirzə Şəmsi oğlu Əsədullayev
(1875-1936) haqqında "Azərbaycan
Cümhuriyyəti sənədlər
və materiallar
1918-1920-ci illər məcmuəsində
yuxarıda göstərilən
məlumatlardan əlavə,
həmçinin, onun
1918-ci ildən Bakı
neft sənayeçiləri
Şurası qurultayının
sədri olduğu qeyd edilmişdir.
1920-ci il avqust
ayının 29-da FK müstəntiqi
Miskeviç tərəfindən
dindirilən Mirzə Əsədullayev belə bir şəxsiyyət idi. Dindirilmə Protokolu bu müqəddimə
ilə başlayır:
"45 yaşlı, evdə
təhsil almış,
atasının yanında
işləmiş (tacir),
inqilabdan sonra atasının işini davam etdirmiş, valideynləri tacir olan, hazırda "Şəmsi Əsədullayev
adına firmada işləyən Mirzə Əsədullayev".
Müstəntiqin suallarına təmkinlə
cavab verən keçmiş nazir deyir: "Həbs edilməyimin səbəbi
mənə aydın deyil. Bakıda yaşayıb öz
işimlə, neft sənayesi ilə məşğul olurdum.
1918-ci ilin 21 aprelində
ailəmlə birlikdə
İrana getdim və orada həmin
ilin noyabrına qədər qaldım.
Getməyimin səbəbi Bakıda
qeyri-normal həyatla bağlı idi. Bu vəziyyət məni
ailənin bir hissəsini Moskvaya göndərməyə məcbur
etmişdi. Qalanlarını isə Rəştə apardım. Bakıda Könüllü ordunun (Denikin ordusu - L.Ş.) komanda heyəti mənə məlum deyil. Axtarış vaxtı tapılmış
"Brauninq" tipli kiçik cib tapançası mənim yanımda yaşayan Xoroşova məxsusdur.
Həmin
silahın daşınması
üçün tərəfindən
Bakı şəhər
komendantına ərizə
yazılmışdı. İkinci tapança nadir nüsxə
kimi kolleksiya nümunəsidir. Ordenlərə gəlincə, mənim heç vaxt ordenim olmayıb, ümumiyyətlə almamışam.
Həmin
ordenlərə gəlincə,
görünür onlar
Türk zabiti tərəfindən verilənlərdir.
Belə bir hal olmuşdu
ki, bir nəfər
Türk zabiti məndən min rubl pul borc verməyi
xahiş etmişdi.
Mən pul verməyə tərəddüd
edəndə o, bağlamada
ordenləri mənə
verib dedi ki, zabit kimi
bunların arxasınca
dönəcək. Bundan sonra
o, bir daha qayıtmadı. Mənim mənzilimdə
tapılan ordenlər həmin ordenlər olmalıdır. Bağlı karobkada
saxlanılan gümüş
qablar isə şəfqət bacısına
(adını, soyadını
xatırlamıram) məxsusdur,
saxlanılmaq üçün
onun tərfindən qoyulmuşdur. Qalanları
mənim ev
əşyamdır. Mənim fəaliyyətim
yol. Nərimanova,
C.Vəzirova, Baba Əliyevə,
Vasili Tateşviliyə
və bir çox başqalarına yaxşı tanışdır.
Qəti surətdə deyə bilərəm ki, onların hamısı məni ancaq yaxşı tərəfdən
tanıyırlar".
Bu dindirilmənin aparıldığı
ərəfədə Mirzə
Əsədullayev həbs
edildiyi vaxt onun bacısı tərəfindən yazılmış
xahiş ərizəsinə
artıq müəyyən
razılıq verilmiş,
3 gün əvvəl
o, FK-nın təcridxanasından
Bakı türməsinə
göndərilmişdi. Bu xahişnaməni Sara xanımla
yanaşı, Mirzənin
digər iki bacısı da imzalamışdılar.
"Əksinqilab ilə
mübarizə üzrə
FK-ya.
Qoqol küçəsi 9 saylı binada yaşayan Sara xanım Həsənova, qızlıq soyadı Əsədullayeva tərəfindən ərizə: "Cari ilin may ayının 27-də mənim qardaşım Mirzə Əsədullayev həbs edilib. Onun müntəzəm surətdə həkim köməyi tələb edən xəstə vəziyyəti həbs altında saxlanıldığı üçün onu bu imkandan məhrum edir və ona güclü fiziki əzablar verir. Buna görə, mən Fövqəladə Komissiyadan xahiş edirəm onu həbsdən azad edərək mənim və mənim bacılarımın himayəsinə versin. Bakı şəhəri 27 may 1920-ci il.
Biz aşağıda imza edənlər, Sara xanım Həsənova, Ağabacı Meylamova və Xədicə xanım Nağıyeva, qızlıq familiyaları Əsədullayeva, qardaşımız Mirzə Əsədullayevi zaminə götürərək, öhdəlik götürürük ki, Fövqəladə Komissiyanın ilk tələbi ilə onu Fövqəladə Komissiyaya təhvil verəcəyik".
Sənədin üstündə "yol. Qrubnikova qeydi" var. Çıxış ¹-935,30.06.1920.
Fövqəladə Komissiyanın həbsxanasında 4 iyun 1920-ci ildən yatdığı qeydiyyata alınan Mirzə Əsədullayevin həbsdən azad edilməsi xahişi 26 avqust 1920-ci ildə 3149¹-li sənədlə Fövqəladə Komissiya tərəfindən Bakı türməsinə göndərilir.
Nəhayət, 1920-ci il avqust ayının 29-da müstəntiq Miskeviç tərəfindən qərara alınır: "Mən FK istintaq hissəsinin möhtəkirlik və cinayət işləri üzrə səlahiyyətli nümayəndəsinin müavini vəzifəsində olan Miskeviç 29 avqust 1920-ci ildə Mirzə Əsədullayevin 772 saylı işi üzrə baxaraq və adı çəkilən Əsədullayevin böyük neft sənayeçisi, zavod, həmçinin, ən nəhəng ev sahibi olmasını və tacir silkindən olmasını nəzərə alaraq, Qərar qəbul etdim: Əsədullayevi girov hesab etmək və işi arxivə göndərmək. Səlahiyyətli nümayəndənin müavini Miskeviç, səlahiyyətli nümayəndə M.Səfikürdski".
Çox güman ki, Mirzə Əsədullayevin həbsdən buraxılmasında Azərbaycanın o dövrkü rəhbərlərindən kiminsə, bəlkə də N.Nərimanovun rolu olmuşdu. Əks-halda fəhlə-kəndli hökumətinin və bolşevik ideologiyasının qatı düşmənini nəinki həbsdən azad edər, əksinə, böyük məmuniyyətlə güllələyərdilər. Çünki Mirzə Əsədullayev sadəcə milyonçu Şəmsi bəyin oğlu, sinfi düşmən olan bir kapitalist deyildi, o, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin naziri, candan sevdiyi millətinin, Vətəninin tərəqqisi yolunda xidmətləri olan bir şəxsiyyət idi. Onun kimilər yaşadıqca Azərbaycanın müstəqilliyinə, azadlığına inam, xalqın öz gücünə sonsuz güvənci yaşayırdı.
Lətif
ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-14 iyun.-S.6.