AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk
demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı
tarixi şəraitdə və hansı sistem üzərində
qurulmuş, yaradılmışdı? Dövrün
mətbuatında mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli ötən şənbə
saylarımızda)
AZƏRBAYCAN
ŞURAYİ-MİLLİSİ TARİXİNDƏN
Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun
ayının 17-də Gəncədə Fətəli xan Xoyski
hökuməti-hazirəsini təşkil edərək
bütün səlahiyyəti-hökuməti kəndisinə
tövdi ilə tətil etdigi qarelərimizə məlumdur. İyunun 17-i
Azərbaycan tarixi istiqlalına səbt olunacaq günlərdir.
Şurayi-Millinin təkrar həyat və fəaliyyətə
başlandığı bu gündə fövqüzzikr
günün iclasını qaparkən Şurayi-Milli rəisi Rəsulzadə
Məhəmməd Əmin həzrətləri tərəfindən
irad olunan nitqi nəşr etməyi münasib gördük.
İştə
nitqin məzmunu
Həzərat!
Daha sabahkı iclasımızı
açdığım zaman nə kibi məsuliyyətli və
ağır bir zaman içərisində bulunduğumuzu ixtar
eləmişdim. Tarixi məsuliyyətin
bütün o çəkilməz yükünü şimdiki
qərarınızla Fətəli Xan Xoyski cənablarının
təşkil elədigi höku-mətinin omuzlarına yüklədiniz.
Bu qərar bir tərəfdən əhvalın
icabı, digər tərəfdən də “blok” ilə
“Hümmət”in istefaları üzərinə mənən və
şəklən alınma məcburiyyətini hasil etmişdi.
Dünya müharibəsi və Rusiya inqilabının təsiratı
ilə yeni doğmuş və həyati-siyasiyyəyə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz
mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzadi-siyasəti
rüşdü-büluğ bulub da millətlər
zümrəsinə bir amili-həyat olaraq girə biləcək,
yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən
tərki-həyat edəcəkmidir!? İştə
bütün zehinləri işğal edən bir məsələ!
İştə bir zamanki müqəddərati-milliyyəyi
əllərinə alanlar üçün Azərbaycan
növzadını tələf etdirməmək kibi
müşkül, fəqət müşküllügi ilə
bərabər şərəfli bir vəzifə və məsuliyyət
tərtib ediyor. İştə böylə
bir zamanda və bu böyük məsuliyyəti-əzimənin
bari-giranı altına girmiş olduğu halda Fətəli Xan
cənabları hüzurunuza çıxıb da
etimadınızı istəməklə kəndisinə iqtidar
arıyor. Fəqət bunu yaparkən o,
diqqət etdiniz yəqin ki, nə qədər sararmış,
titrəmişdi. Siz onu ehtimal ki, heç bir
zaman və heç bir məkanda bu dərəcədə lərzan
və hərasan görməmişdiniz. Bu
nəyə bənzər bilirmisiniz? Dəh-şətli həngamlarda
səfəhati-hərbin məsuliyyətli dəmlərində
ricət yapmaq məcburiyyətində qalan bir ordunun
mövqei-məxsusi son dərəcə imkanı qədər
mühafizə etmək üzrə bırakdığı məfruzəyi
istila edə bilən həras və xəşyətə...
Əvət, əfəndilər, Azərbaycanın
paytaxti-müvəqqətəsi bulunan Gəncədə naqis də
olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin
şu surətlə meydandan çəkilmək məcburiyyətində
qalması heç şübhəsiz demokrasinin bir ricəti və
qüvai-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ
və pak qüvvətlərə müqabil qara və napak
qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxılınca ilk nəzərdə
bizim halımız o qara binanın halına bənziyor kibidir.
Bu hallar bizdə Rusiya məqasidi-inqilabisinin
iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər!
Zəvahirlə bakmıyalım, səthi
düşün-miyəlim, pək də məyus
olmıyalım.
Bəncə, Rusiya inqilabi-əzimi hər nə derlərsə-desinlər,
qətiyyən iflas etmədi. Rusiyada inqilab nə
yapacaqdı? Bu suala “Böyük Rusiya”
fikri ilə məsmum olan rus inqilabçıları
nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini
təhlil edərək cavab verməlidir. Böylə
bakılırsa Rusiya inqilabı məzlum və məğdur
siniflərlə məhkum millətləri azad etməlidi.
Məğdur siniflər, təqdir edəlim ki,
istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal
ediyorlar. Əvət, dünyanın
altıdan birini tutan böyük Rusiya parçalanıyor.
Fəqət inqilab böyük Rusiya
yaratmaqlamı müvəzzəf idi? Qətiyyən
degildi. İfrata gedən sinif hürriyyətləri
əlbəttə ki, təyid olunacaq və mötədil bir
şəklə girəcəkdir. Çünki
bu hürriyyətin şəkli-haziri heç şübhəsiz
ki, hürriyyət degil, bir afət və fəqət bu yolda
yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl
mövcud olan hüdudun ötəsindən degil, bərisində
təvəqqüf edəcəkdir. Demək,
əhval əvvəlkisinə nisbətlə hər halda iyi
olacaqdır.
Əfəndilər!
Bən sabiq Rusiya ərazisində güzəran
etməkdə bulunan vəqaeyə böylə bakıyorum,
buna görə də hala ümidlərimlə bərabər
olaraq yaşıyorum. Biliyoram, əfəndilər
ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş
olduğu müsbət nəzəriyyələrlə elan
etdigi əqanimi-hürriyyətdən son dərəcədə
istifadə edəcəkdir.
İştə
müstəqil bir Azərbaycan, siyasətən kəsbi-hürriyyət
və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər
və hüquqi-bəşərə aid dəsturlar hər halda
müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli
olacağına şübhə etməm. Hətta
əfəndilər, söyləmək istərəm ki, Azərbaycan
Qafqasiyada ən hürriyyətpərvər və
inqilabçı təsəvvür olunan Gürcüstandan
daha məsuddur. Çünki burada bizim
daxili hürriyyətlərimizə icrayi-nüfuz edən və
edəcəgi mütəsəvvür bulunan qüvvət
yabancı bir qüvvət degil, öz qüvvətimizdir
(Alqışlar). Burada istiqbal böyük
və şanlı bir millətin müxtəlif şöbə
və budaqlarını tövhidə doğru gedəcək
ki, eyni məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə
bərfərz qaib etsək belə, siyasətən qazanacaq, təlafi
mafat edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və
sairə öylə degildir. Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən
müsaid bir zamanında olduğumuzu, türk ittihadı
üçün fürsət ələ keçdigini
unutmayalım. Bütün məsaimizi bu
hürriyyəti-siyasiyyənin təşəbbüsünə
sərf edəlim. Bunun üçün də
hər dürlü fədakarlığa amadə bulunalım.
Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin
ifası üçün tövkil ediyor, bütün məsuliyyəti
öhdeyi-hökumətimizə təhmil et-məklə zənn
etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər
ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyyəti
ilə mütənasib, amali-milliyyə ilə müvafiq,
türklük əlasına, Azərbaycanın hürriyyətinə,
türk kütleyi-nasının mənafeyinə mətuf olan
icraatınızda kəhalət və müsahilə göstərməyib
də, yorulmaz bir əzmlə çalışasınız.
Biz hər zaman sizə məin olmaya
hazırız, istədiginiz zaman bizi kəndinizlə bərabər
bulacaqsınız. Biz hüzurumuzla sizə
məin olmaya hazır olacağımız kibi icabı təqdirində
başqa yollarla da sizi təqviyəyə hazı-rız.
Nitəkim bugünki tətilimiz dəxi bu hisslə
və bu məqsədlə icra olunuyor.
Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe
olan tənqidatə qarşı buradan bəhs etməyə
lüzum görmüyorum. Siz biliyorsunuz ki, bu tənqidat
heyətdən ziyadə əsasa mətufdur. Bu münəqqidlər həqqindəki
mühakimatı tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə
arzui-millət arayan ərkan əsasın degil, heyətin əleyhində
isələr hürriyyət intixabatı təminilə millətin
həqiqi tələqqiyatını görürlər. Millət kəndisi bizimlə onların arasında həkəm,
o zaman həqq ilə batil də əyan olur.
Şimdi artıq bu ağır günlərdə öhdəsinə
bir vəzifə tövdilə tərk etdigimiz hökumətə
ərzi-vida edəlim də ayrılalım.
Əfəndilər!
Sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan
başqa bir şey görmədigim əziz
arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə
vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə
yapmış olduğum qüsurlarımın əvəzini diləməgi
ayrıca istirham edərim. Şimdi vəqt
gəliyor, saəti-vida vuruluyor. Yekdigərinə
qardaşcasına əlvida edəlim. Və
ayrılırkən - əfəndilər! Bu
ümidlə gedəlim ki, inşəallah yakında, Azərbaycanın
paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan
dairəsində buluşuruz.
Yaşasın
Azərbaycan, yaşasın türklük (Şiddətli və
sürəkli alqışlar)! Məclis saət
ikidə qapanıyor.
Azərbaycan”,
16 təşrini-sani (noyabr) 1918, ¹41
Tövdi
- təslim etmə; vidalaşma
Rüşdü-büluğ
- həddi-büluğa çatan
Bari-giran
- ağır yük
Lərzan
- titrəyən, titrək
Hərasan
- qorxaq, ürkək
Təqviyə
- qüvvətləndirmə
Məsmum
- zəhərlənmiş
Xəşyət
- qorxu
Müvəzzəf
- vəzifə həvalə edilən
Əqanim
- əsillər
Mafat -
itmiş, yox olmuş
Tövkil
- vəkil etmə
Tövhid
- birləşmə
Həkəm
- münsif, arbitr
İstirham
- yalvarma, xahiş etmə
Məfruzə
- ayrılmış, ifraz edilmiş, fərz edilən, vacib
olan
Məin -
daşan su
ŞURAYİ-MİLLİ
RƏİSİNİN BİR NİTQİ
1918 sənəsi
16 həziranda (iyunda) əqd eylədigi tarixi cələsəsində
(iclasında) Azərbaycan Şurayi-Millisi, ikinci Fətəli
Xan kabinəsini təşkil və bütün hüququnu məzkur
hökumətə tərk edərək, əhvalı fövqəladə
həsəbiylə, tətili fəaliyyət eyləmişdi. Gəncədə vüqu bulan bu hadisə bir
taqım siyasi mübarizələr nəticəsində
hüsul bulmuşdu. İşbu mübarizə
məmləkət üsuli-idarəsinə aid demokratik cərəyanlarla
aristokratik zehniyyətlər arasında vüqu buluyordu.
Demokratik qüvvələr Şurayi-Milli daxilində ikən
aristokratik cərəyanlar xaricdə icrayi-nüfuz etməkdə
idilər. Azəri qardaşlarının yardımına gələn
Türk Ordusu Komandanlığı elan eylədigi “bitərəfliklə”
Şurayi-Milli əleyhdarlarını təqviyə (qüvvətləndirmiş)
etmiş oluyordu. Bu hal isə, bittəbii
Şurayi-Milli əzası üzərində iyi bir təsir
icra etməmişdi. Məəmafih, hər
tərəfdən düşmən bir qüvvətlə muhat
bulunan məmləkətdə daxili mübarizlərə meydan
buraxmamaq üçün, Şurayi-Milli səlahiyyəti-vəsiayi
(geniş) haiz bir hökumət təşkili ilə elani-tətil
eyləmişdi.
Bu hadisədə Azərbaycan Şurayi-Millisinin hansı
ideal naminə mütəhərrik (hərəkət edən)
olub və nə kibi hislərlə mütəhəssis
olduğunu göstərmək üçün Şurayi-Milli
Rəisi Rəsulzadə Məhəmməd Emin Bəyin ixtitami
(son) nitqini qismən buraya nəql ediyoruz.
“Həzərat, daha sabahkı iclasımızı
açdığım zaman nə kibi məsuliyyətli və
ağır bir zaman içərisində bulunduğumuzu izhar
eləmişdim. Tarixi məsuliyyətin bütün o
çəkilməz yükünü şimdiki qərarınızla
Fətəli xan Xoyski cənablarının təşkil elədikləri
hökumətin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın
icabı, digər tərəfdən “blok” ilə “Hümmət”in
istefaları üzərinə mənən və şəklən
alınmaq məcburiyyətini hasil etmişdi. Dünya müharibəsi və Rusiya
inqilabının təsirləri ilə yeni doğmuş və
həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan
qayəsi əhatə olunmaz mühüm dəqiqələr
keçiriyor. Bu yeni türk növzad siyasətini
rəşid və bəliğ bulub da millətlər zümrəsinə
bir amali-həyat olaraq girə biləcək, yoxsa sısqa
çocuqlar kibi südəmər halında ikən tərki-həyat
edəcəkmidir? İştə
bütün zehinləri işğal edən bir məsələ.
İştə bir zaman kəsə müqəddərati-milliyyəyi
əllərinə alanlar üçün Azərbaycan
növzadını tələf etdirməmək kibi
müşkül, fəqət müşküllügü ilə
bərabər şərəfli bir vəzifə və məsuliyyət
tərtib ediyor. İştə böylə
bir zamanda və böylə bir məsuliyyəti-əzimənin
bargirani altına girmiş olduğu halda Fətəli xan cənabları
hüzurunuza çıxıb da etimadınızı istəməklə
kəndisinə iqtidar arayır. Fəqət
bunu yaparkən o, diqqət etdiniz yəqin ki, nə qədər
sararmış, tərləmişdi, zira onu ehtimal ki, heç
bir zaman və heç bir məkanda bu dərəcə lərzan
və hərasan görməmişdiniz. Bu nəyə bənzər
bilirsiniz?.. Dəhşətli həngamələrdə,
səfahati-hərbin məsuliyyətli dəmlərində ricət
yapmaq məcburiyyətində qalan bir ordunun mövqeyi-məxsusi
son dərəcəyi-imkanə qədər mühafizə etmək
üzrə buraxdığı müfrəzəyi istila edə
bilən hərras və xəşyətə...
Əvət, əfəndilər, Azərbaycanın
paytaxtı mövqeyini bulunan Gəncədə naqis də olsa,
hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin
şu surətlə meydandan çəkilmək məcburiyyətində
qalması heç şübhəsiz demokrasinin bir ricəti və
qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ
və pak qüvvətlərə müqabil, qara və napak
qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxınca ilk nəzərdə
bizim halımız o qara binanın halına pək bənziyor
kibidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabiyyəsinin
iflasına dair bir əqidə hasil ediyor. Fəqət
əfəndilər, zəvahirlə qalmıyalım, səthi
düşünməyəlim, pək də məyus
olmuyalım, Rusiya inqilabi-əzimi hər nə derlərsə
desinlər, qətiyyən iflas etmədi. Rusiyada
inqilab nə yapacaqdı? Bu suala
“Böyük Rusiya” fikri ilə məsmum olan rus
inqilabçıları nöqteyi-nəzərindən degil,
inqilabın kəndi təbiətini təhlil edərək cavab
verməlidir. Böylə baxılırsa,
Rusiya inqilabı məzlum və məğdur siniflərlə
məhkum millətləri azad etməlidir. Məğdur
siniflər təqdir edəlim ki, istədiklərindən fəzləsini
aldılar. Millətlər isə birər-birər
kəsbi-istiqlal ediyorlar. Əvət,
dünyanın altıdan birini tutan böyük Rusiya
yaratmaqlamı müvəzzəf idi. Qətiyyən
degildi. Ətrafa gedən sinif hürriyyətləri
əlbəttə ki, təqdir olunacaq və mötədil bir
şəklə girəcəkdir. Çünki
bu hürriyyətin şəkli-haziri heç şübhəsiz
ki, hürriyyət degil, bir afətdir. Fəqət
bu yolda yapılacaq ricət əminəm ki, hər halda
inqilabdan əvvəl mövcud olan hüdudun ötəsində
degil, büryəsində tovqif edəcəkdir. Demək əhval əvvəlkisinə nisbətlə
hər halda iyi olacaqdır.
Əfəndilər, bən sabiq Rusiya ərazisində
güzəran etməkdə bulunan vəqayə böylə
baxıyoram. Buna görə də hala ümidlərimlə bərabər
yaşıyoram. Biliyoram əfəndilər
ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş
olduğu müsbət nəticələrə, elan etdigi əqanimi-hürriyyətdən
son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan siyasətən
kəsbi-hürriyyət və istiqlal edəcək, Azərbaycanda
ictimai hürriyyətlər və hüquqi-bəşərə
aid düsturlar hər halda müstəbid Rusiya zamanından
daha geniş, daha əlverişli olacağına şübhə
etməm. Hətta əfəndilər,
söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən
hürriyyətpərvər və inqilabçı təsəvvür
olunan Gürcüstandan daha məsuddur. Çünki
burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən
və edəcəgi mütəsəvvir bulunan qüvvət
yabancı bir qüvvət degil, öz qüvvətimizdir
(Alqışlar). Burada istiqlal böyük
və şanlı bir millətin müxtəlif şöbə
və budaqlarını tövhidə doğru gedəcək
ki, eyni məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə
bərfərz qayib etsək belə, siyasətən qazanacaq, təlafi-mafüqət
edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə
öylə degildir.
Əvət, əfəndilər, pək də naümid
olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən
müsaid bir zamanında olduğumuzu, türk ittihadı
üçün fürsət ələ keçdigini
unutmayalım. Bütün məsaimizi bu
hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim.
Bunun üçün də hər dürlü
fədakarlığa amadə bulunalım.
Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin
ifası üçün təvəkkül ediyor,
bütün məsuliyyəti öhdəyi-himmətinizə təhmil
etməklə zənn etməyiniz ki, yalnız
qalırsınız. Yetişər ki, siz keçməkdə
olduğumuz zamanın əhəmiyyəti ilə münasib,
amali-milliyyə ilə müvafiq türklügün əlasına,
Azərbaycanın hürriyyətinə, türk kütləsinin
mənafeyinə münətif olan icraəngiz də kəsalət
və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə
çalışasınız, biz hər zaman sizə mübin
olmaya hazırız. İstədiginiz zaman
bizi kəndinizlə bərabər yola çıxınız.
Biz hüzurumuzla sizə mübin olmaya hazır
olacağımız kibi icabı təqdirində başqa
yollarla da sizi təqviyyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və
bu məqsədlə icra olunuyor.
Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe
olan tənqidatə qarşı buradan bəhs etməyə
lüzum görmüyoram. Siz biliyorsunuz ki, bu tənqidat
həpsindən ziyadə əsasə mətufdur. Bu münəqqidlər həqqindəki mühakiməni
tarixə həvalə edəlim. Bir
kaç ay sonra əgər bu vahi tənqidlərdə
arzui-millət arayan ərkani-əsasın degil, heyətin əleyhində
isələr hürriyyət intixabatı təminlə millətin
həqiqi tələqqiyatını görərlər.
Millət kəndisi bizimlə onların arasında hakim: o zaman
həqq ilə batil də əyan olur.
Şimdi artıq bu ağır günlərdə öhdəsinə
ağır bir vəzifə təvəddilə tərk
etdigimiz hökumətə ərzi-vida edəlim də
ayrılalım.
Əfəndilər, sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan
başqa bir şey görmədigim əziz
arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə
vagüzar etmiş olduğunuz vəzifəyi-saiqi ilə
yapmış olduğum qüsurlarımın əfvini diləməgi
ayrıca isterham edərəm. Şimdi vəqt gəliyor,
saəti-vida vuruluyor, yekdigərinə qardaşcasına əlvida
edəlim və ayrılarkən əfəndilər, bu
ümidlə gedəlim ki, inşallah yaxında Azərbaycanın
paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan
dairəsində buluşuruz.
Yaşasın
Azərbaycan!
Yaşasın
Türklük!
(Şiddətli və sürəkli alqışlar).
“İstiqlal”,
28 May 1919, səh.224-226
“İstiqlal”,
Bakı, 2015, səh.105-109
“Yeni
Qafqasya”, 28 Mayıs 1924, ¹17
AZƏRBAYCAN
İSTİQLAL GÜNÜNÜN TƏSİDİ
28
Mayıs, Azərbaycan İstiqlal Günü münasibətilə
milliyyətçi Azərilər hər tərəfdə təsid
(kutlama) mərasimi icra eyləmiş, vətənlərinin
Rusiya əsarətindən və Qızıl Ordu
işğalından xilası üçün təmənnilərdə
bulunduqları kibi istiqlal və hürriyyət şəhidlərinin
qüdsi xatirələrini yad ilə mücadilədə səbat
üçün təcdidi-əhd eyləmişlərdir.
İstanbuldakı
“Yeni Qafqasiya” idarəxanəsində Rəsulzadə Emin bəyin
xitabəsi:
Emin bəy
dedi ki:
“Xanımlar, bəylər! 10-cu sənəyə
giriyoruz. Azərbaycan Cümhuriyyətinin
elanından sonra şimdi tam 9 sənədir keçiyor. 2 sənə həyati-istiqlal, 7 sənəsi də
işğal və istila ilə keçən bu müddət
inqitaya (bitməyə) uğramayan bir cidal və mübarizə
dövründən ibarət olmuşdur. Bundan 9 sənə
əvvəl 28 Mayısda elan olunan İstiqlal Bəyannaməsi
ilə Azərbaycan Türkü kəndisinin milliyyət
dövründən çıxaraq artıq rüşd (həddi-büluğa
yetişmiş) və kamalını bulmuş bir millət
olduğunu dərk və müstəqil bir həyat ilə
yaşamaq əzmində olduğunu bütün cahana
qarşı elan eyləmişdir. Azərbaycan
Cümhuriyyətinin elanı ilə beynəlmiləl cahan
tarixi Hərbi-Ümumidən sonra qeyd və təsbid etmək
məc-buriyyətində qaldığı böyük hərəkatın
pək mühüm bir təzahürünü ilk Türk və
İslam Cümhuriyyətinin doğduğunu təsbid ediyordu.
Heyhat, qısa bir müddətdən sonra, hürriyyət
və istiqlal həyatını hənuz tərk edən bu
cümhuriyyət xalqı yeni imtahanlara məruz qaldı. Qızıl
ixtilal kəsvəsinə (qiyafəsinə) bürünən
rusluq təkrar Qafqasiyaya endi. Tarixi epizodun
bir əbus (açıq) çöhrəsi Azərinin bayram
nəşəsilə şənlənən həyatını
təkrar siyahlara bürüdü. İstiqlal
bayramımız həzin bir şəkil aldı.
Əvət, bayramımız həzin və ələmdir. Fəqət
bu ələm yas verici, dondurucu ələmlərdən degil,
yaradıcı və ümid verici ələmlərdəndir.
Bu ələm bizi yaxın mazidə
(keçmişdə) nəşəsini
daddığımız şanlı istiqbal ümidi ilə
yılmaz bir mücadiləyə sövq eyləmişdir.
Bu mücadilənin şanlı qəhrəmanları
əmsalı cahan tarixində görülməyən məzalim
(zülm) qarşısında əzim və imanlarına bir an
üçün olsun fütür (usanma) verməyərək
böyük və müqəddəs mücadilələrində
davam ediyorlar. 28 Mayıs nəsli
namını verəgəcimiz bu Yeni Azərbaycanlılar yeni fəlsəfi
həyatla yaşıyor, vücudlarını vicdanlarına fəda
ediyorlar. İştə qanlı “Çeka”nın təhdidi altında, bolşevik
zindanlarında məhbus bulunan bu gəncligin səsi... O səs
diyor ki:
“...Bəlkə
bən məhv oluram, sarsılmaz vicdanım,
Bunu əmr
edir bana, hörmətli yasam, Quranım:
O
böyük Türk elinin oğlu ölür, yeltənməz.
Çeynənir kəndisi, vicdanı onun çignənməz”.
İştə
əfəndilər hər məğlubiyyət və inhizam
(basılma) qəti bir məğlubiyyət və inhizam olaraq
tələqqi ediləməz! Müqəddəs qayələrinə
ermiş məsud millətlərin tarixi zəfər yolunun
çox evicaclı (əyri-üyri) olduğunu bizə
anlatmaqda, nihayi zəfərə ermədən əvvəl millətlərin
az inhizamlara uğramadığını
göstərməkdədir. Vicdanını çegnətmədən
isə kəndisini çegnətməyi tərcih edən
mücahid bir nəsil yetişdirən Azərbaycan böylə
bir zəfərə namizəddir, əfəndilər
(Alqışlar)!
Böyük məqsədin təhəqqüqünə
bağladığımız ümidin bilxassə şu
sırada qüvvətləndigini təsbit edə biliriz. Qızıl
Rusiya kəndisinə mükəddər zavala
yaqlaşıyor.Bu sistem müdhiş bir uçurumun kənarına
gəlməkdədir. Qızıl sistemlə
bərabər, Rusiya istilasının da sonu gələcək,
rus çəmbəri içərisində əzilən millətlər
hürriyyət və istiqlallarını kəsb edəcəklərdir.
Rusiya parçalanacaqdır.
Çarizmin süqutu Rusiyanın qəlbindəki millətlərin
xilasına mucib oldu. Komunizmin süqutu da Qafqasya, Ukrayna və
Türkistan ellərinin xilası ilə nəticələnəcəkdir.
Bu mənzərə yalnız
qızılları degil, Rusiya xülyasından vaz keçməyən
bəyazları da qorxuduyor.
İngilis - Rus inqitanın (arası kəsilməsinin)
bir hərbə müncər olub-olmayacağı haqqında qəti
bir şey söyləmək caiz degilsə də, bu hadisənin
Rusiya beynəlmiləl vəziyyətini qəti bir böhran səfhəsinə
girdigini göstərdigindən qətiyyən şübhə
ediləməz.
Qızıl Rusiyanın təhəddüs edən (zahir
olan) beynəlmiləl vəziyyət daxilində keçirdigi
şimdiki halı ilə Çar Rusiyasının 1917 sənəsində
keçirdigi halı arasında böyük bir şəbahət
(oxşarlıq) vardır. Bu şəbahəti
eyni zamanda Rusiyadan ayrılmaq sədədində bulunan millətlərin
əz-cümlə Qafqasya ilə Azərbaycanın vəziyyətinə
də təşmil etmək olur. Şu qədər
fərqlə ki, Qafqasya, Ukrayna və Türkistanda olduğu
kibi, Azərbaycanda da milliyyətçilik və
istiqlalçılıq cərəyanı 1917-də
olduğundan daha qüvvətli və daha fəaldır.
Əvət, sərih bir qayəyə, milli bayrağa və
“canını canana vermək” üçün mühəyya
idealist bir gəncliyə malik Azərbaycan, şübhəsiz
ki, inkişafı möhtəməl hadisatdan keçirdigi təcrübənin
verdigi bəsirət və idrakla istifadə edəcək və
bəlkə də 28 Mayıs 10-cu ildönümünü kəmali-sürur
və qürurla təsid (qeyd) edəcəkdir (Sürəkli
alqışlar).
“Yeni
Qafqasya”, 18 həziran (iyun) 1927, ¹18
AZƏRBAYCAN
MƏCLİSİ MƏBUSANINDA
“Türk ocağının” təşəbbüsü ilə vüqu bulan salifüzzikr (yuxarıda göstərilən) İstanbul təzahüratı ilə Akçura oğlu Yusif bəyin dərc etdigimiz nitqini mucib olan böyük vaqeə Bakıda, Məclisi-Məbusanda münəqqid xüsusi bir cələsə (iclas) iniqadı ilə təsid (qeyd) edilmişdi.
14 kanuni-sani (yanvar) tarixi ilə iniqad edən bu cələsədə Rəsulzadə Məhəmməd Əmin bəyin əksəriyyət firqəsi “Müsavat” ilə demokrat bitərəflər qrupu naminə söylədigi və Məclisi-Məbusan kürsülərinin bil ittifaq alqışlandığı nitqini 30 Kanuni sanidə (yanvarda) Darülfünun salonunda izhar olunan fikri, bəyan və ibraz olunan hissiyyatı arizə vəsilə olduğundan eynilə aşağıda dərc ediyoruz (Nim rəsmi “Azərbaycan” qəzetəsinin 15 Kanuni sani (yanvar) 1920 tarixli nüsxəsindən nəql ediyoruz).
“Şimdidən böylə cahanca da təsdiq olunmuş hürr Azərbaycan məbusları!
Bu gün “Müsavat” firqəsi ilə demokrat bitərəflər qrupu naminə sizi Azərbaycan xalqının ehraz eylədigi (qazandığı) qalibiyyəti tammə münasibəti ilə təbrik edirəm. Azəri türklərinin bu zəfər və nailiyyəti münasibətilə möhtərəm arqadaşlar, sizləri təbrik edərkən gözlərimi bundan bir sənə əvvəlinə, Azərbaycan Məbusanının mütəntən (təntənəli) surətdə iftitah etdigi (açıldığı) tarixi ana döndərmək lüzumunu hiss ediyoram.
Əfəndilər, əlbəttə xatırlarsınız ki, o zaman soqaqlarda şimdi duyduğumuz bu gurultu yox idi. Əvət, xalqın, kəndi məbuslarını Biçeraxov sürüsünün möhtəməl hər dürlü təcavüzlərindən siyanət (mühafizə) və müdafiə etməyə mühəyya olduqlarını isbat edən bu şənlik və bu hərəkət yox idi. O zaman soqaqlarda vəziyyətindən əmin xalq nümayişçiləri degil, ingilis zirehli avtomobilləri ilə zabitə nəfərləri vardı. Bütün Azərbaycan xalqı o zaman sanki bu salona tıqılmışdı. Şimdi isə biləks Məclisi-Məbusan kibi bütün məmləkət dəxi geniş bir nəfəs almaqdadır.
O zaman ingilis komandanlığı Məclisi-Məbusanı möhtəməl hərəkati-xasmənayə qarşı müdafiə eyləmək təşəbbüsündən ötəyə gedəməmişdi. Şimdi isə ingilis müməssilini Məclis lojasında görüyoruz.
Fəqət arqadaşlar, iyiligi unutmayan mütəşəkkir Azərbaycan xalqı istiqlalını təsdiq edən düvəli-müəzzəməyə vəzifeyi-şükranını əda edərkən, istixlas və istiqlalımız yolunda canlarını fəda edən o böyük qəhrəman və fədakar qardaşlarını heç bir zaman unudamaz (“Yaşasın Türklər” sədası ilə sürəkli və gurultulu alqışlar)!
Bu mərd mücahidlərin hürriyyət yolunda ibraz eylədikləri fədakarlıq və onların qəhrəmanca fədayi-nəfs etmələri ruhumuzu təqviyə etməli, Türk vətəninin istiqlalı üçün yapacağımız, yapmaq məcburiyyətində bulunduğumuz, mücadilədə əzmimizin mətanətini mucib olmalıdır (Alqışlar).
Əfəndilər! Bir millətin hürriyyəti o millətin kəndi işidir. Kəndi həyati-milliyyəsi ilə yaşamağa əzm edən və bu əzmi sarsılmaz bir iman şəklinə qoyan bir millət qətiyyən məhv edilməz, daima müzəffər olur.
Milli idealın böylə bir zəfərinə bağladığım imanla, bundan bir buçuq sənə müqəddəm işbu məclisi iftidah edərkən müəzzəm bayrağımıza xitabən “Bir kərə yüksələn bayraq bir daha enməz!” demişdim. O zaman siz bunu alqışlamış və bu alqışlarınızla bütün Azərbaycan xalqının ümid və hissiyyatına tərcüman olmuşdunuz. Şimdi isə nə bəxtiyarız ki, bizimlə bərabər istiqlalımızı bütün dünya alqışlıyor (Gurultulu alqışlar).
Əfəndilər, bu səadətli gündə öhtəmizə dəxi ağır vəzifələr tərədtüb etdigimizi də unutmayalım, qəlblərimiz mətin olsun, imanımız sarsılmasın, yalnız bir əzimlə çalışalım və inanalım ki, bu müəzzəz bayraq başımızın üzərində əbədiyyən ehtizaz edəcək (Sürəkli alqışlar).
“Yeni Qafqasya” 28 May 1924, ¹17
“Azərbaycan” qəzeti, 15 yanvar 1920
(Ardı var)
525-ci qəzet.-2018.-15 iyun.-S.20.